< မထိး 26 >

1 ယီၑုရေတာန် ပြသ္တာဝါန် သမာပျ ၑိၐျာနူစေ,
İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi:
2 ယုၐ္မာဘိ ရ္ဇ္ဉာတံ ဒိနဒွယာတ် ပရံ နိသ္တာရမဟ ဥပသ္ထာသျတိ, တတြ မနုဇသုတး ကြုၑေန ဟန္တုံ ပရကရေၐု သမရ္ပိၐျတေ၊
«İki gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək».
3 တတး ပရံ ပြဓာနယာဇကာဓျာပကပြာဉ္စး ကိယဖာနာမ္နော မဟာယာဇကသျာဋ္ဋာလိကာယာံ မိလိတွာ
O zaman başçı kahinlər və xalqın ağsaqqalları Qayafa adlı baş kahinin həyətinə toplaşdılar.
4 ကေနောပါယေန ယီၑုံ ဓၖတွာ ဟန္တုံ ၑက္နုယုရိတိ မန္တြယာဉ္စကြုး၊
İsanı hiylə ilə tutub öldürmək üçün sui-qəsd hazırladılar.
5 ကိန္တု တဲရုက္တံ မဟကာလေ န ဓရ္တ္တဝျး, ဓၖတေ ပြဇာနာံ ကလဟေန ဘဝိတုံ ၑကျတေ၊
Amma deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».
6 တတော ဗဲထနိယာပုရေ ၑိမောနာချသျ ကုၐ္ဌိနော ဝေၑ္မနိ ယီၑော် တိၐ္ဌတိ
İsa Bet-Anyada cüzamlı Şimonun evində ikən
7 ကာစန ယောၐာ ၑွေတောပလဘာဇနေန မဟာရ္ဃျံ သုဂန္ဓိ တဲလမာနီယ ဘောဇနာယောပဝိၑတသ္တသျ ၑိရောဘျၐေစတ်၊
bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı ətirli yağ olan ağ mərmər qab var idi. İsa süfrəyə oturanda qadın yağı Onun başına tökdü.
8 ကိန္တု တဒါလောကျ တစ္ဆိၐျဲး ကုပိတဲရုက္တံ, ကုတ ဣတ္ထမပဝျယတေ?
Şagirdlər bunu gördükdə acıqlanıb dedilər: «Bu israfçılıq nə üçündür?
9 စေဒိဒံ ဝျကြေၐျတ, တရှိ ဘူရိမူလျံ ပြာပျ ဒရိဒြေဘျော ဝျတာရိၐျတ၊
Axı bu ətiri baha qiymətə satıb pulunu yoxsullara vermək olardı».
10 ယီၑုနာ တဒဝဂတျ တေ သမုဒိတား, ယောၐာမေနာံ ကုတော ဒုးခိနီံ ကုရုထ, သာ မာံ ပြတိ သာဓု ကရ္မ္မာကာရ္ၐီတ်၊
Lakin İsa bunu bilərək dedi: «Niyə qadını incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.
11 ယုၐ္မာကမံ သမီပေ ဒရိဒြား သတတမေဝါသတေ, ကိန္တု ယုၐ္မာကမန္တိကေဟံ နာသေ သတတံ၊
Yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam.
12 သာ မမ ကာယောပရိ သုဂန္ဓိတဲလံ သိက္တွာ မမ ၑ္မၑာနဒါနကရ္မ္မာကာရ္ၐီတ်၊
Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırladı.
13 အတောဟံ ယုၐ္မာန် တထျံ ဝဒါမိ သရွွသ္မိန် ဇဂတိ ယတြ ယတြဲၐ သုသမာစာရး ပြစာရိၐျတေ, တတြ တတြဲတသျာ နာရျျား သ္မရဏာရ္ထမ် ကရ္မ္မေဒံ ပြစာရိၐျတေ၊
Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq ki, o yada salınsın».
