< 撒母耳記下 21 >

1 達味在位時,飢荒接連三年,他求問了上主,上主答說:「在撒烏耳和他家中尚有血債,因為他殺了基貝紅人」。
Davudun dövründə üç il dalbadal qıtlıq oldu. Davud buna görə Rəbbə müraciət edəndə Rəbb dedi ki, bu qıtlıq Şaula və onun qan tökən nəslinə görədir. Çünki o, Giveonluları öldürmüşdü.
2 君王遂將基貝紅人召來,詣問 。 ──基貝紅不屬以色列人,他們原是阿摩黎人的遺民。以色列子民曾向起過誓,但撒烏耳為表示愛以色列和猶大的熱情,曾設法屠殺他們。
Padşah Giveonluları çağırdı və onlarla danışdı. Giveonlular İsrail övladları deyildi. Emorlulardan sağ qalan bir xalq idi ki, İsraillilər onları sağ buraxacaqlarına and içmişdilər. Lakin Şaul İsrail və Yəhuda övladları naminə onları ciddi-cəhdlə yox etməyə çalışmışdı.
3 達味向基貝紅人說:「我該為你們作什麼﹖該怎樣贖罪才可以使你們祝福上主的遺產﹖」
Davud Giveonlulara dedi: «Sizin üçün mən nə edə bilərəm? Edilən bu günahı nə ilə təmizləyə bilərəm ki, siz Rəbbin irsinə xeyir-dua verəsiniz?»
4 基貝紅人回答他說:「我們和撒烏耳和他家不是金銀的問題,也不願在以色列殺一個人。」達味說:「你們論什麼,我必為你們作到。」
Giveonlular ona dedi: «Şaulla onun nəslindən qızıl-gümüş istəmək fikrində deyilik. İsraildə adam öldürmək niyyətində də deyilik». Davud dedi: «Siz nə istəsəniz, onu edərəm».
5 他們向君王說:「破壞我們,設法消滅我們,我們不在以色列任何中存在的人,
Onlar padşaha dedi: «Bizi qırıb məhv edən və İsrail ərazisində qalmamaq üçün bizə qəsd quran adamın övladlarından yeddi nəfər bizə verilsin.
6 要將他七個子孫交給我們,我們要在基貝紅的山上,將他們懸掛在上主面前」。君王答說:「我必將他們交出來」。
Rəbbin seçdiyi Şaulun Givea şəhərində onları Rəbbin önündə asaq». Padşah dedi: «Yaxşı, mən onları sizə verərəm».
7 君王為了自己同撒烏耳的兒子約納堂間向上主所起的誓約,饒恕了撒烏耳的孫子,約納堂的兒子默黎巴耳,
Lakin padşah Davud Rəbbin önündə and içdiyi Şaul oğlu Yonatan oğlu Mefiboşetə qıymadı.
8 只將阿雅的女兒黎茲帕給撒烏耳所生的兩個兒子阿爾摩尼和默黎巴耳,以及撒烏耳的女兒默辣布給默曷拉人巴爾齊來的兒子阿德黎耳所生的五個兒子,
Ayya qızı Rispanın Şauldan doğulan iki oğlunu – Armoni ilə Mefiboşeti, bir də Şaulun qızı Meravın Mexolalı Barzillay oğlu Adrieldən doğduğu beş oğlunu padşah götürüb
9 交給基貝紅人手裏;基貝紅人把他們在山上懸掛在上主面前; 他們七人死在一處,死在收割初期。
Giveonlulara təslim etdi. Giveonlular onları Rəbbin önündə, dağın üstündə asdılar və yeddisi də birlikdə öldü. Onlar biçin vaxtının ilk günlərində, arpa biçini başlanğıcında öldürüldü.
10 阿雅的女兒了麻衣,舖在石上,開始收割大麥,直到雨從天上落到屍首上,白天她不讓飛鳥飛近,夜間不讓野獸起近。
Ayyanın qızı Rispa çul götürüb özü üçün qayaya sərdi. Biçin başlanandan cəsədlərin üstünə yağış yağanadək Rispa orada qalaraq onların meyitlərini gündüz göydəki quşlardan, gecə vəhşi heyvanlardan qorudu.
