Aionian Verses
Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı. (Sheol )
And all his sons and his daughters gathered themselves together, and came to comfort him; but he would not be comforted, saying, I will go down to my son mourning to Hades; and his father wept for him. (Sheol )
Yaqub dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz». (Sheol )
But he said, My son shall not go down with you, because his brother is dead, and he only has been left; and [suppose] it shall come to pass that he is afflicted by the way by which you go, then you shall bring down my old age with sorrow to Hades. (Sheol )
Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. (Sheol )
If then you take this one also from my presence, and an affliction happen to him by the way, then shall you bring down my old age with sorrow to the grave. (Sheol )
onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. (Sheol )
—it shall even come to pass, when he sees the boy is not with us, [that] he will die, and your servants will bring down the old age of your servant, and our father, with sorrow to the grave. (Sheol )
Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız». (Sheol )
But if the Lord shall show by a wonder, and the earth shall open her mouth and swallow them up, and their houses, and their tents, and all that belongs to them, and they shall go down alive into Hades, then you shall know that these men have provoked the Lord. (Sheol )
Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox oldular. (Sheol )
And they went down and all that they had, alive into Hades; and the ground covered them, and they perished from the midst of the congregation. (Sheol )
Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq. (Sheol )
For a fire has been kindled out of my wrath, it shall burn to hell below; it shall devour the land, and the fruits of it; it shall set on fire the foundations of the mountains. (Sheol )
Rəbb insanı həm öldürür, həm dirildir. Ölülər diyarına həm endirir, həm çıxarır. (Sheol )
The Lord kills and makes alive; he brings down to the grave, and brings up. (Sheol )
Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. (Sheol )
the pangs of death surrounded me, the agonies of death prevented me. (Sheol )
Sən öz hikmətinə görə davran, qoy onun ağarmış başı ölülər diyarına salamat enməsin. (Sheol )
Therefore you shall deal [with him] according to your wisdom, and you shall not bring down his grey hairs in peace to the grave. (Sheol )
İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər». (Sheol )
But you shall by no means hold him guiltless, for you are a wise man, and will know what you shall do to him, and shall bring down his grey hairs with blood to the grave. (Sheol )
Bulud dağılıb getdiyi kimi Ölülər diyarına enən bir daha çıxmaz. (Sheol )
[I am] as a cloud that is cleared away from the sky: for if a man go down to the grave, he shall not come up again: (Sheol )
Onlar göylər qədər ucadır, axı nə edə bilərsən? Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən? (Sheol )
Heaven [is] high; and what will you do? and there are deeper things than those in hell; what do you know? (Sheol )
Kaş ki məni ölülər diyarında gizlədəydin, Qəzəbin keçənədək saxlayaydın, Mənə möhlət verəydin, Sonra məni yada salaydın. (Sheol )
For oh that you had kept me in the grave, and had hidden me until your wrath should cease, and you should set me a time in which you would remember me! (Sheol )
Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm, (Sheol )
For if I remain, Hades is my habitation: and my bed has been made in darkness. (Sheol )
Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?» (Sheol )
Will they go down with me to Hades, or shall we go down together to the tomb? (Sheol )
Ömürlərini firavan keçirirlər, Ölülər diyarına rahat gedirlər. (Sheol )
And they spend their days in wealth, and fall asleep in the rest of the grave. (Sheol )
Necə ki quraqlıq və istilik qarı əridib udar, Ölülər diyarı da günahkarları elə götürüb aparar. (Sheol )
[Let them be] withered upon the earth; for they have plundered the sheaves of the fatherless. (Sheol )
Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur. (Sheol )
Hell is naked before him, and destruction has no covering. (Sheol )
Ölüb-gedən insan Səni xatırlamaz. Axı ölülər diyarından kim Sənə şükür edəcək? (Sheol )
For in death no man remembers you: and who will give you thanks in Hades? (Sheol )
Pis adamlar ölülər diyarına düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək. (Sheol )
Let sinners be driven away into Hades, [even] all the nations that forget God. (Sheol )
Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını qəbirə salmazsan. (Sheol )
because you will not leave my soul in hell, neither will you suffer your Holy One to see corruption. (Sheol )
Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı. (Sheol )
The pangs of hell came round about me: the snares of death prevented me. (Sheol )
Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin. (Sheol )
O Lord, you have brought up my soul from Hades, you have delivered me from [among] them that go down to the pit. (Sheol )
Ya Rəbb, məni xəcalətdə qoyma, Çünki Səni çağırıram. Qoy pislər utansın, Qoy ölülər diyarında səsləri batsın. (Sheol )
O Lord, let me not be ashamed, for I have called upon you: let the ungodly be ashamed, and brought down to Hades. (Sheol )
Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar. (Sheol )
They have laid [them] as sheep in Hades; death shall feed on them; and the upright shall have dominion over them in the morning, and their help shall fail in Hades from their glory. (Sheol )
Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq, Məni oradan alacaq. (Sela) (Sheol )
But God shall deliver my soul from the power of Hades, when he shall receive me. (Pause) (Sheol )
Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir. (Sheol )
Let death come upon them, and let them go down alive into Hades, for iniquity is in their dwellings, in the midst of them. (Sheol )
Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın. (Sheol )
For your mercy is great toward me; and you have delivered my soul from the lowest hell. (Sheol )
Bəlalardan canım boğazıma gəldi, Həyatım ölülər diyarına yaxınlaşır. (Sheol )
For my soul is filled with troubles, and my life has drawn near to Hades. (Sheol )
İnsanlar arasında ölüm görməyən kimdir? Kim canını ölülər diyarının pəncəsindən qurtarar? (Sela) (Sheol )
What man is there who shall live, and not see death? shall [any one] deliver his soul from the hand of Hades? (Pause) (Sheol )
Ətrafıma ölüm bağları sarıldı, Ölülər diyarının sıxıntıları məni haqladı, Dərd-bəlalar məni tapdı. (Sheol )
The pangs of death compassed me; the dangers of hell found me: I found affliction and sorrow. (Sheol )
Əgər göylərə çıxsam, Sən oradasan, Ölülər diyarında yatsam, Sən oradasan. (Sheol )
If I should go up to heaven, you are there: if I should go down to hell, you are present. (Sheol )
Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib. (Sheol )
As a lump of earth is crushed upon the ground, our bones have been scattered by the [mouth of] the grave. (Sheol )
Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər. (Sheol )
and let us swallow him alive, as Hades [would], and remove the memorial of him from the earth: (Sheol )
Onun ayaqları ölümə aparır, Onun addımları ölülər diyarına çatır. (Sheol )
For the feet of folly lead those who deal with her down to the grave with death; and her steps are not established. (Sheol )
Onun evinin yolu ölülər diyarına aparır, Ölüm mənzilinə gedib çatır. (Sheol )
Her house is the way of hell, leading down to the chambers of death. (Sheol )
Lakin yanına gələnlər bilməzlər ki, Orada ölüm var, Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir. (Sheol )
But he knows that mighty men die by her, and he falls in with a snare of hell. (Sheol )
Ölüm və Həlak yeri Rəbbə aşkardır, Gör O, insan ürəyindən necə agahdır. (Sheol )
Hell and destruction are manifest to the Lord; how shall not also be the hearts of men? (Sheol )
Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün Həyat yolunu tutub yuxarı gedər. (Sheol )
The thoughts of the wise are ways of life, that he may turn aside and escape from hell. (Sheol )
Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən. (Sheol )
For you shall beat him with the rod, and shall deliver his soul from death. (Sheol )
Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz. (Sheol )
Hell and destruction are not filled; so also are the eyes of men insatiable. [He that fixes his eye is an abomination to the Lord; and the uninstructed do not restrain their tongue.] (Sheol )
Ölülər diyarı, qısır bətn, Sudan doymayan torpaq, «Bəsdir» deməyən alov. (Sheol )
The grave, and the love of a woman, and the earth not filled with water; water also and fire will not say, It is enough. (Sheol )
Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var. (Sheol )
Whatsoever your hand shall find to do, do with all your might; for there is no work, nor device, nor knowledge, nor wisdom, in Hades wither you go. (Sheol )
Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır. (Sheol )
Set me as a seal upon your heart, as a seal upon your arm; for love is strong as death; jealousy is cruel as the grave, her shafts are shafts of fire, [even] the flames thereof. (Sheol )
Ölülər diyarı həddindən artıq ağzını açıb Doymaq bilmir. Yerusəlimin adlı-sanlıları, Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək. (Sheol )
Therefore hell has enlarged its desire and opened its mouth without ceasing: and her glorious and great, and her rich and her pestilent men shall go down [into it]. (Sheol )
Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». (Sheol )
Ask for yourself a sign of the Lord your God, in the depth or in the height. (Sheol )
Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib, Səni qarşılamağa can atır, ey Babil padşahı! Yer üzünün ölən bütün başçıları Sənin gəlişindən həyəcanlanır, Millətlərin bütün keçmiş padşahları Taxtlarından ayağa qalxır. (Sheol )
Hell from beneath is provoked to meet you: all the great ones that have ruled over the earth have risen up together against you, they that have raised up from their thrones all the kings of the nations. (Sheol )
Cah-calalın, çənglərinin səsi Ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü. (Sheol )
Your glory has come down to Hades, and your great mirth: under you they shall spread corruption, and the worm shall be your covering. (Sheol )
Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən. (Sheol )
But now you shall go down to hell, even to the foundations of the earth. (Sheol )
Madam ki siz dediniz: «Ölümlə əhd bağladıq, Ölülər diyarı ilə razılığa gəldik, Ölkəyə böyük bəla gələndə Bizə zərər verməyəcək, Çünki yalanı özümüzə sığınacaq etdik, Hiylənin arxasında gizləndik», (Sheol )
Because you have said, We have made a covenant with Hades, and agreements with death; if the rushing storm should pass, it shall not come upon us: we have made falsehood our hope, and by falsehood shall we be protected: (Sheol )
