< Zəbur 79 >

1 Asəfin məzmuru. Ey Allah, millətlər Sənin mülkünə giriblər, Müqəddəs məbədini murdar ediblər, Yerusəlimi viranəliyə çeviriblər.
מזמור לאסף אלהים באו גוים בנחלתך טמאו את היכל קדשך שמו את ירושלם לעיים׃
2 Qullarının cəsədini göydəki quşlara yem ediblər, Möminlərinin ətini yerdəki heyvanlara veriblər.
נתנו את נבלת עבדיך מאכל לעוף השמים בשר חסידיך לחיתו ארץ׃
3 Yerusəlimin hər tərəfində onların qanı axıdılıb, Onları dəfn edən yoxdur.
שפכו דמם כמים סביבות ירושלם ואין קובר׃
4 Qonşularımızın tənə hədəfinə döndük, Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.
היינו חרפה לשכנינו לעג וקלס לסביבותינו׃
5 Ya Rəbb, nə vaxtacan, Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən, Qısqanclıqdan od tutub yanacaqsan?
עד מה יהוה תאנף לנצח תבער כמו אש קנאתך׃
6 Səni tanımayan millətlərin, İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.
שפך חמתך אל הגוים אשר לא ידעוך ועל ממלכות אשר בשמך לא קראו׃
7 Çünki onlar Yaqub nəslinin başını yeyiblər, Yurd-yuvasını viranəyə çeviriblər.
כי אכל את יעקב ואת נוהו השמו׃
8 Ata-babalarımızın günahını boynumuza qoyma, Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər.
אל תזכר לנו עונת ראשנים מהר יקדמונו רחמיך כי דלונו מאד׃
9 Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, Günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et.
עזרנו אלהי ישענו על דבר כבוד שמך והצילנו וכפר על חטאתינו למען שמך׃
10 Niyə millətlər «Hanı onların Allahı?» desinlər? Qullarının tökülən qan qisasının alınmasını Qoy gözümüz görsün, millətlər də bilsinlər.
למה יאמרו הגוים איה אלהיהם יודע בגיים לעינינו נקמת דם עבדיך השפוך׃
11 Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın, Ölümə aparılanları böyük qüdrətinlə qoru.
תבוא לפניך אנקת אסיר כגדל זרועך הותר בני תמותה׃
12 Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların Tənələrini yeddi qat artıq kökslərinə qaytar.
והשב לשכנינו שבעתים אל חיקם חרפתם אשר חרפוך אדני׃
13 Biz Sənin xalqın, otlağının sürüsüyük, Əbədilik Sənə şükür edərik, Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik!
ואנחנו עמך וצאן מרעיתך נודה לך לעולם לדר ודר נספר תהלתך׃

< Zəbur 79 >