14 တတော ဒွါဒၑၑိၐျာဏာမ် ဤၐ္ကရိယောတီယယိဟူဒါနာမက ဧကး ၑိၐျး ပြဓာနယာဇကာနာမန္တိကံ ဂတွာ ကထိတဝါန်,
O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi:
15 ယဒိ ယုၐ္မာကံ ကရေၐု ယီၑုံ သမရ္ပယာမိ, တရှိ ကိံ ဒါသျထ? တဒါနီံ တေ တသ္မဲ တြိံၑန္မုဒြာ ဒါတုံ သ္ထိရီကၖတဝန္တး၊
«Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər.
16 သ တဒါရဘျ တံ ပရကရေၐု သမရ္ပယိတုံ သုယောဂံ စေၐ္ဋိတဝါန်၊
O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.
17 အနန္တရံ ကိဏွၑူနျပူပပရွွဏး ပြထမေဟ္နိ ၑိၐျာ ယီၑုမ် ဥပဂတျ ပပြစ္ဆုး ဘဝတ္ကၖတေ ကုတြ ဝယံ နိသ္တာရမဟဘောဇျမ် အာယောဇယိၐျာမး? ဘဝတး ကေစ္ဆာ?
Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?»
18 တဒါ သ ဂဒိတဝါန်, မဓျေနဂရမမုကပုံသး သမီပံ ဝြဇိတွာ ဝဒတ, ဂုရု ရ္ဂဒိတဝါန်, မတ္ကာလး သဝိဓး, သဟ ၑိၐျဲသ္တွဒါလယေ နိသ္တာရမဟဘောဇျံ ဘောက္ၐျေ၊
O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm›”».
19 တဒါ ၑိၐျာ ယီၑောသ္တာဒၖၑနိဒေၑာနုရူပကရ္မ္မ ဝိဓာယ တတြ နိသ္တာရမဟဘောဇျမာသာဒယာမာသုး၊
Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər.
20 တတး သန္ဓျာယာံ သတျာံ ဒွါဒၑဘိး ၑိၐျဲး သာကံ သ နျဝိၑတ်၊
Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu.
21 အပရံ ဘုဉ္ဇာန ဥက္တဝါန် ယုၐ္မာန် တထျံ ဝဒါမိ, ယုၐ္မာကမေကော မာံ ပရကရေၐု သမရ္ပယိၐျတိ၊
Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».
22 တဒါ တေ'တီဝ ဒုးခိတာ ဧကဲကၑော ဝက္တုမာရေဘိရေ, ဟေ ပြဘော, သ ကိမဟံ?
Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?»
23 တတး သ ဇဂါဒ, မယာ သာကံ ယော ဇနော ဘောဇနပါတြေ ကရံ သံက္ၐိပတိ, သ ဧဝ မာံ ပရကရေၐု သမရ္ပယိၐျတိ၊
O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək.
24 မနုဇသုတမဓိ ယာဒၖၑံ လိခိတမာသ္တေ, တဒနုရူပါ တဒ္ဂတိ ရ္ဘဝိၐျတိ; ကိန္တု ယေန ပုံသာ သ ပရကရေၐု သမရ္ပယိၐျတေ, ဟာ ဟာ စေတ် သ နာဇနိၐျတ, တဒါ တသျ က္ၐေမမဘဝိၐျတ်၊
Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».
25 တဒါ ယိဟူဒါနာမာ ယော ဇနသ္တံ ပရကရေၐု သမရ္ပယိၐျတိ, သ ဥက္တဝါန်, ဟေ ဂုရော, သ ကိမဟံ? တတး သ ပြတျုက္တဝါန်, တွယာ သတျံ ဂဒိတမ်၊
Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi.
26 အနန္တရံ တေၐာမၑနကာလေ ယီၑုး ပူပမာဒါယေၑွရီယဂုဏာနနူဒျ ဘံက္တွာ ၑိၐျေဘျး ပြဒါယ ဇဂါဒ, မဒွပုးသွရူပမိမံ ဂၖဟီတွာ ခါဒတ၊
Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir».
27 ပၑ္စာတ် သ ကံသံ ဂၖဟ္လန် ဤၑွရီယဂုဏာနနူဒျ တေဘျး ပြဒါယ ကထိတဝါန်, သရွွဲ ရျုၐ္မာဘိရနေန ပါတဝျံ,
Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için!
