< Matta 9 >

1 İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi.
Sumakay si Jesus sa bangka, tumawid sa kabilang dako, at nakarating sa kaniyang lungsod.
2 Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı».
Masdan ito, dinala nila sa kaniya ang isang lalaking paralisado na nakaratay sa isang higaan. Nang nakita niya ang kanilang pananampalataya, sinabi ni Jesus sa paralisado, “Anak, magalak ka. Ang iyong mga kasalanan ay napatawad na.”
3 Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır».
Masdan ito, may ilan sa mga eskriba ang nagsabi sa kanilang mga sarili, “Ang taong ito ay lumalapastangan sa Diyos,”
4 Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz?
Batid ni Jesus ang mga nasa isip nila at sinabi, “Bakit kayo nag-iisip ng masama sa inyong mga puso?
5 Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək?
Sapagkat alin ba ang mas madaling sabihin, 'Napatawad na ang iyong mga kasalanan' o ang sabihin, 'Tumayo ka at lumakad'?
6 Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!»
Ngunit para malaman ninyo na ang Anak ng Tao ay may kapangyarihan na magpatawad ng kasalanan dito sa lupa, ...” sinabi niya sa paralisado, “Tumayo ka, buhatin mo ang iyong higaan, at umuwi ka sa iyong bahay.”
7 Xəstə qalxıb evinə getdi.
Pagkatapos ay tumayo ang lalaki at umuwi sa kaniyang bahay.
8 Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi.
Nang makita ito ng napakaraming tao, namangha sila at nagpuri sa Diyos, na siyang nagbigay ng ganoong kapangyarihan sa mga tao.
9 İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
Nang si Jesus ay umalis mula doon, nakita niya ang lalake na nagngangalang Mateo na nakaupo sa lugar ng paningilan ng buwis. Sinabi niya sa kaniya, “Sumunod ka sa akin.” Tumayo siya at sumunod sa kaniya.
10 İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular.
Habang nakaupo si Jesus upang kumain sa bahay, masdan ito, dumating ang maraming mga maniningil ng buwis at mga makasalanang tao at nakisalo sila kay Jesus at sa mga alagad niya.
11 Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»
Nang makita ito ng mga Pariseo, sinabi nila sa kaniyang mga alagad, “Bakit ang iyong guro ay kumakain kasama ng mga maniningil ng buwis at mga taong makasalan?”
12 Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var.
Nang marinig ito ni Jesus, sinabi niya,” Hindi nangangailangan ng manggagamot ang mga taong may malalakas na pangangatawan, iyon lamang may mga sakit.
13 Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
Dapat kayong humayo at unawain ang ibig sabihin nito, 'Nais ko ay habag at hindi alay.' Sapagkat ako ay pumarito, hindi upang tawagin ang matuwid na magsisi, kundi ang mga makasalanan.”
14 O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?»
Pagkatapos ay pumunta ang mga alagad ni Juan sa kaniya at sinabi, bakit kami at ang mga Pariseo ay madalas na nag-aayuno, ngunit ang iyong mga alagad ay hindi nag-aayuno?
15 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
Sinabi ni Jesus sa kanila, “Malungkot ba ang mga panauhin habang kasama pa nila ang lalaking ikakasal? Ngunit darating ang mga araw na kukunin na sa kanila ang lalaking ikakasal at saka sila mag-aayuno.
16 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar.
Walang tao ang maglalagay ng bagong tela sa lumang damit, sapagkat pupunitin lamang ng tagpi ang bagong damit, at gagawa lamang ito ng mas malalang punit.
17 Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar».
Ni walang taong maglalagay ng bagong alak sa lumang sisidlang balat. Kung ito ay gagawin, puputok ang sisidlang balat at matatapon lang ang alak, at ang sisidlang balat ay masisira. Sa halip, ilalagay nila ang bagong alak sa bagong sisidlang balat, at pareho silang magtatagal.”
18 Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq».
Habang sinasabi ni Jesus ang mga bagay na ito sa kanila, masdan ito, dumating ang isang opisyal at lumuhod sa kaniya. At nagsabi, “Kamamatay pa lamang ng aking anak na babae, ngunit sumama ka at ipatong mo ang iyong kamay sa kaniya, at siya ay mabubuhay.”
