< Əyyub 18 >

1 Şuahlı Bildad belə cavab verdi:
そこでシュヒびとビルダデは答えて言った、
2 «Bu sözlər nə vaxt qurtaracaq? Əgər dərrakəli olsanız, danışarıq.
「あなたはいつまで言葉にわなを設けるのか。あなたはまず悟るがよい、それからわれわれは論じよう。
3 Niyə heyvana bənzəyək? Gözlərinizə axmaq kimi görünək?
なぜ、われわれは獣のように思われるのか。なぜ、あなたの目に愚かな者と見えるのか。
4 Özünü hirsindən didib-dağıdırsan. Sənə görə bu aləmdən vaz keçəkmi? Yoxsa sal qayalar yerindən çıxsın?
怒っておのが身を裂く者よ、あなたのために地は捨てられるだろうか。岩はその所から移されるだろうか。
5 Bəli, şər insanın işığı sönəcək, Odu-alovu parlamayacaq.
悪しき者の光は消え、その火の炎は光を放たず、
6 Çadırında nur qaranlığa dönəcək, Yanındakı çıraq sönəcək.
その天幕のうちの光は暗く、彼の上のともしびは消える。
7 Addımları gücdən düşəcək, Öz işlətdiyi fənddən yıxılacaq.
その力ある歩みはせばめられ、その計りごとは彼を倒す。
8 Ayaqları onu tələyə aparacaq, Öz ayağı ilə tora düşəcək.
彼は自分の足で網にかかり、また落し穴の上を歩む。
9 Kəmənd topuğundan tutacaq, Tələ açılıb onu qapacaq.
わなは彼のかかとを捕え、網わなは彼を捕える。
10 Torpaq üstə onun üçün gizli kəmənd səriləcək, Yolu üstə onu tələ gözləyəcək.
輪なわは彼を捕えるために地に隠され、張り網は彼を捕えるために道に設けられる。
11 Dəhşət onu hər tərəfdən bürüyəcək, Hər addımda onu təqib edəcək.
恐ろしい事が四方にあって彼を恐れさせ、その歩みにしたがって彼を追う。
12 Aclıq taqətini yeyib-qurtaracaq, Yanında fəlakət hazır dayanacaq.
その力は飢え、災は彼をつまずかすために備わっている。
13 Dərisini azar yeyəcək, Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək.
その皮膚は病によって食いつくされ、死のういごは彼の手足を食いつくす。
14 Əmin-amanlıq çadırından atılacaq, Dəhşətlər padşahının yanına aparılacaq.
彼はその頼む所の天幕から引き離されて、恐れの王のもとに追いやられる。
15 Çadırında ona aid heç nə olmayacaq, Yurduna kükürd yağacaq.
彼に属さない者が彼の天幕に住み、硫黄が彼のすまいの上にまき散らされる。
16 Aşağıda rişələri quruyacaq, Yuxarıda budaqları solacaq.
下ではその根が枯れ、上ではその枝が切られる。
17 Onun adı yer üzündə unudulacaq, Məhəllə-küçələrdə adı yaddan çıxacaq.
彼の形見は地から滅び、彼の名はちまたに消える。
18 İşıqdan zülmətə aparılacaq, Dünyadan qovulacaq.
彼は光からやみに追いやられ、世の中から追い出される。
19 Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq, Məskənində bir kimsəsi qalmayacaq.
彼はその民の中に子もなく、孫もなく、彼のすみかには、ひとりも生き残る者はない。
20 Qərbdəkilər halına heyrətlənəcək, Şərqdəkilər onu görüb dəhşətə gələcək.
西の者は彼の日について驚き、東の者はおじ恐れる。
21 Bəli, pislərin həyatının aqibəti budur, Allahı tanımayanların məskəni budur».
まことに、悪しき者のすまいはこのようであり、神を知らない者の所はこのようである」。

< Əyyub 18 >