< Ikinci Şamuel 21 >

1 Davudun dövründə üç il dalbadal qıtlıq oldu. Davud buna görə Rəbbə müraciət edəndə Rəbb dedi ki, bu qıtlıq Şaula və onun qan tökən nəslinə görədir. Çünki o, Giveonluları öldürmüşdü.
ויהי רעב בימי דוד שלש שנים שנה אחרי שנה ויבקש דוד את פני יהוה ויאמר יהוה אל שאול ואל בית הדמים על אשר המית את הגבענים
2 Padşah Giveonluları çağırdı və onlarla danışdı. Giveonlular İsrail övladları deyildi. Emorlulardan sağ qalan bir xalq idi ki, İsraillilər onları sağ buraxacaqlarına and içmişdilər. Lakin Şaul İsrail və Yəhuda övladları naminə onları ciddi-cəhdlə yox etməyə çalışmışdı.
ויקרא המלך לגבענים ויאמר אליהם והגבענים לא מבני ישראל המה כי אם מיתר האמרי ובני ישראל נשבעו להם ויבקש שאול להכתם בקנאתו לבני ישראל ויהודה
3 Davud Giveonlulara dedi: «Sizin üçün mən nə edə bilərəm? Edilən bu günahı nə ilə təmizləyə bilərəm ki, siz Rəbbin irsinə xeyir-dua verəsiniz?»
ויאמר דוד אל הגבענים מה אעשה לכם ובמה אכפר וברכו את נחלת יהוה
4 Giveonlular ona dedi: «Şaulla onun nəslindən qızıl-gümüş istəmək fikrində deyilik. İsraildə adam öldürmək niyyətində də deyilik». Davud dedi: «Siz nə istəsəniz, onu edərəm».
ויאמרו לו הגבענים אין לי (לנו) כסף וזהב עם שאול ועם ביתו ואין לנו איש להמית בישראל ויאמר מה אתם אמרים אעשה לכם
5 Onlar padşaha dedi: «Bizi qırıb məhv edən və İsrail ərazisində qalmamaq üçün bizə qəsd quran adamın övladlarından yeddi nəfər bizə verilsin.
ויאמרו אל המלך האיש אשר כלנו ואשר דמה לנו נשמדנו מהתיצב בכל גבל ישראל
6 Rəbbin seçdiyi Şaulun Givea şəhərində onları Rəbbin önündə asaq». Padşah dedi: «Yaxşı, mən onları sizə verərəm».
ינתן (יותן) לנו שבעה אנשים מבניו והוקענום ליהוה בגבעת שאול בחיר יהוה ויאמר המלך אני אתן
7 Lakin padşah Davud Rəbbin önündə and içdiyi Şaul oğlu Yonatan oğlu Mefiboşetə qıymadı.
ויחמל המלך על מפיבשת בן יהונתן בן שאול על שבעת יהוה אשר בינתם--בין דוד ובין יהונתן בן שאול
8 Ayya qızı Rispanın Şauldan doğulan iki oğlunu – Armoni ilə Mefiboşeti, bir də Şaulun qızı Meravın Mexolalı Barzillay oğlu Adrieldən doğduğu beş oğlunu padşah götürüb
ויקח המלך את שני בני רצפה בת איה אשר ילדה לשאול את ארמני ואת מפבשת ואת חמשת בני מיכל בת שאול אשר ילדה לעדריאל בן ברזלי המחלתי
9 Giveonlulara təslim etdi. Giveonlular onları Rəbbin önündə, dağın üstündə asdılar və yeddisi də birlikdə öldü. Onlar biçin vaxtının ilk günlərində, arpa biçini başlanğıcında öldürüldü.
ויתנם ביד הגבענים ויקיעם בהר לפני יהוה ויפלו שבעתים (שבעתם) יחד והם (והמה) המתו בימי קציר בראשנים תחלת (בתחלת) קציר שערים
10 Ayyanın qızı Rispa çul götürüb özü üçün qayaya sərdi. Biçin başlanandan cəsədlərin üstünə yağış yağanadək Rispa orada qalaraq onların meyitlərini gündüz göydəki quşlardan, gecə vəhşi heyvanlardan qorudu.
