< မာရ္ကး 6 >

1 အနန္တရံ သ တတ္သ္ထာနာတ် ပြသ္ထာယ သွပြဒေၑမာဂတး ၑိၐျာၑ္စ တတ္ပၑ္စာဒ် ဂတား၊
İsa oradan ayrılıb Öz yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi.
2 အထ ဝိၑြာမဝါရေ သတိ သ ဘဇနဂၖဟေ ဥပဒေၐ္ဋုမာရဗ္ဓဝါန် တတော'နေကေ လောကာသ္တတ္ကထာံ ၑြုတွာ ဝိသ္မိတျ ဇဂဒုး, အသျ မနုဇသျ ဤဒၖၑီ အာၑ္စရျျကြိယာ ကသ္မာဇ် ဇာတာ? တထာ သွကရာဘျာမ် ဣတ္ထမဒ္ဘုတံ ကရ္မ္မ ကရ္တ္တာမ် ဧတသ္မဲ ကထံ ဇ္ဉာနံ ဒတ္တမ်?
Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir?
3 ကိမယံ မရိယမး ပုတြသ္တဇ္ဉာ နော? ကိမယံ ယာကူဗ်-ယောသိ-ယိဟုဒါ-ၑိမောနာံ ဘြာတာ နော? အသျ ဘဂိနျး ကိမိဟာသ္မာဘိး သဟ နော? ဣတ္ထံ တေ တဒရ္ထေ ပြတျူဟံ ဂတား၊
Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu.
4 တဒါ ယီၑုသ္တေဘျော'ကထယတ် သွဒေၑံ သွကုဋုမ္ဗာန် သွပရိဇနာံၑ္စ ဝိနာ ကုတြာပိ ဘဝိၐျဒွါဒီ အသတ္ကၖတော န ဘဝတိ၊
İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar».
5 အပရဉ္စ တေၐာမပြတျယာတ် သ ဝိသ္မိတး ကိယတာံ ရောဂိဏာံ ဝပုးၐု ဟသ္တမ် အရ္ပယိတွာ ကေဝလံ တေၐာမာရောဂျကရဏာဒ် အနျတ် ကိမပိ စိတြကာရျျံ ကရ္တ္တာံ န ၑက္တး၊
Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi.
6 အထ သ စတုရ္ဒိက္သ္ထ ဂြာမာန် ဘြမိတွာ ဥပဒိၐ္ဋဝါန္
İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.
7 ဒွါဒၑၑိၐျာန် အာဟူယ အမေဓျဘူတာန် ဝၑီကရ္တ္တာံ ၑက္တိံ ဒတ္တွာ တေၐာံ ဒွေါ် ဒွေါ် ဇနော ပြေၐိတဝါန်၊
İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi.
8 ပုနရိတျာဒိၑဒ် ယူယမ် ဧကဲကာံ ယၐ္ဋိံ ဝိနာ ဝသ္တြသံပုဋး ပူပး ကဋိဗန္ဓေ တာမြခဏ္ဍဉ္စ ဧၐာံ ကိမပိ မာ ဂြဟ္လီတ,
Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər,
9 မာရ္ဂယာတြာယဲ ပါဒေၐူပါနဟော် ဒတ္တွာ ဒွေ ဥတ္တရီယေ မာ ပရိဓဒွွံ၊
ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər.
10 အပရမပျုက္တံ တေန ယူယံ ယသျာံ ပုရျျာံ ယသျ နိဝေၑနံ ပြဝေက္ၐျထ တာံ ပုရီံ ယာဝန္န တျက္ၐျထ တာဝတ် တန္နိဝေၑနေ သ္ထာသျထ၊
İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın.
11 တတြ ယဒိ ကေပိ ယုၐ္မာကမာတိထျံ န ဝိဒဓတိ ယုၐ္မာကံ ကထာၑ္စ န ၑၖဏွန္တိ တရှိ တတ္သ္ထာနာတ် ပြသ္ထာနသမယေ တေၐာံ ဝိရုဒ္ဓံ သာက္ၐျံ ဒါတုံ သွပါဒါနာသ္ဖာလျ ရဇး သမ္ပာတယတ; အဟံ ယုၐ္မာန် ယထာရ္ထံ ဝစ္မိ ဝိစာရဒိနေ တန္နဂရသျာဝသ္ထာတး သိဒေါမာမောရယော ရ္နဂရယောရဝသ္ထာ သဟျတရာ ဘဝိၐျတိ၊
Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».
12 အထ တေ ဂတွာ လောကာနာံ မနးပရာဝရ္တ္တနီး ကထာ ပြစာရိတဝန္တး၊
Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar.
