< Юда 1 >
1 Юда, раб Ісуса Христа, а брат Якова, — покликаним, улю́бленим у Бозі Отці та збереженим Ісусом Христом:
İsa Məsihin qulu, Yaqubun qardaşı mən Yəhudadan Ata Allahın sevdiyi, İsa Məsih üçün qorunmuş olan çağırılanlara salam!
2 милість вам, і мир, і любов хай примно́житься!
Mərhəmət, sülh və məhəbbət sizə bol-bol verilsin!
3 Улюблені, всяке дбання́ чинивши писати до вас про наше спільне спасі́ння, я признав за потрібне писати до вас, благаючи боротись за віру, раз дану святим.
Sevimlilər, ümumi xilasımızla bağlı sizə yazmağa çox səy göstərirdim. Bu arada müqəddəslərə ilk və son dəfə əmanət edilən iman uğrunda mübarizə aparmağa sizi həvəsləndirmək üçün sizə yazmağı özümə borc bildim.
4 Бо крадькома́ повхо́дили деякі люди, на цей о́суд віддавна призначені, безбожні, що благода́ть нашого Бога оберта́ють у розпусту, і відкидаються єдиного Владики і Господа нашого — Ісуса Христа.
Çünki Allahımızın lütfünü pozğunluq üçün bəhanələrə çevirən, yeganə Pərvərdigarı – Rəbbimiz İsa Məsihi inkar edən bəzi allahsız adamlar gizlicə aranıza girdilər. Onların mühakiməyə uğrayacaqları çoxdan yazılmışdır.
5 А я хо́чу нагадати вам, що раз усе знаєте, що Госпо́дь ви́зволив людей від землі єгипетської, а згодом вигубив тих, хто не вірував.
Bütün bunları bildiyiniz halda sizə xatırlatmaq istəyirəm ki, ilk və son dəfə xalqı Misirdən xilas edən Rəbb sonra iman etməyənləri məhv etdi.
6 І анголі́в, що не зберегли початкового стану свого, але кинули жи́тло своє, Він зберіг у вічних кайда́нах під те́мрявою на суд великого дня. (aïdios )
Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. (aïdios )
7 Як Содо́м і Гомо́рра та міста́ коло них, що таким самим способом чинили пере́люб та ходили за іншим тілом, поне́сли кару вічного огню, і поставлені в при́клад, — (aiōnios )
Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu. (aiōnios )
8 так само буде й цим снови́дам, що опоганюють тіло, пого́рджують вла́дами, зневажають слави.
Eyni şəkildə aranıza girən bu röyagörənlər də öz cismini murdar edir, ağalığı rədd edir, ehtişamlı varlıqlara şər atırlar.
9 І сам арха́нгол Михаїл, коли сперечався з дияволом і говорив про Мойсеєве тіло, не нава́жився винести суду зневажливого, а сказав: „Хай Господь доко́рить тобі!“
Hətta baş mələk Mikael də Musanın cəsədi barəsində iblisin əleyhinə çıxıb ona şər söyləyərək hökm verməyə cəsarət etmədi, ancaq «Qoy Rəbb sənə qadağan etsin!» dedi.
10 А ці зневажають, чого не знають; а що знають із природи, як німа звірина́, то й у тому псуються.
Amma bu adamlar başa düşmədikləri hər şeyə şər atırlar. Onlar dərrakəsiz heyvanlar kimi qeyri-iradi surətdə nə anlayırlarsa, bunlarla məhv olurlar.
11 Горе їм, бо пішли вони дорогою Каїновою, і попали в обману Валаа́мової заплати, і загинули в бунті Коре́я!
Vay onların halına! Çünki onlar Qabilin yolu ilə getdilər. Qazanca görə özlərini Bilamın yalanına düçar etdilər. Qorah kimi üsyan qaldırdıqları üçün həlak oldular.