28 ယသ္မာဒနေကေၐာံ ပါပမရ္ၐဏာယ ပါတိတံ ယန္မန္နူတ္နနိယမရူပၑောဏိတံ တဒေတတ်၊
Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.
29 အပရမဟံ နူတ္နဂေါသ္တနီရသံ န ပါသျာမိ, တာဝတ် ဂေါသ္တနီဖလရသံ ပုနး ကဒါပိ န ပါသျာမိ၊
Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə təzəsini içəcəyim günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm».
30 ပၑ္စာတ် တေ ဂီတမေကံ သံဂီယ ဇဲတုနာချဂိရိံ ဂတဝန္တး၊
Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.
31 တဒါနီံ ယီၑုသ္တာနဝေါစတ်, အသျာံ ရဇနျာမဟံ ယုၐ္မာကံ သရွွေၐာံ ဝိဃ္နရူပေါ ဘဝိၐျာမိ, ယတော လိခိတမာသ္တေ, "မေၐာဏာံ ရက္ၐကော ယသ္တံ ပြဟရိၐျာမျဟံ တတး၊ မေၐာဏာံ နိဝဟော နူနံ ပြဝိကီရ္ဏော ဘဝိၐျတိ"။
Onda İsa şagirdlərinə dedi: «Bu gecə hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam, Sürünün qoyunları pərən-pərən olacaq”.
32 ကိန္တု ၑ္မၑာနာတ် သမုတ္ထာယ ယုၐ္မာကမဂြေ'ဟံ ဂါလီလံ ဂမိၐျာမိ၊
Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm».
33 ပိတရသ္တံ ပြောဝါစ, ဘဝါံၑ္စေတ် သရွွေၐာံ ဝိဃ္နရူပေါ ဘဝတိ, တထာပိ မမ န ဘဝိၐျတိ၊
Peter Ona cavab verib dedi: «Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm».
34 တတော ယီၑုနာ သ ဥက္တး, တုဘျမဟံ တထျံ ကထယာမိ, ယာမိနျာမသျာံ စရဏာယုဓသျ ရဝါတ် ပူရွွံ တွံ မာံ တြိ ရ္နာင်္ဂီကရိၐျသိ၊
İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gecə xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».
35 တတး ပိတရ ဥဒိတဝါန်, ယဒျပိ တွယာ သမံ မရ္တ္တဝျံ, တထာပိ ကဒါပိ တွာံ န နာင်္ဂီကရိၐျာမိ; တထဲဝ သရွွေ ၑိၐျာၑ္စောစုး၊
Peter Ona dedi: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.
36 အနန္တရံ ယီၑုး ၑိၐျဲး သာကံ ဂေတ္ၑိမာနီနာမကံ သ္ထာနံ ပြသ္ထာယ တေဘျး ကထိတဝါန်, အဒး သ္ထာနံ ဂတွာ ယာဝဒဟံ ပြာရ္ထယိၐျေ တာဝဒ် ယူယမတြောပဝိၑတ၊
Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın».
37 ပၑ္စာတ် သ ပိတရံ သိဝဒိယသုတော် စ သင်္ဂိနး ကၖတွာ ဂတဝါန်, ၑောကာကုလော'တီဝ ဝျထိတၑ္စ ဗဘူဝ၊
O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı.
38 တာနဝါဒီစ္စ မၖတိယာတနေဝ မတ္ပြာဏာနာံ ယာတနာ ဇာယတေ, ယူယမတြ မယာ သာရ္ဒ္ဓံ ဇာဂၖတ၊
Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun».
39 တတး သ ကိဉ္စိဒ္ဒူရံ ဂတွာဓောမုခး ပတန် ပြာရ္ထယာဉ္စကြေ, ဟေ မတ္ပိတရျဒိ ဘဝိတုံ ၑက္နောတိ, တရှိ ကံသော'ယံ မတ္တော ဒူရံ ယာတု; ကိန္တု မဒိစ္ဆာဝတ် န ဘဝတု, တွဒိစ္ဆာဝဒ် ဘဝတု၊
İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun».