13 ဧဝမနေကာန် ဘူတာံၑ္စ တျာဇိတဝန္တသ္တထာ တဲလေန မရ္ဒ္ဒယိတွာ ဗဟူန် ဇနာနရောဂါနကာရ္ၐုး၊
Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.
14 ဣတ္ထံ တသျ သုချာတိၑ္စတုရ္ဒိၑော ဝျာပ္တာ တဒါ ဟေရောဒ် ရာဇာ တန္နိၑမျ ကထိတဝါန်, ယောဟန် မဇ္ဇကး ၑ္မၑာနာဒ် ဥတ္ထိတ အတောဟေတောသ္တေန သရွွာ ဧတာ အဒ္ဘုတကြိယား ပြကာၑန္တေ၊
Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».
15 အနျေ'ကထယန် အယမ် ဧလိယး, ကေပိ ကထိတဝန္တ ဧၐ ဘဝိၐျဒွါဒီ ယဒွါ ဘဝိၐျဒွါဒိနာံ သဒၖၑ ဧကောယမ်၊
Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir».
16 ကိန္တု ဟေရောဒ် ဣတျာကရ္ဏျ ဘာၐိတဝါန် ယသျာဟံ ၑိရၑ္ဆိန္နဝါန် သ ဧဝ ယောဟနယံ သ ၑ္မၑာနာဒုဒတိၐ္ဌတ်၊
Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!»
17 ပူရွွံ သွဘြာတုး ဖိလိပသျ ပတ္နျာ ဥဒွါဟံ ကၖတဝန္တံ ဟေရောဒံ ယောဟနဝါဒီတ် သွဘာတၖဝဓူ ရ္န ဝိဝါဟျာ၊
Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı
18 အတး ကာရဏာတ် ဟေရောဒ် လောကံ ပြဟိတျ ယောဟနံ ဓၖတွာ ဗန္ဓနာလယေ ဗဒ္ဓဝါန်၊
və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır».
19 ဟေရောဒိယာ တသ္မဲ ယောဟနေ ပြကုပျ တံ ဟန္တုမ် အဲစ္ဆတ် ကိန္တု န ၑက္တာ,
Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi.
20 ယသ္မာဒ် ဟေရောဒ် တံ ဓာရ္မ္မိကံ သတ္ပုရုၐဉ္စ ဇ္ဉာတွာ သမ္မနျ ရက္ၐိတဝါန်; တတ္ကထာံ ၑြုတွာ တဒနုသာရေဏ ဗဟူနိ ကရ္မ္မာဏိ ကၖတဝါန် ဟၖၐ္ဋမနာသ္တဒုပဒေၑံ ၑြုတဝါံၑ္စ၊
Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi.
21 ကိန္တု ဟေရောဒ် ယဒါ သွဇန္မဒိနေ ပြဓာနလောကေဘျး သေနာနီဘျၑ္စ ဂါလီလ္ပြဒေၑီယၑြေၐ္ဌလောကေဘျၑ္စ ရာတြော် ဘောဇျမေကံ ကၖတဝါန္
Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi.
22 တသ္မိန် ၑုဘဒိနေ ဟေရောဒိယာယား ကနျာ သမေတျ တေၐာံ သမက္ၐံ သံနၖတျ ဟေရောဒသ္တေန သဟောပဝိၐ္ဋာနာဉ္စ တောၐမဇီဇနတ် တတာ နၖပး ကနျာမာဟ သ္မ မတ္တော ယဒ် ယာစသေ တဒေဝ တုဘျံ ဒါသျေ၊
Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim».
23 ၑပထံ ကၖတွာကထယတ် စေဒ် ရာဇျာရ္ဒ္ဓမပိ ယာစသေ တဒပိ တုဘျံ ဒါသျေ၊
Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm».
24 တတး သာ ဗဟိ ရ္ဂတွာ သွမာတရံ ပပြစ္ဆ ကိမဟံ ယာစိၐျေ? တဒါ သာကထယတ် ယောဟနော မဇ္ဇကသျ ၑိရး၊
Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını».
25 အထ တူရ္ဏံ ဘူပသမီပမ် ဧတျ ယာစမာနာဝဒတ် က္ၐဏေသ္မိန် ယောဟနော မဇ္ဇကသျ ၑိရး ပါတြေ နိဓာယ ဒေဟိ, ဧတဒ် ယာစေ'ဟံ၊
Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən».
26 တသ္မာတ် ဘူပေါ'တိဒုးခိတး, တထာပိ သွၑပထသျ သဟဘောဇိနာဉ္စာနုရောဓာတ် တဒနင်္ဂီကရ္တ္တုံ န ၑက္တး၊
Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi.