11 有人把阿雅的女身兒,撒烏耳的妾黎茲帕所行的事,報告給達味。
Şaulun cariyəsi Ayya qızı Rispanın etdiyi bu işi Davuda xəbər verdilər.
12 君王就去把撒烏耳和他的兒子約納堂的遺骸,從雅貝士基肋阿得的居民那裏收殮起來;這骨骸是他們從貝特商偷來的。原來培肋舍特人那天在基耳波殺了撒烏耳,將他們懸在廣場上。
Davud gedib Şaulun sümüklərini və oğlu Yonatanın sümüklərini Yaveş-Gilead əhalisindən aldı. Filiştlilər Gilboada Şaulu öldürdükləri gün onların cəsədlərini Bet-Şean meydanında asmışdılar, Yaveş-Gilead əhalisi də gəlib cəsədləri oradan oğurlamışdı.
13 達味那裏將撒烏耳和他的兒子的遺骸,那七個被懸掛的遺骸,一同運了回來,
Davud Şaulun və oğlu Yonatanın sümüklərini həmin yerdən çıxartdırdı və asılanların da sümüklərini topladılar.
14 與撒烏耳和他兒子約納堂的遺骸,一同埋在本雅明地方的責拉,撒烏耳的父親克的墳墓內。人門全依照君王所吩咐的作了;以後,天主才憐憫了那地方。
Onlar Şaulun və oğlu Yonatanın sümüklərini Binyamin torpağında – Selada, Şaulun atası Qişin məqbərəsində basdırdılar, padşahın onlara əmr etdiyi hər şeyə əməl etdilər. Bundan sonra Allah ölkə üçün duaları qəbul etdi.
15 培肋舍特人與以色列人之間又發生戰事,達味帶著他的軍隊下來,駐紮在哥布,攻打培肋舍特人。正當達味疲乏時,約阿士的兒子多多出來了,
Yenə Filiştlilərin İsraillilərlə döyüşü oldu. Davud adamları ilə birgə döyüşə getdi və onlar Filiştlilərlə döyüşərkən Davud yoruldu.
16 他是辣法巨人的後裔,他所持的矛的銅有三百「協刻耳」重,腰間佩著一把新劍,揚言要擊殺達味。
Rafa övladlarından İşbi-Benov Davudu öldürmək istədi. Onun nizəsinin başı üç yüz şekel ağırlığında tuncdan idi və belinə təzə qılınc bağlamışdı.
17 責魯雅的兒子阿彼瑟就來協助達味,打敗了那培肋舍特人,將他殺死。那時,達味的臣僕向他起誓說:「你可可跟隨我們出征打戰,怕你熄滅了以色列的明燈」。
Seruya oğlu Avişay Davudun köməyinə çatıb həmin Filiştlini vurub öldürdü. O zaman Davudun adamları ona and verib dedilər: «Bir daha sən bizimlə bərabər döyüşə çıxma ki, İsrailin çırağını söndürməyəsən».
18 此後,又在哥布和發生了戰事,這次胡沙人息貝開擊殺了撒夫,他也是辣法巨人的後裔。
Bundan sonra yenə Filiştlilərlə Qovda döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Safı öldürdü.
19 以後,在哥布又與培肋舍特人交戰,白冷人雅依爾的兒子厄耳哈,殺了加特城人哥肋雅的兄弟拉赫米;這人的長矛粗如織布機的橫軸。
Yenə Filiştlilərlə Qovda döyüş oldu və Bet-Lexemli Yaare-Orgimin oğlu Elxanan Qatlı Qolyatı öldürdü. Qolyatın nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda idi.
20 此後,在加特又了戰事,在那裏有一巨人,兩手各有六指,兩腳也各有六趾,共有二十四個,也是辣法巨人的。
Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi.
21 由於他辱罵了以色列,達味的兄弟史默亞的兒子約納堂,便擊殺了他:
O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü.
22 以上四人,都是加特城辣法巨的後裔,都喪身在達味和他的臣僕的手下。
Bu dörd kişi Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.

< 撒母耳記下 21 >