Ölümlə bağladığınız əhd ləğv olunacaq, Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək. Ölkəyə böyük bəla gələndə sizi məhv edəcək. (Sheol )
except it also take away your covenant of death, and your trust in Hades shall by no means stand: if the rushing storm should come upon you, you shall be beaten down by it. (Sheol )
«Mən öz-özümə dedim: Ömrüm yarıya çatan zaman Ölülər diyarının qapısından keçməliyəm, Həyatımın qalan illərindən məhrum olmuşam. (Sheol )
I said in the end of my days, I shall go to the gates of the grave: I shall part with the remainder of my years. (Sheol )
Axı ölülər diyarı Sənə şükür etməz, Ölüm həmdlər söyləməz, Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz. (Sheol )
For they that are in the grave shall not praise you, neither shall the dead bless you, neither shall they that are in Hades hope for your mercy. (Sheol )
Ətirləri bol-bol vurandan sonra Molek allahına sarı getdiniz. Elçilərinizi uzaqlara göndərdiniz, Özünüzü ölülər diyarına qədər endirdiniz. (Sheol )
and you have multiplied your whoredom with them, and you have increased the number of them that are far from you, and have sent ambassadors beyond your borders, and have been debased even to hell. (Sheol )
Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını qurutdum. (Sheol )
Thus says the Lord God; In the day wherein he went down to Hades, the deep mourned for him: and I stayed her floods, and restrained her abundance of water: and Libanus saddened for him, all the trees of the field fainted for him. (Sheol )
Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman dağılmasının gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı. (Sheol )
At the sound of his fall the nations quaked, when I brought him down to Hades with them that go down to the pit: and all the trees of Delight comforted him in the heart, and the choice of [plants] of Libanus, all that drink water. (Sheol )
Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına – qılıncla öldürülmüş adamların yanına endi. (Sheol )
For they went down to hell with him among the slain with the sword; and his seed, [even] they that lived under his shadow, perished in the midst of their life. (Sheol )
Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”. (Sheol )
Be you in the depth of the pit: to whom are you superior? yes, go down, and lie with the uncircumcised, in the midst of them [that are] slain with the sword. (Sheol )
Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar. (Sheol )
And they are laid with the giants that fell of old, who went down to Hades with [their] weapons of war: and they laid their swords under their heads, but their iniquities were upon their bones, because they terrified all men during their life. (Sheol )
Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək. (Sheol )
I will deliver [them] out of the power of Hades, and will redeem them from death: where is your penalty, O death? O Hades, where is your sting? comfort is hidden from mine eyes. (Sheol )
Ölülər diyarına girsələr belə, Onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, Onları endirəcəyəm. (Sheol )
Though they hid themselves in hell, thence shall my hand drag them forth; and though they go up to heaven, thence will I bring them down. (Sheol )
«Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin. (Sheol )
and said, I cried in my affliction to the Lord my God, and he listened to me, [even] to my cry out of the belly of hell: you heard my voice. (Sheol )
Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar. (Sheol )
But the arrogant man and the scorner, the boastful man, shall not finish anything; who has enlarged his desire as the grave, and like death he is never satisfied, and he will gather to himself all the nations, and will receive to himself all the peoples. (Sheol )
Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. (Geenna )
(parallel missing)
Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. (Geenna )
(parallel missing)
Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. (Geenna )
(parallel missing)
Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. (Geenna )
(parallel missing)
Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. (Hadēs )
(parallel missing)
Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə. (aiōn )
(parallel missing)
Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. (aiōn )
(parallel missing)
Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. (aiōn )
(parallel missing)
Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. (aiōn )
(parallel missing)
Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. (aiōn )
(parallel missing)
Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək. (Hadēs )
(parallel missing)
Əgər əlin və ya ayağın səni pis yola çəkərsə, onu kəs at. Sənin əbədi həyata şikəst və ya topal daxil olmağın iki əl və iki ayaqla əbədi oda atılmağından yaxşıdır. (aiōnios )
(parallel missing)
Əgər gözün səni pis yola çəkərsə, onu çıxarıb at. Sənin tək gözlə əbədi həyata daxil olmağın iki gözlə cəhənnəm oduna atılmağından yaxşıdır. (Geenna )
(parallel missing)
Bir adam İsanın yanına gəlib dedi: «Müəllim, mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?» (aiōnios )
(parallel missing)
Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq. (aiōnios )
(parallel missing)
Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. (aiōn )
(parallel missing)
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz. (Geenna )
(parallel missing)
Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız? (Geenna )