27 တတ္က္ၐဏံ ရာဇာ ဃာတကံ ပြေၐျ တသျ ၑိရ အာနေတုမာဒိၐ္ဋဝါန်၊
Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu
28 တတး သ ကာရာဂါရံ ဂတွာ တစ္ဆိရၑ္ဆိတွာ ပါတြေ နိဓာယာနီယ တသျဲ ကနျာယဲ ဒတ္တဝါန် ကနျာ စ သွမာတြေ ဒဒေါ်၊
və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi.
29 အနနတရံ ယောဟနး ၑိၐျာသ္တဒွါရ္တ္တာံ ပြာပျာဂတျ တသျ ကုဏပံ ၑ္မၑာနေ'သ္ထာပယန်၊
Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.
30 အထ ပြေၐိတာ ယီၑေား သန္နိဓော် မိလိတာ ယဒ် ယစ် စကြုး ၑိက္ၐယာမာသုၑ္စ တတ္သရွွဝါရ္တ္တာသ္တသ္မဲ ကထိတဝန္တး၊
Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər.
31 သ တာနုဝါစ ယူယံ ဝိဇနသ္ထာနံ ဂတွာ ဝိၑြာမျတ ယတသ္တတ္သန္နိဓော် ဗဟုလောကာနာံ သမာဂမာတ် တေ ဘောက္တုံ နာဝကာၑံ ပြာပ္တား၊
İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.
32 တတသ္တေ နာဝါ ဝိဇနသ္ထာနံ ဂုပ္တံ ဂဂ္မုး၊
Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər.
33 တတော လောကနိဝဟသ္တေၐာံ သ္ထာနာန္တရယာနံ ဒဒရ္ၑ, အနေကေ တံ ပရိစိတျ နာနာပုရေဘျး ပဒဲရွြဇိတွာ ဇဝေန တဲၐာမဂြေ ယီၑေား သမီပ ဥပတသ္ထုး၊
Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar.
34 တဒါ ယီၑု ရ္နာဝေါ ဗဟိရ္ဂတျ လောကာရဏျာနီံ ဒၖၐ္ဋွာ တေၐု ကရုဏာံ ကၖတဝါန် ယတသ္တေ'ရက္ၐကမေၐာ ဣဝါသန် တဒါ သ တာန နာနာပြသင်္ဂါန် ဥပဒိၐ္ဋဝါန်၊
İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.
35 အထ ဒိဝါန္တေ သတိ ၑိၐျာ ဧတျ ယီၑုမူစိရေ, ဣဒံ ဝိဇနသ္ထာနံ ဒိနဉ္စာဝသန္နံ၊
Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir.
36 လောကာနာံ ကိမပိ ခါဒျံ နာသ္တိ, အတၑ္စတုရ္ဒိက္ၐု ဂြာမာန် ဂန္တုံ ဘောဇျဒြဝျာဏိ ကြေတုဉ္စ ဘဝါန် တာန် ဝိသၖဇတု၊
Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».
37 တဒါ သ တာနုဝါစ ယူယမေဝ တာန် ဘောဇယတ; တတသ္တေ ဇဂဒု ရွယံ ဂတွာ ဒွိၑတသံချကဲ ရ္မုဒြာပါဒဲး ပူပါန် ကြီတွာ ကိံ တာန် ဘောဇယိၐျာမး?
Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?»
38 တဒါ သ တာန် ပၖၐ္ဌဝါန် ယုၐ္မာကံ သန္နိဓော် ကတိ ပူပါ အာသတေ? ဂတွာ ပၑျတ; တတသ္တေ ဒၖၐ္ဋွာ တမဝဒန် ပဉ္စ ပူပါ ဒွေါ် မတ္သျော် စ သန္တိ၊
Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var».
39 တဒါ သ လောကာန် ၑသ္ပောပရိ ပံက္တိဘိရုပဝေၑယိတုမ် အာဒိၐ္ဋဝါန်,
İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar.
40 တတသ္တေ ၑတံ ၑတံ ဇနား ပဉ္စာၑတ် ပဉ္စာၑဇ္ဇနာၑ္စ ပံက္တိဘိ ရ္ဘုဝိ သမုပဝိဝိၑုး၊
Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu.
41 အထ သ တာန် ပဉ္စပူပါန် မတ္သျဒွယဉ္စ ဓၖတွာ သွရ္ဂံ ပၑျန် ဤၑွရဂုဏာန် အနွကီရ္တ္တယတ် တာန် ပူပါန် ဘံက္တွာ လောကေဘျး ပရိဝေၐယိတုံ ၑိၐျေဘျော ဒတ္တဝါန် ဒွါ မတ္သျော် စ ဝိဘဇျ သရွွေဘျော ဒတ္တဝါန်၊
İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü.
