< 羅馬書 9 >
1 我在基督內說實話,並不說謊,有我的良心在聖神內與我一同作證:
Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, vicdanım dediklərimi Müqəddəs Ruhda təsdiq edir ki,
ürəyimdə böyük bir kədər, daimi bir iztirab var.
3 為救我的弟兄,我血統的同胞,就是被詛咒,與基督隔絕,我也甘心情願。
Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim;
4 他們是以色列人:義子的名份、光榮、盟約、法律、禮儀以及恩許,都是他們的;
bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur.
5 聖祖也是他們的,並且基督按血統說,也是從他們來的,祂是在萬有之上,世世代代應受讚美的天主! 阿們。 (aiōn )
Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin. (aiōn )
6 這並不是說天主的話落了空,因為不是凡從以色列生的,都是真以色列人;
Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil.
7 也不是凡是亞巴郎的後裔,就都是他的真子女,而是『由依撒格所生的,才稱為你的後裔,』
İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib.
8 即是說:不是血統上的子女,算是天主的子女,而是藉恩許所生的子女,才算為真後裔。
Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır.
9 原來恩許是這樣說的:『到明年這時候我要來,撒辣必有一個兒子。』
Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq».
10 並且關於黎貝加也有相似的事。她從我們的先祖依撒格一人懷了孕;
Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu.
11 當時雙胎還沒有出生,也沒有行善或作惡;但為使天主預簡的計畫堅定不移,
Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun.
12 且為顥示這計畫並不憑人的行為,而只憑天主的召選,遂有話給她說:『年長的要服事年幼的。』
13 正如經上記載:『我愛了雅各伯而恨了厄撒烏。』
Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim».
14 那麼,我們可說什麼呢?難道天主不公道嗎?絕對不是!
Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla!
15 因為祂對梅瑟說過:『我要恩待的,就恩待;我要憐憫的,就憐憫。』
Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm».
16 這樣看來,蒙召並不在乎人願意,也不在乎人努力,而是由於天主的仁慈,
Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır.
17 因為經上有話對法郎說:『我特興起了你,是為在你身上彰顯我的大能,並為使我的名傳遍全世界。』
Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin».
18 這樣看來,祂願意恩待誰,就恩待誰;祂願意使誰心硬,就使誰心硬。
Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir.
19 或者,你要問我說:既是這樣,為什麼祂要責怪人呢?有誰能抗拒祂的意志呢?
İndi sən mənə deyə bilərsən: «Bəs Allah daha nə üçün bizi təqsirkar çıxarır? Məgər kimsə Onun iradəsinin əleyhinə gedə bilər?»
20 人呀! 你是誰,竟敢向天主抗辯?製造品豈能對製造者說:你為什麼這樣製造了我?
Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər?
21 難道陶工不能隨意用一團泥,把這一個作成貴重的器皿,把那一個作成卑賤的器皿嗎?
Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin?
22 如果天主願意顯示自己的義怒,並彰顯自己的威能,曾以寬宏大量,容忍了那些惹祂發怒而應毀滅的器皿;
Əgər Allah qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək qəzəbinə gəlib məhv olmağa hazırlanmış qablara böyük səbirlə dözdüsə, biz nə deyə bilərik?
23 祂如此作,是為把祂那豐富的光榮,在那些祂早已準備好,為進入光榮而蒙憐憫的器冊上彰顯出來,又有什麼不可能呢?
Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin?
24 這些器皿就是我們這些不但從猶太人中,而且也從外邦人中被天主所寵召的人。
O qablar bizik ki, Allah yalnız Yəhudilər arasından deyil, həm də başqa millətlər arasından çağırdı.
25 這正如天主在歐瑟亞書中所說的:『我要叫「非我人民」為「我的人民」,又叫「不蒙愛憐者」為「蒙愛憐者」;
Necə ki Huşənin kitabında deyilir: «“Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm, “Sevdiyim deyil” dediyimə “Sevdiyimsən” deyəcəyəm».
26 人在那裡對他們說:你們不是我的人民,在同樣的地方,他們要被稱為永生天主的子女。』
«Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək».
27 論到以色列,依撒意亞卻呼喊說:『以色列子民的數目雖煞多如海沙,唯有殘存者要蒙受救恩,
Yeşaya da İsrail barədə belə nida edir: «İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə, Ancaq sağ qalanları xilas olacaq.
28 因為上主在大地上,要徹底迅速完成祂的判決。』
Çünki Rəbb yer üzündə hökmünü Tam və tez yerinə yetirəcək».
29 依撒意亞又預言過:『若非萬軍的上主給我們留下苖裔,我們早已如同索多瑪,相似哈摩辣了。』
Yeşayanın qabaqcadan söylədiyi kimi: «Əgər Ordular Rəbbi Bizim xalqdan bir neçə Sağ qalan adam qoymasaydı, Biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik».
30 那麼,我們可說什麼呢?外邦人沒有追求正義,卻獲得了正義,即由信仰而得的正義;
Bəs nə deyə bilərik? Salehliyin ardınca getməyən başqa millətlər salehliyi, yəni imanla gələn salehliyi əldə etdilər.
31 以色列人追求使人成義的法律,卻沒有得到這種法律,
Amma salehlik göstərən Qanunun ardınca gedən İsrail xalqı bu Qanuna çata bilmədi.
32 這是為什麼呢?是因為他們不憑信仰,只憑著行為追求。他們正碰在那塊絆腳石上,
Nə üçün? Çünki imanla yox, əməllərlə gedirdilər. Beləcə büdrəmə daşına ilişdilər.
33 正如經上所載:『看,我在熙雍按放了一塊絆腳石,一塊使人絆跌的盤石;相信他的人,不致蒙羞。』
Necə ki yazılıb: «Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram. Ona iman edən kəs utandırılmaz».