40 တတး သ ၑိၐျာနုပေတျ တာန် နိဒြတော နိရီက္ၐျ ပိတရာယ ကထယာမာသ, ယူယံ မယာ သာကံ ဒဏ္ဍမေကမပိ ဇာဂရိတုံ နာၑန္ကုတ?
İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi?
41 ပရီက္ၐာယာံ န ပတိတုံ ဇာဂၖတ ပြာရ္ထယဓွဉ္စ; အာတ္မာ သမုဒျတောသ္တိ, ကိန္တု ဝပု ရ္ဒုရ္ဗ္ဗလံ၊
Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür».
42 သ ဒွိတီယဝါရံ ပြာရ္ထယာဉ္စကြေ, ဟေ မတ္တာတ, န ပီတေ ယဒိ ကံသမိဒံ မတ္တော ဒူရံ ယာတုံ န ၑက္နောတိ, တရှိ တွဒိစ္ဆာဝဒ် ဘဝတု၊
İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın yan keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun».
43 သ ပုနရေတျ တာန် နိဒြတော ဒဒရ္ၑ, ယတသ္တေၐာံ နေတြာဏိ နိဒြယာ ပူရ္ဏာနျာသန်၊
İsa qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu.
44 ပၑ္စာတ် သ တာန် ဝိဟာယ ဝြဇိတွာ တၖတီယဝါရံ ပူရွွဝတ် ကထယန် ပြာရ္ထိတဝါန်၊
Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi.
45 တတး ၑိၐျာနုပါဂတျ ဂဒိတဝါန်, သာမ္ပြတံ ၑယာနား ကိံ ဝိၑြာမျထ? ပၑျတ, သမယ ဥပါသ္ထာတ်, မနုဇသုတး ပါပိနာံ ကရေၐု သမရ္ပျတေ၊
Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə təslim olunur.
46 ဥတ္တိၐ္ဌတ, ဝယံ ယာမး, ယော မာံ ပရကရေၐု မသရ္ပယိၐျတိ, ပၑျတ, သ သမီပမာယာတိ၊
Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»
47 ဧတတ္ကထာကထနကာလေ ဒွါဒၑၑိၐျာဏာမေကော ယိဟူဒါနာမကော မုချယာဇကလောကပြာစီနဲး ပြဟိတာန် အသိဓာရိယၐ္ဋိဓာရိဏော မနုဇာန် ဂၖဟီတွာ တတ္သမီပမုပတသ္ထော်၊
İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi.
48 အသော် ပရကရေၐွရ္ပယိတာ ပူရွွံ တာန် ဣတ္ထံ သင်္ကေတယာမာသ, ယမဟံ စုမ္ဗိၐျေ, သော'သော် မနုဇး, သဧဝ ယုၐ္မာဘိ ရ္ဓာရျျတာံ၊
İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur, Onu tutun».
49 တဒါ သ သပဒိ ယီၑုမုပါဂတျ ဟေ ဂုရော, ပြဏမာမီတျုက္တွာ တံ စုစုမ္ဗေ၊
O anda İsaya yaxınlaşıb «Salam, Rabbi!» deyərək Onu öpdü.
50 တဒါ ယီၑုသ္တမုဝါစ, ဟေ မိတြံ ကိမရ္ထမာဂတောသိ? တဒါ တဲရာဂတျ ယီၑုရာကြမျ ဒဃြေ၊
İsa da ona «Dostum, nə üçün gəlmisən?» dedi. Elə bu vaxt İsaya yaxınlaşıb əl ataraq Onu tutdular.
51 တတော ယီၑေား သင်္ဂိနာမေကး ကရံ ပြသာရျျ ကောၐာဒသိံ ဗဟိၐ္ကၖတျ မဟာယာဇကသျ ဒါသမေကမာဟတျ တသျ ကရ္ဏံ စိစ္ဆေဒ၊
Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı.
52 တတော ယီၑုသ္တံ ဇဂါဒ, ခဍ္ဂံ သွသ္ထာနေ နိဓေဟိ ယတော ယေ ယေ ဇနာ အသိံ ဓာရယန္တိ, တဧဝါသိနာ ဝိနၑျန္တိ၊
İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq.