(parallel missing)
İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?» (aiōn )
(parallel missing)
O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! (aiōnios )
(parallel missing)
Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək». (aiōnios )
(parallel missing)
sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm». (aiōn )
(parallel missing)
Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq». (aiōn , aiōnios )
(parallel missing)
lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur. (aiōn )
(parallel missing)
Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır. (Geenna )
(parallel missing)
Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır. (Geenna )
(parallel missing)
Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır. (Geenna )
(parallel missing)
İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» (aiōnios )
(parallel missing)
indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın. (aiōn , aiōnios )
(parallel missing)
Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi. (aiōn )
(parallel missing)
O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». (aiōn )
(parallel missing)
Rəbb qulu İsrailin imdadına çatdı, Ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik Mərhəmət göstərməyi yada saldı». (aiōn )
(parallel missing)
Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi (aiōn )
(parallel missing)
Onlar dibsiz dərinliyə düşmələrini əmr etməsin deyə İsaya yalvarırdılar. (Abyssos )
(parallel missing)
Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. (Hadēs )
(parallel missing)
Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» (aiōnios )
(parallel missing)
Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun! (Geenna )
(parallel missing)
Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. (aiōn )
(parallel missing)
Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız. (aiōnios )
(parallel missing)
Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. (Hadēs )
(parallel missing)
Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» (aiōnios )
(parallel missing)
bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın». (aiōn , aiōnios )
(parallel missing)
İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir. (aiōn )
(parallel missing)
Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək. (aiōn )
(parallel missing)
Ona iman edən hər kəs əbədi həyata malik olsun». (aiōnios )
(parallel missing)
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. (aiōnios )
(parallel missing)
Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. (aiōnios )
(parallel missing)
amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». (aiōn , aiōnios )
(parallel missing)
Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. (aiōnios )
(parallel missing)
Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. (aiōnios )
(parallel missing)
Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, (aiōnios )
(parallel missing)
Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub». (aiōnios )
(parallel missing)
Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim». (aiōnios )
(parallel missing)
Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. (aiōnios )
(parallel missing)
Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir». (aiōn )
(parallel missing)
Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. (aiōnios )
(parallel missing)
Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». (aiōn )
(parallel missing)
Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən. (aiōnios )
(parallel missing)
Kölə evdə daim qalmaz, oğulsa daim qalar. (aiōn )
(parallel missing)
Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək». (aiōn )
(parallel missing)
Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən. (aiōn )
(parallel missing)
Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. (aiōn )
(parallel missing)
Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. (aiōn , aiōnios )
(parallel missing)
yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» (aiōn )
(parallel missing)
Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. (aiōnios )
(parallel missing)
Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» (aiōn )
(parallel missing)
Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm». (aiōnios )
(parallel missing)
Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz». (aiōn )
(parallel missing)
Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. (aiōn )
(parallel missing)
Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. (aiōnios )
(parallel missing)
Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. (aiōnios )
(parallel missing)
Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan. (Hadēs )
(parallel missing)
Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, Cismini çürüməyə qoymaz. (Hadēs )
(parallel missing)
Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. (aiōn )
(parallel missing)
Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. (aiōnios )
(parallel missing)
Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. (aiōnios )
(parallel missing)
Ona görə ki qalan insanlar – Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar. Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”. (aiōn )
(parallel missing)
Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür. (aïdios )
(parallel missing)
Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin. (aiōn )
(parallel missing)
dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat, (aiōnios )
(parallel missing)
Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin. (aiōnios )
