< Leviticus 7 >

1 “‘Wọ̀nyí ni àwọn ìlànà fún rírú ẹbọ ẹ̀bi, tí ó jẹ́ mímọ́ jùlọ.
Təqsir qurbanına aid olan təlimat budur. O ən müqəddəsdir.
2 Níbi tí wọn ti ń pa ẹran ẹbọ sísun ni kí ẹ ti pa ẹran ẹbọ ẹ̀bi, kí ẹ sì wọ́n ẹ̀jẹ̀ rẹ̀ yí pẹpẹ náà ká.
Təqsir qurbanı yandırma qurbanları kəsilən yerdə kəsilsin. Kahin onun qanını qurbangahın hər tərəfinə səpsin.
3 Gbogbo ọ̀rá rẹ̀ ni kí ẹ sun, ọ̀rá ìrù rẹ̀ àti ọ̀rá tí ó bo nǹkan inú rẹ̀.
Onun bütün piyini təqdim etsin: quyruğunu, içalatı örtən piyi,
4 Kíndìnrín méjèèjì pẹ̀lú ọ̀rá tí ó wà lẹ́bàá ìhà rẹ̀, àti ọ̀rá tí ó bo ẹ̀dọ̀, kí ó yọ ọ́ pẹ̀lú àwọn kíndìnrín.
belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.
5 Àlùfáà yóò sun wọ́n lórí pẹpẹ gẹ́gẹ́ bí ọrẹ tí a fi iná sun sí Olúwa. Ẹbọ ẹ̀bi ni.
Qoy kahin bunu Rəbb üçün yandırma təqdimi olaraq qurbangahda tüstülədib yandırsın. Bu, təqsir qurbanıdır.
6 Gbogbo ọkùnrin ní ìdílé àlùfáà ló lè jẹ ẹ́ ní ibi mímọ́, ó jẹ́ mímọ́ jùlọ.
Ətini kahin nəslindən olan hər kişi yesin; bu ət müqəddəs bir yerdə yeyilsin, çünki o ən müqəddəsdir.
7 “‘Òfin yìí kan náà ló wà fún ẹbọ ẹ̀ṣẹ̀ àti ẹbọ ẹ̀bi: méjèèjì jẹ́ tí àlùfáà, tó fi wọ́n ṣe ètùtù.
Günah qurbanına da, təqsir qurbanına da aid olan təlimat eynidir: qurbanın əti həmin qurbanla kəffarə edən kahinə məxsus olsun.
8 Àlùfáà tó rú ẹbọ sísun fún ẹnikẹ́ni le è mú awọ ẹran ìrúbọ náà.
Bir adamın gətirdiyi yandırma qurbanının dərisi də həmin qurbanı təqdim edən kahinə məxsus olsun.
9 Gbogbo ẹbọ ohun jíjẹ tí a bá yan lórí ààrò, àti gbogbo èyí tí a yan nínú apẹ, àti nínú àwopẹ̀tẹ́, ni kí ó jẹ́ ti àlùfáà tí ó rú ẹbọ náà.
Təndirdə bişirilmiş hər taxıl təqdimi, tavada, sacda hazırlanan hər bir şey onu götürüb təqdim edən kahinə məxsus olsun.
10 Bẹ́ẹ̀ náà ni ẹbọ ohun jíjẹ yálà a fi òróró pò ó tàbí èyí tó jẹ́ gbígbẹ, wọ́n jẹ́ ti gbogbo ọmọ Aaroni.
Zeytun yağı ilə yoğrulmuş yaxud hər quru taxıl təqdimi isə bütün Harun övladları arasında bərabər paylara bölünsün.
11 “‘Wọ̀nyí ni àwọn ìlànà fún ọrẹ àlàáfíà tí ẹnikẹ́ni bá gbé wá síwájú Olúwa.
Rəbbə təqdim olunan ünsiyyət qurbanına aid olan təlimat budur.
12 “‘Bí ẹni náà bá gbé e wá gẹ́gẹ́ bí àfihàn ọkàn ọpẹ́, pẹ̀lú ẹbọ ọpẹ́ yìí, ó gbọdọ̀ mú àkàrà aláìwú tí a fi òróró pò wá àti àkàrà aláìwú fẹ́lẹ́fẹ́lẹ́ tí a dà òróró sí àti àkàrà tí a fi ìyẹ̀fun kíkúnná dáradára tí a fi òróró pò ṣe.
Əgər kimsə onu təşəkkür etmək üçün qurban gətirsə, onda o, zeytun yağı ilə yoğrulmuş mayasız kökələr, üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar və zeytun yağı ilə narın undan yoğrulmuş kökələr gətirsin.
13 Pẹ̀lú ọrẹ àlàáfíà rẹ̀, kí ó tún mú àkàrà wíwú wá fún ọpẹ́,
Bundan əlavə, o, mayalı çörək kökələrini təşəkkür ifadə edən ünsiyyət qurbanı ilə təqdim olaraq gətirsin.
