< 撒母耳記下 20 >

1 當時,在那裏有個敗類,始叫舍尸巴,是本雅明人彼革黎的兒子。吹著號,喊說:「我們和達味沒有關係,對葉瑟兒子的產業沒有分子。以色列人! 各自回本家吧!
Elə bu zamanlar Binyaminli Bikri oğlu Şeva adında yaramaz bir adam təsadüfən Qilqalda idi. O, şeypur çalıb dedi: «Bizim Davudla şərikliyimiz yoxdur. Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, hərə öz çadırına!»
2 因此,眾以色列人離開達味,跟隨了彼革黎的兒子舍巴;但猶大人仍然緊隨他們的君王,由約旦河直到了耶路撒冷。
Bütün İsraillilər də Davudu atıb Bikri oğlu Şevanın ardınca getdi. Lakin Yəhudalılar padşahları Davuda sadiq qalaraq İordan çayından Yerusəlimə qədər onu müşayiət etdi.
3 達味王進了耶路撒冷的宮殿,就將他留下看守宮殿的十個個嬪妃,留在禁官裏,養活她們,卻不再親近她們。她們被禁在冷官內,一直到死,終身守寡。
Padşah Davud Yerusəlimdəki evinə gedib on qadını – sarayı qorumaq üçün saxladığı cariyələri götürərək öz nəzarəti altında saxladı və onların yaşayışını təmin etdi, lakin yanlarına girmədi. Ölənə qədər bu qadınlar dul kimi qalaraq qapalı saxlandılar.
4 王對阿瑪撒說:「三天之內,你應給我召集猶大人,你也親自也該來到這裏」。
Padşah Amasaya dedi: «Üç gün ərzində Yəhudalıları mənim yanıma çağır və özün də burada ol».
5 阿彼撒去召集猶大人,但他遲延耽擱,過了君王他所定的期限。
Amasa Yəhudalıları bir yerə çağırmaq üçün getdi, lakin onun üçün təyin olunan vaxtda geri qayıtmadı.
6 達味就對阿彼撒說:「現今彼革黎的兒子舍巴危害我們,恐怕甚於阿貝沙隆。你快去領你主人的軍隊去追趕他,免得他佔了設防的城,由我們眼前逃脫」。
Davud Avişaya dedi: «İndi Bikri oğlu Şeva bizə Avşalomdan daha çox ziyan vuracaq. Sən ağanın qullarını götür, onu təqib etməyə get. Yoxsa o özünə qala divarlı şəhərlər tapar və gözümüzdən qaçar».
7 約阿布的部下,革肋提人和培肋提人,以及所有的勇士,都跟阿彼撒去了。他們由耶路撒冷出發,趕走彼革黎的兒子舍巴。
Beləcə Yoavın adamları, Keretlilərlə Peletlilər və bütün cəngavərlər Bikri oğlu Şevanı təqib etmək üçün Avişayın başçılığı altında Yerusəlimdən çıxdılar.
8 當他們來到基貝紅的大石旁,阿瑪撒也迎面而來。約阿布身穿戰袍,束著腰帶,腰間掛著一把帶鞘的刀。約阿布的刀出鞘落地。
Onlar Giveondakı böyük qayanın yanında olanda Amasa onları qarşılamağa gəldi. Yoav döyüş libasını geymişdi və paltarının üstündə kəməri var idi. Kəmərinə bağlı qınında olan bir qılınc belində idi. O irəliyərkən qılınc qınından çıxdı.
9 約阿布對阿瑪撒說:「吾兄,你好﹖」約阿布遂用石手抓住阿瑪撒的鬍鬚,與他親吻。
Yoav Amasaya dedi: «Qardaşım, yaxşısanmı?» Sonra Yoav onu öpmək üçün sağ əli ilə Amasanın saqqalından yapışdı.
10 阿瑪撒沒有提防約阿布手中的刀;約阿布就用刀刺穿了他的肚腹,五臟傾流在地上,沒有再刺第二下,他就死了。約阿布與自己的兄弟阿彼瑟,便往前追趕彼革黎的兒子舍巴。
Amasa isə Yoavın sol əlindəki qılınca əhəmiyyət vermədi. Yoav qılıncı ilə Amasanın qarnından vurub bağırsaqlarını yerə elə tökdü ki, ikinci zərbəyə ehtiyac qalmadan Amasa öldü. Yoavla qardaşı Avişay Bikri oğlu Şevanı təqib etdilər.
11 看守阿瑪撒屍首的約阿布的一個兵士喊說:「誰喜愛約阿布,誰屬達味,就跟約阿布去! 」
Yoavın adamlarından biri onun yanında durub dedi: «Kim Yoavdan razıdırsa, kim Davudun tərəfindədirsə, Yoavın ardınca gəlsin».