53 အပရံ ပိတာ ယထာ မဒန္တိကံ သွရ္ဂီယဒူတာနာံ ဒွါဒၑဝါဟိနီတော'ဓိကံ ပြဟိဏုယာတ် မယာ တမုဒ္ဒိၑျေဒါနီမေဝ တထာ ပြာရ္ထယိတုံ န ၑကျတေ, တွယာ ကိမိတ္ထံ ဇ္ဉာယတေ?
Yoxsa elə düşünürsən ki, Atamdan yardım istəyə bilmərəm? İstəsəm, dərhal Mənə on iki legiondan artıq mələk göndərər.
54 တထာ သတီတ္ထံ ဃဋိၐျတေ ဓရ္မ္မပုသ္တကသျ ယဒိဒံ ဝါကျံ တတ် ကထံ သိဓျေတ်?
“Bunların olması gərəkdir” deyən Müqəddəs Yazılar onda bəs necə yerinə yetərdi?»
55 တဒါနီံ ယီၑု ရ္ဇနနိဝဟံ ဇဂါဒ, ယူယံ ခဍ္ဂယၐ္ဋီန် အာဒါယ မာံ ကိံ စော်ရံ ဓရ္တ္တုမာယာတား? အဟံ ပြတျဟံ ယုၐ္မာဘိး သာကမုပဝိၑျ သမုပါဒိၑံ, တဒါ မာံ နာဓရတ;
Həmin vaxt İsa camaata dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç Məni tutmadınız.
56 ကိန္တု ဘဝိၐျဒွါဒိနာံ ဝါကျာနာံ သံသိဒ္ဓယေ သရွွမေတဒဘူတ်၊ တဒါ သရွွေ ၑိၐျာသ္တံ ဝိဟာယ ပလာယန္တ၊
Amma bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi». Onda bütün şagirdlər İsanı atıb qaçdılar.
57 အနန္တရံ တေ မနုဇာ ယီၑုံ ဓၖတွာ ယတြာဓျာပကပြာဉ္စး ပရိၐဒံ ကုရွွန္တ ဥပါဝိၑန် တတြ ကိယဖာနာမကမဟာယာဇကသျာန္တိကံ နိနျုး၊
İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya toplaşdı.
58 ကိန္တု ၑေၐေ ကိံ ဘဝိၐျတီတိ ဝေတ္တုံ ပိတရော ဒူရေ တတ္ပၑ္စာဒ် ဝြဇိတွာ မဟာယာဇကသျာဋ္ဋာလိကာံ ပြဝိၑျ ဒါသဲး သဟိတ ဥပါဝိၑတ်၊
Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi, sonu görmək üçün içəri girib mühafizəçilərlə birgə oturdu.
59 တဒါနီံ ပြဓာနယာဇကပြာစီနမန္တြိဏး သရွွေ ယီၑုံ ဟန္တုံ မၖၐာသာက္ၐျမ် အလိပ္သန္တ,
Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar.
60 ကိန္တု န လေဘိရေ၊ အနေကေၐု မၖၐာသာက္ၐိၐွာဂတေၐွပိ တန္န ပြာပုး၊
Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda iki şahid gəlib
61 ၑေၐေ ဒွေါ် မၖၐာသာက္ၐိဏာဝါဂတျ ဇဂဒတုး, ပုမာနယမကထယတ်, အဟမီၑွရမန္ဒိရံ ဘံက္တွာ ဒိနတြယမဓျေ တန္နိရ္မ္မာတုံ ၑက္နောမိ၊
dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”».
62 တဒါ မဟာယာဇက ဥတ္ထာယ ယီၑုမ် အဝါဒီတ်၊ တွံ ကိမပိ န ပြတိဝဒသိ? တွာမဓိ ကိမေတေ သာက္ၐျံ ဝဒန္တိ?
Baş kahin ayağa qalxıb İsaya dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?»
63 ကိန္တု ယီၑု ရ္မော်နီဘူယ တသျော်၊ တတော မဟာယာဇက ဥက္တဝါန်, တွာမ် အမရေၑွရနာမ္နာ ၑပယာမိ, တွမီၑွရသျ ပုတြော'ဘိၐိက္တော ဘဝသိ နဝေတိ ဝဒ၊
Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?»