14 kí ó mú ọ̀kọ̀ọ̀kan nínú oríṣìíríṣìí ọrẹ àlàáfíà rẹ wá gẹ́gẹ́ bí ẹ̀bùn fún Olúwa, ó jẹ́ tí àlùfáà tí ó wọ́n ẹ̀jẹ̀ ọrẹ àlàáfíà.
Bunların hər növündən birini Rəbbə qaldırılan pay kimi təqdim etsin. O, ünsiyyət qurbanının qanını səpən kahinə məxsus olsun.
15 Ẹran ọrẹ àlàáfíà ti ọpẹ́ yìí ni wọ́n gbọdọ̀ jẹ ní ọjọ́ gan an tí wọ́n rú ẹbọ, kò gbọdọ̀ ṣẹ́ ẹran kankan kù di àárọ̀ ọjọ́ kejì.
Təşəkkür ifadə edən ünsiyyət qurbanının əti qurban kəsilən gün yeyilsin. O, səhərə qədər qalmamalıdır.
16 “‘Ṣùgbọ́n bí ó bá jẹ́ pé ó mú ọrẹ wá, nítorí ẹ̀jẹ́ tó jẹ́ tàbí kí ó jẹ́ ọrẹ àtinúwá, wọn yóò jẹ ẹbọ náà ní ọjọ́ tí wọ́n rú ẹbọ yìí, ṣùgbọ́n wọ́n lè jẹ èyí tó ṣẹ́kù ní ọjọ́ kejì.
Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər,
17 Gbogbo ẹran tó bá ṣẹ́kù di ọjọ́ kẹta ní ẹ gbọdọ̀ sun.
lakin üçüncü günə qalan qurbanlıq əti yandırılsın.
18 Bí ẹ bá jẹ ọ̀kankan nínú ẹran ọrẹ àlàáfíà ní ọjọ́ kẹta, kò ni jẹ́ ìtẹ́wọ́gbà. A kò ní í kà á sí fún ẹni tó rú ẹbọ náà, nítorí pé ó jẹ́ àìmọ́, ẹnikẹ́ni tó bá sì jẹ ẹ́, ni a ó di ẹ̀bi rẹ̀ rù.
Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını çəkər.
19 “‘Ẹ kò gbọdọ̀ jẹ ẹran tí ó bá ti kan ohun tí a kà sí àìmọ́, sísun ni kí ẹ sun ún. Ẹnikẹ́ni tí a ti kà sí mímọ́ le è jẹ nínú ẹran tí ó kù.
Murdar sayılan hər hansı bir şeyə toxunan ət yeyilməməli və yandırılmalıdır. Hər pak adam murdar ətdən başqa hər cür ət yeyə bilər;
20 Ṣùgbọ́n bí ẹni tí kò mọ́ bá jẹ́ ẹran ọrẹ àlàáfíà tí ó jẹ́ tí Olúwa, a ó gé irú ẹni bẹ́ẹ̀ kúrò lára àwọn ènìyàn rẹ̀.
murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini yeyən hər kəs xalqı arasından qovulsun.
21 Bí ẹnikẹ́ni bá fọwọ́ kan ohun aláìmọ́ yálà ohun àìmọ́ ti ènìyàn, ẹranko aláìmọ́, ohun àìmọ́ yówù kí ó jẹ́ tàbí ohunkóhun tí ó jẹ́ ìríra, tí ó sì tún jẹ́ ẹran ọrẹ àlàáfíà tó jẹ́ ti Olúwa, a ó gé irú ẹni bẹ́ẹ̀ kúrò lára àwọn ènìyàn rẹ.’”
Bir nəfər hər hansı murdar əşyaya, insandan ifraz olan murdarlığa yaxud murdar bir heyvana yaxud hər hansı iyrəndirici bir murdar şeyə toxunub sonra da Rəbbin ünsiyyət qurbanının ətindən yeyərsə, xalqı arasından qovulsun”».
22 Olúwa sọ fún Mose pé,
Rəbb Musaya dedi:
23 “Sọ fún àwọn ọmọ Israẹli pé, ‘Ẹ má ṣe jẹ ọ̀rá màlúù, àgùntàn tàbí ewúrẹ́.
«İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin.
24 Ẹ lè lo ọ̀rá ẹran tó kú fúnra rẹ̀ tàbí èyí tí ẹranko igbó pa, fún nǹkan mìíràn, ṣùgbọ́n ẹ kò gbọdọ̀ jẹ ẹ́.
Təbii yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu qətiyyən yemək olmaz.
25 Ẹnikẹ́ni tó bá jẹ ọ̀rá ẹran tí a fi rú ẹbọ sísun sí Olúwa ni ẹ gbọdọ̀ gé kúrò lára àwọn ènìyàn rẹ̀.
Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun.
26 Ẹ kò sì gbọdọ̀ jẹ ẹ̀jẹ̀ ẹyẹ tàbí ẹran ní gbogbo ibi tí ẹ bá ń gbé.
Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını yeməyin;
27 Bí ẹnikẹ́ni bá jẹ ẹ̀jẹ̀, a ó gé ẹni bẹ́ẹ̀ kúrò lára àwọn ènìyàn rẹ̀.’”
qan yeyən hər kəs xalqı arasından qovulsun”».
28 Olúwa sọ fún Mose pé,
Rəbb Musaya dedi:
29 “Sọ fún àwọn ọmọ Israẹli pé, ‘Ẹnikẹ́ni tó bá mú ọrẹ àlàáfíà wá fún Olúwa.
«İsrail övladlarına belə de: “Rəbbə ünsiyyət qurbanı təqdim edən şəxs onun bir hissəsini Rəbbin hüzuruna qurban gətirsin.
30 Pẹ̀lú ọwọ́ ara rẹ̀ ni kí ó fi mú ọrẹ tí a fi iná sun wá fún Olúwa, kí ó mú ọ̀rá àti igẹ̀, kí ó sì fi igẹ̀ yìí níwájú Olúwa bí ọrẹ fífì.
Onu öz əli ilə Rəbb üçün yandırma təqdimi olaraq gətirsin; heyvanın piyi ilə döş ətini gətirib Rəbbin hüzurunda yellətmə təqdimi versin.
31 Àlùfáà yóò sun ọ̀rá náà lórí pẹpẹ ṣùgbọ́n igẹ̀ ẹran náà jẹ́ ti Aaroni àti àwọn ọmọ rẹ̀,
Kahin piyi qurbangahda tüstülədib yandırsın; döş əti isə Harunla övladlarına məxsus olsun.
32 kí ẹ fún àlùfáà ní itan ọ̀tún lára ọrẹ àlàáfíà yín gẹ́gẹ́ bí ìpín tiyín fún àlùfáà.
Ünsiyyət qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin;
33 Ọmọ Aaroni ẹni tí ó rú ẹbọ ẹ̀jẹ̀ àti ọ̀rá ọrẹ àlàáfíà ni kí ó ni itan ọ̀tún gẹ́gẹ́ bí ìpín tirẹ̀.
həmin sağ bud ünsiyyət qurbanının qanını və piyini təqdim edən Harun övladlarının payı olsun”.
34 Nínú ọrẹ àlàáfíà àwọn ọmọ Israẹli, mo ti ya igẹ̀ tí a fi àti itan tí ẹ mú wá sọ́tọ̀ fún Aaroni àlùfáà àti àwọn ọmọ rẹ̀ gẹ́gẹ́ bí ìpín wọn ní gbogbo ìgbà láti ọ̀dọ̀ ara Israẹli.’”
Çünki Mən yellədilən döş ətini və qaldırılan budu İsrail övladlarından, onların ünsiyyət qurbanlarından götürüb kahin Harunla övladlarına İsraillilərdən gələn əbədi pay kimi vermişəm.
35 Èyí ni ìpín tí a yà sọ́tọ̀ fún Aaroni àti àwọn ọmọ rẹ̀ nínú ẹbọ tí a finá sun sí Olúwa lọ́jọ́ tí wọ́n mú wọn wá láti sin Olúwa gẹ́gẹ́ bí àlùfáà.
Bu, Rəbbə kahinlik etmək üçün bunları təqdim etdiyi gün Rəbb üçün verilən yandırma təqdimlərindən Harunun və övladlarının payıdır;
36 Lọ́jọ́ tí a fi òróró yàn wọ́n, ni Olúwa ti pa á láṣẹ pé kí àwọn ọmọ Israẹli máa fún wọn ní àwọn nǹkan wọ̀nyí gẹ́gẹ́ bí ìpín wọn ìgbà gbogbo fún àwọn ìran tó ń bọ̀.
Harunla övladları məsh olunduğu gün Rəbb əmr etmişdir ki, nəsildən-nəslə İsrail övladları bu əbədi payı onlara versinlər».
37 Nítorí náà, àwọn nǹkan wọ̀nyí jẹ́ ìlànà fún ẹbọ sísun, ẹbọ ẹ̀ṣẹ̀, ẹbọ ẹ̀bi, ìfinijoyè àlùfáà àti ẹbọ àlàáfíà
Bu, yandırma qurbanına, taxıl təqdiminə, günah qurbanına, təqsir qurbanına, təqdis təqdiminə və ünsiyyət qurbanına aid olan
38 èyí tí Olúwa fún Mose lórí òkè Sinai lọ́jọ́ tí Olúwa pa á láṣẹ fún àwọn ọmọ Israẹli pé kí wọ́n máa mú ọrẹ wọn wá fún Olúwa ni ijù Sinai.
Rəbbin Sina dağında Musaya əmr etdiyi təlimatdır. Rəbb bu təlimatı İsrail övladlarına Sina səhrasında qurbanlarını Ona təqdim etməklə əlaqədar əmr etdiyi gündə vermişdi.

< Leviticus 7 >