12 阿瑪撒此時臥在路中血泊中,那人見眾人停留不前,就將阿瑪撒的屍首,由路上搬到田裏,上面蓄上一件衣服,因為他見軍人到了那裏,就停在屍首前。
Amasa əsas yolun ortasında qan içində üzürdü. Yoavın tərəfdarı həmin adam gördü ki, Amasanın cəsədinin yanına gələn hər kəs dayanır. Xalqın dayandığını gördüyü üçün cəsədi böyük yoldan götürüb çölə apararaq üstünə bir paltar atdı.
13 屍首由路上搬走後,軍人就都過去,跟隨約阿布追趕彼革黎的兒子舍巴。
Amasa böyük yoldan götürüləndən sonra hamı Bikri oğlu Şevanı təqib etmək üçün Yoavın ardınca getdi.
14 舍巴走遍了以色列各支派,人都不理他。隨後到了貝特瑪阿加的阿貝耳,眾彼革黎人卻聚集起來,跟隨了他。
Şeva Avel-Bet-Maaka və bütün Berim diyarlarına qədər bütün İsrail qəbilələrinin içərisindən keçdi və bütün camaat yığılıb onun ardınca getdi.
15 約阿布大軍前來,把他包圍在貝特瑪阿加的阿貝內,興築攻城的壁壘。跟隨約阿布的大軍遂下手挖城牆,使牆倒塌。
Yoavın yanındakı bütün xalq gəlib Şevanın qaldığı Avel-Bet-Maaka şəhərini mühasirəyə aldı və şəhərin qarşısında bir torpaq qalağı tökdü. Onlar divarı uçurtmaq üçün lağım atarkən
16 當時城中有個聰明的婦人,站在城牆上喊說:「請聽! 請聽! 你們對約阿布說:來這裏,我有話對你說」。
bir ağıllı qadın şəhərdən qışqırıb dedi: «Qulaq asın! Qulaq asın! Rica edirəm, Yoava söyləyin ki, buraya yaxınlaşsın, ona sözüm var».
17 約阿布來到她那裏,婦人便問說:「你是約阿布嗎﹖」他答說:「我是」。她便對他說:「請你聽你婢女一言! 」他答說:「我聽」。
Yoav ona yaxınlaşanda qadın «Yoav sənsən?» dedi. O «bəli, mənəm» dedi. Qadın ona dedi: «Sən bu kənizinin sözünə qulaq as». Yoav «eşidirəm səni» dedi.
18 她說:「從前有句話說:你去問問阿貝耳,事便可解決。
Qadın sözünə davam etdi «Qədim zamanlarda “Aveldə məsləhət alın” deyərdilər və işləri belə həll edərdilər.
19 我在以色列算是一座和平忠厚的城,你卻圖謀消滅一座以色列的母城。為什麼你要吞滅上主的產業﹖」
Mən İsrailin rifahını istəyən sadiq adamlardan biriyəm. Sən İsraildə şəhərlərin anası olan bir şəhəri dağıtmaq istəyirsən. Axı nə üçün Rəbbin irsini məhv etmək istəyirsən?»
20 約阿布答說:「決無此事,我決無意消滅或破壞。
Yoav cavab verdi: «Dağıtmaq yaxud məhv etmək niyyəti məndən uzaq, qoy uzaq olsun!
21 完全不是這麼一回事;只因厄弗辣因山地的一人,即彼革黎的兒子名叫舍巴的,造反抗拒達味王;只要你們將他交來,我即撤離此城」。婦人對約阿布說:「請看,他的頭由城上拋給你」。
İş burasındadır ki, Efrayimin dağlıq bölgəsindən Bikri oğlu Şeva adlı bir adam padşah Davuda qarşı üsyan qaldırıb. Yalnız onu bizə verin, mən də bu şəhərdən çəkilim». Qadın Yoava dedi: «Onun başı şəhər divarından sənə atılacaq».
22 婦人就去憑自己的智慧勸說眾百姓。他們便砍了彼革黎的兒子舍巴的頭,拋給約阿布。約阿布遂吹起號角,撤兵離城,各自了本家。約阿布也回了耶路撒冷君王那裏。
Qadın ağıllı tərpənib xalqının yanına getdi. Onlar da Bikri oğlu Şevanın başını kəsib Yoava atdı. Bundan sonra Yoav şeypur çaldı və ordu şəhərin mühasirəsindən çəkildi. Hamı öz evinə qayıtdı. Yoav isə Yerusəlimə – padşahın yanına qayıtdı.
23 約阿布統率以色列的眾軍隊;約雅達的兒子貝納雅管理革勒提人和培肋提人;
Yoav bütün İsrail ordusunun başçısı idi. Yehoyadanın oğlu Benaya Keretlilərin və Peletlilərin qabağında idi.
24 阿多蘭管理奴役;阿希路得的兒子約沙法特作御史;
Adoram mükəlləfiyyətçilərin başçısı və Axilud oğlu Yehoşafat salnaməçi idi.
25 史沙作書記;匝多克和厄貝雅塔爾作司祭;
Şeva mirzə, Sadoqla Evyatar kahin,
26 此外,雅提爾人依辣也也作達味的司祭。
Yairli İra isə Davudun kahini idi.

< 撒母耳記下 20 >