(parallel missing)
Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır. (aiōnios )
(parallel missing)
Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır. (aiōnios )
(parallel missing)
Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin. (aiōn )
(parallel missing)
ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”» (Abyssos )
(parallel missing)
Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin. (eleēsē )
(parallel missing)
Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin. (aiōn )
(parallel missing)
Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz. (aiōn )
(parallel missing)
Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; (aiōnios )
(parallel missing)
bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; (aiōnios )
(parallel missing)
o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin. (aiōn )
(parallel missing)
Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi? (aiōn )
(parallel missing)
Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. (aiōn )
(parallel missing)
Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. (aiōn )
(parallel missing)
Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. (aiōn )
(parallel missing)
Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun. (aiōn )
(parallel missing)
Odur ki, əgər yemək qardaşımı büdrədirsə, mən heç vaxt ət yeməyəcəyəm ki, qardaşım büdrəməsin. (aiōn )
(parallel missing)
Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb. (aiōn )
(parallel missing)
«Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» (Hadēs )
(parallel missing)
Onları bu dövrün allahı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın. (aiōn )
(parallel missing)
Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. (aiōnios )
(parallel missing)
Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir. (aiōnios )
(parallel missing)
Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var. (aiōnios )
(parallel missing)
Necə ki yazılıb: «Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar». (aiōn )
(parallel missing)
Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm. (aiōn )
(parallel missing)
Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. (aiōn )
(parallel missing)
Allaha əbədi izzət olsun! Amin. (aiōn )
(parallel missing)
Öz cismani təbiəti üçün əkən, bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. (aiōnios )
(parallel missing)
və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi. (aiōn )
(parallel missing)
Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz. (aiōn )
(parallel missing)
Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi. (aiōn )
(parallel missing)
və hər şeyi yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim. (aiōn )
(parallel missing)
Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu. (aiōn )
(parallel missing)
imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin. (aiōn )
(parallel missing)
Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. (aiōn )
(parallel missing)
Qoy Atamız Allaha əbədi izzət olsun! Amin. (aiōn )
(parallel missing)
yəni əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. (aiōn )
(parallel missing)
Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalıb əbədi olaraq məhv edilmə cəzası veriləcək. (aiōnios )
(parallel missing)
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah (aiōnios )
(parallel missing)
Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki gələcəkdə Ona iman edib əbədi həyata malik olanlara mən nümunə olum. (aiōnios )
(parallel missing)
Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin. (aiōn )
(parallel missing)
İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. (aiōnios )
(parallel missing)
Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin. (aiōnios )
(parallel missing)
Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər. (aiōn )
(parallel missing)
Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi, (aiōnios )
(parallel missing)
Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm. (aiōnios )
(parallel missing)
Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi. (aiōn )
(parallel missing)
Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin. (aiōn )
(parallel missing)
Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi. (aiōnios )
(parallel missing)
Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. (aiōn )
(parallel missing)
Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq. (aiōnios )
(parallel missing)
Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, (aiōnios )
(parallel missing)
Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. (aiōn )
(parallel missing)
Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır. (aiōn )
(parallel missing)
Digər yerdə isə O belə deyir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən». (aiōn )
(parallel missing)
Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu (aiōnios )
(parallel missing)
vəftizlər, əl qoyub təqdis etmə, ölülərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq. (aiōnios )
(parallel missing)
Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda (aiōn )
(parallel missing)
İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu. (aiōn )
(parallel missing)
Çünki «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən» deyə şəhadət olunur. (aiōn )
(parallel missing)
Lakin İsa Ona «Rəbb and içdi, qərarını dəyişməz: “Sən əbədi bir Kahinsən”» deyən Allah vasitəsilə andla kahin oldu. (aiōn )
(parallel missing)
Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. (aiōn )