42 တတး သရွွေ ဘုက္တွာတၖပျန်၊
Hamı yeyib-doydu.
43 အနန္တရံ ၑိၐျာ အဝၑိၐ္ဋဲး ပူပဲ ရ္မတ္သျဲၑ္စ ပူရ္ဏာန် ဒွဒၑ ဍလ္လကာန် ဇဂၖဟုး၊
Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu.
44 တေ ဘောက္တာရး ပြာယး ပဉ္စ သဟသြာဏိ ပုရုၐာ အာသန်၊
Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi.
45 အထ သ လောကာန် ဝိသၖဇန္နေဝ နာဝမာရောဎုံ သွသ္မာဒဂြေ ပါရေ ဗဲတ္သဲဒါပုရံ ယာတုဉ္စ ၑ္ၐျိန် ဝါဎမာဒိၐ္ဋဝါန်၊
Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər.
46 တဒါ သ သရွွာန် ဝိသၖဇျ ပြာရ္ထယိတုံ ပရွွတံ ဂတး၊
İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı.
47 တတး သန္ဓျာယာံ သတျာံ နော်း သိန္ဓုမဓျ ဥပသ္ထိတာ ကိန္တု သ ဧကာကီ သ္ထလေ သ္ထိတး၊
Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı.
48 အထ သမ္မုခဝါတဝဟနာတ် ၑိၐျာ နာဝံ ဝါဟယိတွာ ပရိၑြာန္တာ ဣတိ ဇ္ဉာတွာ သ နိၑာစတုရ္ထယာမေ သိန္ဓူပရိ ပဒ္ဘျာံ ဝြဇန် တေၐာံ သမီပမေတျ တေၐာမဂြေ ယာတုမ် ဥဒျတး၊
O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi.
49 ကိန္တု ၑိၐျား သိန္ဓူပရိ တံ ဝြဇန္တံ ဒၖၐ္ဋွာ ဘူတမနုမာယ ရုရုဝုး,
Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar.
50 ယတး သရွွေ တံ ဒၖၐ္ဋွာ ဝျာကုလိတား၊ အတဧဝ ယီၑုသ္တတ္က္ၐဏံ တဲး သဟာလပျ ကထိတဝါန်, သုသ္ထိရာ ဘူတ, အယမဟံ မာ ဘဲၐ္ဋ၊
Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»
51 အထ နော်ကာမာရုဟျ တသ္မိန် တေၐာံ သန္နိဓိံ ဂတေ ဝါတော နိဝၖတ္တး; တသ္မာတ္တေ မနးသု ဝိသ္မိတာ အာၑ္စရျျံ မေနိရေ၊
Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı.
52 ယတသ္တေ မနသာံ ကာဌိနျာတ် တတ် ပူပီယမ် အာၑ္စရျျံ ကရ္မ္မ န ဝိဝိက္တဝန္တး၊
Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.
53 အထ တေ ပါရံ ဂတွာ ဂိနေၐရတ္ပြဒေၑမေတျ တဋ ဥပသ္ထိတား၊
İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar.
54 တေၐု နော်ကာတော ဗဟိရ္ဂတေၐု တတ္ပြဒေၑီယာ လောကာသ္တံ ပရိစိတျ
Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı
55 စတုရ္ဒိက္ၐု ဓာဝန္တော ယတြ ယတြ ရောဂိဏော နရာ အာသန် တာန် သရွွာန ခဋွောပရိ နိဓာယ ယတြ ကုတြစိတ် တဒွါရ္တ္တာံ ပြာပုး တတ် သ္ထာနမ် အာနေတုမ် အာရေဘိရေ၊
və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar.
56 တထာ ယတြ ယတြ ဂြာမေ ယတြ ယတြ ပုရေ ယတြ ယတြ ပလ္လျာဉ္စ တေန ပြဝေၑး ကၖတသ္တဒွရ္တ္မမဓျေ လောကား ပီဍိတာန် သ္ထာပယိတွာ တသျ စေလဂြန္ထိမာတြံ သ္ပြၐ္ဋုမ် တေၐာမရ္ထေ တဒနုဇ္ဉာံ ပြာရ္ထယန္တး ယာဝန္တော လောကား ပသ္ပၖၑုသ္တာဝန္တ ဧဝ ဂဒါန္မုက္တား၊
İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı.

< မာရ္ကး 6 >