12 Вони скелі підводні на ваших вече́рях любови, бо з вами без стра́ху їдять та себе попаса́ють; хмари безводні, що носяться вітром; осінні дере́ва безплідні, двічі померлі, ви́корінені;
Belə adamlar sizin məhəbbət süfrələrinizi ləkələyirlər. Onlar sizinlə birlikdə yeyib-içərək qorxmadan özlərini bəsləyirlər. Bunlar küləklərin tərpətdiyi susuz buludlardır. Payızda meyvə vermədiyi üçün kökündən qoparılmış və iki dəfə ölmüş ağaclardır.
13 люті хвилі мо́рські, що з піною викидають власний сором; зорі блудні́, що для них морок те́мряви береже́ться повік. (aiōn )
Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalarıdır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır. (aiōn )
14 Про них же звіщав був Ено́х, сьомий від Ада́ма, і казав: „Ось іде Госпо́дь зо Своїми десятками тисяч святих,
Adəmlə birlikdə yeddinci nəsil sayılan Xanok da bu adamlara aid peyğəmbərlik edərək demişdir: «Budur, Rəbb saysız-hesabsız müqəddəs mələkləri ilə gəldi ki,
15 щоб суд учинити над усіма́, і винуватити всіх безбожних за всі вчинки безбожности їхньої, що безбожно нако́їли, та за всі жорстокі слова, що їх говорили на Нього безбожні грішники“.
hamını mühakimə etsin və Allaha qarşı gördükləri allahsız işlər və allahsız günahkarların Özünə qarşı inadkarcasına dedikləri bütün sözlər üçün məhkum etsin».
16 Це ре́мствувачі, незадоволені з долі своєї, що ходять у своїх пожадливостях, а уста їхні говорять чванли́ве; вони вихваляють особи для зи́ску!
Bu adamlar deyinərək öz talelərindən gileylənirlər. Onlar öz ehtiraslarına uyğun hərəkət edirlər. Ağızlarından lovğa sözlər çıxır və öz xeyirlərinə görə yaltaqlanırlar.
17 А ви, улюблені, згадуйте слова́, що їх давніше казали апо́столи Господа нашого Ісуса Христа,
Amma siz, ey sevimlilər, Rəbbimiz İsa Məsihin həvarilərinin əvvəlcədən söylədikləri sözləri xatırlayın.
18 які вам говорили: „За останнього ча́су будуть глузії́, що ходитимуть за своїми пожадливостями та безбожністю“.
Onlar sizə dedilər: «Axır zamanda öz allahsız ehtiraslarına görə hərəkət edən rişxəndçilər ortaya çıxacaq».
19 Це ті, хто відлу́чується від єдности, тілесні, що духа не мають.
Bunlar ayrılıq salan, öz təbiətinə əsir olan, Ruha malik olmayan insanlardır.
20 А ви, улюблені, будуйте себе найсвятішою вашою вірою, моліться у Дусі Святім,
Siz isə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin.
21 бережіть себе сами́х у Божій любові, і чекайте милости Господа на́шого Ісуса Христа для вічного життя. (aiōnios )
Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun. (aiōnios )
22 І до одних, хто вагається, будьте милости́ві,
Şübhə edən adamlara qarşı mərhəmətli olun;
23 спасайте і виривайте з огню, а до інших будьте милосердні зо стра́хом, і нена́видьте навіть одежу, опоганену від тіла!
başqalarını oddan qaparaq xilas edin; digərlərinə isə mərhəmət edin. Amma qorxu içində cismin ləkələdiyi paltardan belə, çəkinin.
24 А Тому́, Хто може вас зберегти від упадку, і поставити перед Своєю славою непорочними в радості,
Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan
25 Єдиному премудрому Богові, Спасителеві нашому через Ісуса Христа, Господа нашого, слава, могутність, сила та вла́да перше всього віку, і тепер, і на всі віки! Амі́нь. (aiōn )
Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin. (aiōn )