ותקח רצפה בת איה את השק ותטהו לה אל הצור מתחלת קציר עד נתך מים עליהם מן השמים ולא נתנה עוף השמים לנוח עליהם יומם ואת חית השדה לילה
11 Şaulun cariyəsi Ayya qızı Rispanın etdiyi bu işi Davuda xəbər verdilər.
ויגד לדוד את אשר עשתה רצפה בת איה פלגש שאול
12 Davud gedib Şaulun sümüklərini və oğlu Yonatanın sümüklərini Yaveş-Gilead əhalisindən aldı. Filiştlilər Gilboada Şaulu öldürdükləri gün onların cəsədlərini Bet-Şean meydanında asmışdılar, Yaveş-Gilead əhalisi də gəlib cəsədləri oradan oğurlamışdı.
וילך דוד ויקח את עצמות שאול ואת עצמות יהונתן בנו מאת בעלי יביש גלעד--אשר גנבו אתם מרחב בית שן אשר תלום (תלאום) שם הפלשתים (שמה פלשתים) ביום הכות פלשתים את שאול בגלבע
13 Davud Şaulun və oğlu Yonatanın sümüklərini həmin yerdən çıxartdırdı və asılanların da sümüklərini topladılar.
ויעל משם את עצמות שאול ואת עצמות יהונתן בנו ויאספו את עצמות המוקעים
14 Onlar Şaulun və oğlu Yonatanın sümüklərini Binyamin torpağında – Selada, Şaulun atası Qişin məqbərəsində basdırdılar, padşahın onlara əmr etdiyi hər şeyə əməl etdilər. Bundan sonra Allah ölkə üçün duaları qəbul etdi.
ויקברו את עצמות שאול ויהונתן בנו בארץ בנימן בצלע בקבר קיש אביו ויעשו כל אשר צוה המלך ויעתר אלהים לארץ אחרי כן
15 Yenə Filiştlilərin İsraillilərlə döyüşü oldu. Davud adamları ilə birgə döyüşə getdi və onlar Filiştlilərlə döyüşərkən Davud yoruldu.
ותהי עוד מלחמה לפלשתים את ישראל וירד דוד ועבדיו עמו וילחמו את פלשתים--ויעף דוד
16 Rafa övladlarından İşbi-Benov Davudu öldürmək istədi. Onun nizəsinin başı üç yüz şekel ağırlığında tuncdan idi və belinə təzə qılınc bağlamışdı.
וישבו (וישבי) בנב אשר בילידי הרפה ומשקל קינו שלש מאות משקל נחשת והוא חגור חדשה ויאמר להכות את דוד
17 Seruya oğlu Avişay Davudun köməyinə çatıb həmin Filiştlini vurub öldürdü. O zaman Davudun adamları ona and verib dedilər: «Bir daha sən bizimlə bərabər döyüşə çıxma ki, İsrailin çırağını söndürməyəsən».
ויעזר לו אבישי בן צרויה ויך את הפלשתי וימתהו אז נשבעו אנשי דוד לו לאמר לא תצא עוד אתנו למלחמה ולא תכבה את נר ישראל
18 Bundan sonra yenə Filiştlilərlə Qovda döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Safı öldürdü.
ויהי אחרי כן ותהי עוד המלחמה בגוב עם פלשתים אז הכה סבכי החשתי את סף אשר בילדי הרפה
19 Yenə Filiştlilərlə Qovda döyüş oldu və Bet-Lexemli Yaare-Orgimin oğlu Elxanan Qatlı Qolyatı öldürdü. Qolyatın nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda idi.
ותהי עוד המלחמה בגוב עם פלשתים ויך אלחנן בן יערי ארגים בית הלחמי את גלית הגתי ועץ חניתו כמנור ארגים
20 Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi.
ותהי עוד מלחמה בגת ויהי איש מדין (מדון) ואצבעת ידיו ואצבעת רגליו שש ושש עשרים וארבע מספר וגם הוא ילד להרפה
21 O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü.
ויחרף את ישראל ויכהו יהונתן בן שמעי (שמעה) אחי דוד
22 Bu dörd kişi Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.
את ארבעת אלה ילדו להרפה בגת ויפלו ביד דוד וביד עבדיו

< Ikinci Şamuel 21 >