64 ယီၑုး ပြတျဝဒတ်, တွံ သတျမုက္တဝါန်; အဟံ ယုၐ္မာန် တထျံ ဝဒါမိ, ဣတးပရံ မနုဇသုတံ သရွွၑက္တိမတော ဒက္ၐိဏပါရ္ၑွေ သ္ထာတုံ ဂဂဏသ္ထံ ဇလဓရာနာရုဟျာယာန္တံ ဝီက္ၐဓွေ၊
İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz».
65 တဒါ မဟာယာဇကော နိဇဝသနံ ဆိတ္တွာ ဇဂါဒ, ဧၐ ဤၑွရံ နိန္ဒိတဝါန်, အသ္မာကမပရသာက္ၐျေဏ ကိံ ပြယောဇနံ? ပၑျတ, ယူယမေဝါသျာသျာဒ် ဤၑွရနိန္ဒာံ ၑြုတဝန္တး,
Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz!
66 ယုၐ္မာဘိး ကိံ ဝိဝိစျတေ? တေ ပြတျူစုး, ဝဓာရှော'ယံ၊
Bəs buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir».
67 တတော လောကဲသ္တဒါသျေ နိၐ္ဌီဝိတံ ကေစိတ် ပြတလမာဟတျ ကေစိစ္စ စပေဋမာဟတျ ဗဘာၐိရေ,
Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq
68 ဟေ ခြီၐ္ဋ တွာံ ကၑ္စပေဋမာဟတဝါန်? ဣတိ ဂဏယိတွာ ဝဒါသ္မာန်၊
dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?»
69 ပိတရော ဗဟိရင်္ဂန ဥပဝိၑတိ, တဒါနီမေကာ ဒါသီ တမုပါဂတျ ဗဘာၐေ, တွံ ဂါလီလီယယီၑေား သဟစရဧကး၊
Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də Qalileyalı İsa ilə birlikdə idin».
70 ကိန္တု သ သရွွေၐာံ သမက္ၐမ် အနင်္ဂီကၖတျာဝါဒီတ်, တွယာ ယဒုစျတေ, တဒရ္ထမဟံ န ဝေဒ္မိ၊
Amma Peter hamının qarşısında inkar edərək dedi: «Bilmirəm, sən nə danışırsan».
71 တဒါ တသ္မိန် ဗဟိရ္ဒွါရံ ဂတေ 'နျာ ဒါသီ တံ နိရီက္ၐျ တတြတျဇနာနဝဒတ်, အယမပိ နာသရတီယယီၑုနာ သာရ္ဒ္ဓမ် အာသီတ်၊
Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi: «Bu adam Nazaretli İsa ilə birlikdə idi».
72 တတး သ ၑပထေန ပုနရနင်္ဂီကၖတျ ကထိတဝါန်, တံ နရံ န ပရိစိနောမိ၊
Peter yenə inkar edib and içdi: «Mən o Adamı tanımıram».
73 က္ၐဏာတ် ပရံ တိၐ္ဌန္တော ဇနာ ဧတျ ပိတရမ် အဝဒန်, တွမဝၑျံ တေၐာမေက ဣတိ တွဒုစ္စာရဏမေဝ ဒျောတယတိ၊
Bir az sonra orada duranlar gəlib Peterə dedilər: «Doğrudan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir».
74 ကိန္တု သော'ဘိၑပျ ကထိတဝါန်, တံ ဇနံ နာဟံ ပရိစိနောမိ, တဒါ သပဒိ ကုက္ကုဋော ရုရာဝ၊
Peter özünü qarğıyıb and içərək dedi: «O Adamı tanımıram». Həmin anda xoruz banladı.
75 ကုက္ကုဋရဝါတ် ပြာက် တွံ မာံ တြိရပါဟ္နောၐျသေ, ယဲၐာ ဝါဂ် ယီၑုနာဝါဒိ တာံ ပိတရး သံသ္မၖတျ ဗဟိရိတွာ ခေဒါဒ် ဘၖၑံ စကြန္ဒ၊
Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.

< မထိး 26 >