19 İsa qalxıb şagirdləri ilə onun ardınca getdi.
Pagkatapos ay tumayo si Jesus at sumunod sa kaniya, at ganoon din ang ginawa ng kaniyang mga alagad.
20 Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu.
Masdan ito, may isang babae na dinudugo ng malala sa loob ng labindalawang taon ang lumapit sa likuran ni Jesus at hinawakan ang laylayan ng kaniyang damit.
21 Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram».
Sapagkat sinabi niya sa kanyang sarili, “Kung mahawakan ko lamang ang kaniyang damit, ay gagaling na ako.”
22 İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı.
Ngunit lumingon si Jesus at nakita siya at sinabi, “Anak, magpakatatag ka. Pinagaling ka ng iyong pananampalataya.” At agad na gumaling ang babae.
23 İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü
Nang dumating si Jesus sa bahay ng opisyal nakita niya ang mga tumutugtog ng plauta at ang mga tao na gumagawa ng matinding ingay.
24 və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər.
Sinabi niya, “Umalis kayo, sapagkat hindi patay ang babae kundi natutulog lamang.” Ngunit siya ay pinagtawanan nila nang may pangungutya.
25 Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı.
Noong napalabas na ang mga tao, pumasok siya sa silid at hinawakan niya ito sa kamay at ang batang babae ay bumangon.
26 Bu xəbər o torpağın hər tərəfinə yayıldı.
Ang balita tungkol dito ay kumalat sa buong rehiyon na iyon.
27 İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!»
Habang papalayo si Jesus mula roon, dalawang bulag na lalaki ang sumunod sa kaniya. Patuloy silang sumisigaw at nagsasabi, “Maawa ka sa amin, Anak ni David!”
28 Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb».
Nang dumating si Jesus sa bahay, lumapit ang mga bulag sa kaniya. Sinabi ni Jesus sa kanila, “Naniniwala ba kayo na magagawa ko ito?” Sinabi nila sa kanya, “Opo, Panginoon.”
29 O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun».
At hinawakan ni Jesus ang kanilang mga mata at sinabi, “Mangyari ito sa inyo ayon sa inyong pananampalataya.”
30 Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı.
At nabuksan ang kanilang mga mata. Pagkatapos ay mahigpit silang pinagbilinan ni Jesus, “Tiyakin ninyo na walang makakaalam tungkol dito.”
31 Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar.
Ngunit lumabas ang dalawang lalake at ikinalat ang balitang ito sa buong rehiyon.
32 Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər.
Habang papalayo ang dalawang lalaki, masdan ito, isang lalaking pipi na sinapian ng demonyo ang dinala kay Jesus.
33 Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi».
Nang mapalayas na ang demonyo, ang lalaking pipi ay nakapagsalita. Ang mga tao ay namangha at nagsabi, “Kailan man ay hindi pa ito nakita sa Israel!” Ngunit sinabi ng mga Pariseo,
34 Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur».
“Sa pamamagitan ng pinuno ng mga demonyo, siya ay nakapagpapalayas ng mga demonyo.”
35 İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.
Pumunta si Jesus sa lahat ng mga lungsod at mga nayon. Nagpatuloy siyang nagtuturo sa kanilang mga sinagoga, ipinangangaral ang mabuting balita ng kaharian, at pinapagaling niya ang lahat ng mga uri ng karamdaman at ang lahat ng uri ng sakit.
36 Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər.
Nang makita niya ang napakaraming tao, nahabag siya sa kanila, dahil sila ay naguguluhan at pinanghihinaan ng loob. Para silang tupang walang pastol.
37 O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır.
Sinabi niya sa kaniyang mga alagad, “Marami ang aanihin ngunit kakaunti ang manggagawa.
38 Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».
Kaya madaliin ninyong idalangin sa Panginoon ng pag-aani, upang makapagpadala siya ng mga manggagawa sa kaniyang anihan.”

< Matta 9 >