(parallel missing)
Qanun zəiflikləri olan insanları baş kahin təyin edir. Lakin Qanundan sonra verilmiş and sözü əbədi olaraq kamilləşdirilmiş Oğulu təyin etdi. (aiōn )
(parallel missing)
təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi. (aiōnios )
(parallel missing)
deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək! (aiōnios )
(parallel missing)
Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih Yeni Əhdin Vasitəçisidir. Çünki O, Birinci Əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü. (aiōnios )
(parallel missing)
Elə olsaydı, O, dünya yaranandan bəri dəfələrlə əzab çəkməli olardı. İndi isə dövrlərin sonunda, O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi. (aiōn )
(parallel missing)
İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi. (aiōn )
(parallel missing)
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir. (aiōn )
(parallel missing)
Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah (aiōnios )
(parallel missing)
sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin. (aiōn )
(parallel missing)
Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. (Geenna )
(parallel missing)
Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz. (aiōn )
(parallel missing)
Amma Rəbbin sözü əbədi qalar». Sizə vəz olunan Müjdə sözü budur. (aiōn )
(parallel missing)
Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin! (aiōn )
(parallel missing)
Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. (aiōnios )
(parallel missing)
Qüdrət əbədi olaraq Onun olsun! Amin. (aiōn )
(parallel missing)
Beləcə Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək. (aiōnios )
(parallel missing)
Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı. (Tartaroō )
(parallel missing)
Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun! Amin. (aiōn )
(parallel missing)
Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. (aiōnios )
(parallel missing)
Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır. (aiōn )
(parallel missing)
Onun bizə verdiyi vəd budur: əbədi həyat! (aiōnios )
(parallel missing)
Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündə qalan əbədi həyata malik deyil. (aiōnios )
(parallel missing)
Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır. (aiōnios )
(parallel missing)
Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz. (aiōnios )
(parallel missing)
Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur. (aiōnios )
(parallel missing)
Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq. (aiōn )
(parallel missing)
Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. (aïdios )
(parallel missing)
Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu. (aiōnios )
(parallel missing)
Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalarıdır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır. (aiōn )
(parallel missing)
Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun. (aiōnios )
(parallel missing)
Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin. (aiōn )
(parallel missing)
bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin. (aiōn )
(parallel missing)
Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir. (aiōn , Hadēs )
(parallel missing)
Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə (aiōn )
(parallel missing)
iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər: (aiōn )
(parallel missing)
Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim: «Taxtda Oturana və Quzuya əbədi olaraq Alqış, şərəf, izzət və qüdrət olsun!» (aiōn )
(parallel missing)
Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar. (Hadēs )
(parallel missing)
«Amin! Allahımıza əbədi olaraq Alqış, izzət, hikmət, şükür, şərəf, Qüdrət və qüvvət olsun! Amin!» (aiōn )
(parallel missing)
Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi. (Abyssos )
(parallel missing)
O, dibsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. (Abyssos )
(parallel missing)
Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi. (Abyssos )
(parallel missing)
əbədi Var Olanın, göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi: «Daha möhlət verilməyəcək, (aiōn )
(parallel missing)
Onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək. (Abyssos )
(parallel missing)
Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!» (aiōn )
(parallel missing)
Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi. (aiōnios )
(parallel missing)
Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq». (aiōn )
(parallel missing)
Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi. (aiōn )
(parallel missing)
Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır. (Abyssos )
(parallel missing)
Onlar dedi: «Halleluya! Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir». (aiōn )
(parallel missing)
Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. (Limnē Pyr )
(parallel missing)
Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi. (Abyssos )
(parallel missing)
Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir. (Abyssos )
(parallel missing)
Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək. (aiōn , Limnē Pyr )
(parallel missing)
Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. (Hadēs )
(parallel missing)
Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. (Hadēs , Limnē Pyr )
(parallel missing)
Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı. (Limnē Pyr )
(parallel missing)
Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür». (Limnē Pyr )
(parallel missing)
Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək. (aiōn )
(parallel missing)