< Об'явлення 16 >

1 І я почув гучний голос із храму, що казав до семи анголів: „Ідіть, і вилийте на землю сім чаш гніву Божого!“
Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim.
2 I пішов перший ангол, і вилив на землю чашу свою. І шкідливі та люті болячки обсіли людей, хто мав знаме́но звіри́ни й вклонявсь її о́бразу.
Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə edən adamlarda pis və ağrılı yaralar əmələ gəldi.
3 А другий ангол вилив свою чашу до моря. І сталася кров, немов у мерця́, — і кожна істота жива вмерла в морі.
İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü, dənizdə olan bütün canlı varlıqlar məhv oldu.
4 Третій же ангол вилив чашу свою на річки́ та на водні джере́ла, — і сталася кров.
Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü.
5 І почув я ангола вод, який говорив: „Ти праведний, що Ти є й що Ти був, і святий, що Ти це присудив!
Onda mən sular mələyinin belə dediyini eşitdim: «Ey Var Olan, Var Olmuş, Müqəddəs Olan, Sən ədalətlisən ki, belə hökm çıxartdın.
6 Бо вони пролили́ кров святих та пророків, — і Ти дав їм напитися крови. Вони варті того!“
Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər. Sən də onlara içmək üçün qan verdin. Onlar buna layiqdir».
7 І я чув, як же́ртівник говорив: „Так, Господи, Боже Вседержи́телю! Правдиві й справедливі суди Твої!“
Qurbangahdan gələn bir səs də eşitdim: «Bəli, ey Külli-İxtiyar Rəbb Allah, Sənin hökmlərin həqiqi və ədalətlidir».
8 А ангол четвертий вилив свою чашу на сонце. І да́но йому палити людей огнем.
Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi.
9 І спека велика палила людей, і зневажа́ли вони Ім'я Бога, що має вла́ду над карами тими, — і вони не покаялися, щоб славу віддати Йому́.
Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər.
10 А п'ятий ангол вилив чашу свою на престола звіри́ни. І затьми́лося царство її, і люди від болю кусали свої язики́,
Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillərini dişlərinə sıxdılar
11 і Бога Небесного вони зневажа́ли від болю свого й від своїх болячо́к, — та в учинках своїх не пока́ялись!
və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər.
12 Шостий же ангол вилив чашу свою на річку велику Ефра́т, — і вода її висохла, щоб пригото́вити дорогу царям, які від схід сонця.
Altıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın.
13 І я бачив, що вихо́дили з уст змі́я, і з уст звіри́ни, і з уст неправдивого пророка три ду́хи нечисті, як жа́би, —
Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır.
14 це духи де́монські, що чинять озна́ки. Вони виходять до царів усього світу, щоб зібрати їх на війну того великого дня Вседержителя Бога.
Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar.
15 Ось іду, немов злодій! Блаженний, хто чуйни́й, і одежу свою береже, щоб наги́м не ходити, і щоб не бачили га́ньби його!
Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!»
16 І зібрав їх на місце, яке по-єврейському зветься Армагеддо́н.
Bu ruhlar padşahları ibranicə Har-Magedon adlanan yerə topladı.
17 Сьомий же ангол вилив чашу свою на повітря. І голос гучни́й залунав від небесного храму з престолу, говорячи: „Сталося!“
Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi.
18 I сталися бли́скавки й гу́ркіт та гро́ми, і сталось велике трясі́ння землі, якого не було́, відко́ли люди́на живе на землі. Великий такий землетру́с, такий міцний!
Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı.
19 І місто велике розпа́лося на три частини, і попадали лю́дські міста́. І великий Вавилон був згаданий перед Богом, щоб дати йому чашу вина Його лютого гніву.
Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin.
20 І зник кожен о́стрів, і не зна́йдено гір!
Bütün adalar aradan qalxdı və dağlar yox oldu.
21 І великий град, як важкі тягарі́, падав із неба на людей. І люди зневажали Бога за покара́ння градом, — бо кара Його була дуже велика!
Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi.

< Об'явлення 16 >