< 2 Kings 15 >
1 Ní ọdún kẹtàdínlọ́gbọ̀n tí Jeroboamu ọba Israẹli, Asariah ọmọ Amasiah ọba Juda sì bẹ̀rẹ̀ sí ní jẹ ọba.
İsrail padşahı Yarovamın padşahlığının iyirmi yeddinci ilində Yəhuda padşahı Amasyanın oğlu Azarya padşah oldu.
2 Ó jẹ́ ẹni ọdún mẹ́rìndínlógún nígbà tí ó di ọba, ó sì jẹ ọba ní Jerusalẹmu fún ọdún méjìléláàádọ́ta. Orúkọ ìyá rẹ̀ a máa jẹ́ Jekoliah; ó wá láti Jerusalẹmu.
O padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.
3 Ó ṣe ohun tí ó dára lójú Olúwa, gẹ́gẹ́ bí baba rẹ̀ Amasiah ti ṣe.
Azarya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
4 Àwọn ibi gíga, bí ó ti wù kí ó rí, a kò ṣí wọn kúrò, àwọn ènìyàn náà tẹ̀síwájú láti máa rú ẹbọ àti sun tùràrí níbẹ̀.
Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
5 Olúwa sì kọlu ọba náà pẹ̀lú ẹ̀tẹ̀, títí di ọjọ́ tí ó kú, ó sì ń gbé ní ilé ọ̀tọ̀. Jotamu, ọmọ ọba sì tọ́jú ààfin, ó sì ń darí àwọn ènìyàn ilẹ̀ náà.
Rəbb padşaha bəla göndərdi, o, ölüm gününə qədər cüzamlı oldu. Padşah başqa bir evdə yaşayırdı. Onun oğlu Yotam isə saraya başçılıq edərək ölkə xalqına hökm edirdi.
6 Fún ti ìyókù iṣẹ́ nígbà ìjọba Asariah, pẹ̀lú gbogbo ohun tí ó ṣe, ṣé a kò kọ wọ́n sínú ìwé ìtàn ayé àwọn ọba Juda.
Azaryanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
7 Asariah sinmi pẹ̀lú àwọn baba a rẹ̀. A sì sin ín sí ẹ̀bá wọn ní ìlú ńlá ti Dafidi. Jotamu ọmọ rẹ̀ sì rọ́pò rẹ̀ gẹ́gẹ́ bí ọba.
Azarya ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Yotam padşah oldu.
8 Ní ọdún kejìdínlógójì Asariah ọba Juda. Sekariah ọmọ Jeroboamu di ọba Israẹli ní Samaria, ó sì jẹ ọba fún oṣù mẹ́fà.
Yəhuda padşahı Azaryanın padşahlığının otuz səkkizinci ilində Yarovam oğlu Zəkəriyyə Samariyada İsrail üzərində padşah oldu və altı ay padşahlıq etdi.
9 Ó ṣe búburú lójú Olúwa, gẹ́gẹ́ bí àwọn baba rẹ̀ tí ṣe. Kò sì yípadà kúrò nínú ẹ̀ṣẹ̀ Jeroboamu ọmọ Nebati, èyí tí ó ti fa Israẹli láti dá.
O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
10 Ṣallumu ọmọ Jabesi dìtẹ̀ sí Sekariah. Ó dojúkọ ọ́ níwájú àwọn ènìyàn, ó sì pa á, ó sì jẹ ọba dípò rẹ̀.
Yaveş oğlu Şallum ona qəsd hazırladı, onu xalqın qabağında vurub öldürdü və yerinə padşah oldu.
11 Fún ti ìyókù iṣẹ́ nígbà ìjọba Sekariah. Wọ́n kọ ọ́ sínú ìwé ìtàn ayé àwọn ọba Israẹli.
Zəkəriyyənin qalan işləri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
12 Bẹ́ẹ̀ ni ọ̀rọ̀ Olúwa tí a sọ fún Jehu jẹ́ ìmúṣẹ: “Àwọn ọmọ rẹ̀ yóò jókòó lórí ìtẹ́ Israẹli títí dé ìran kẹrin.”
Rəbbin Yehuya «dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaqlar» deyə söylədiyi sözə görə belə oldu.
13 Ṣallumu ọmọ Jabesi di ọba ní ọdún kọkàndínlógójì Ussiah ọba Juda, ó sì jẹ ọba ní Samaria fún oṣù kan.
Yəhuda padşahı Uzziyanın padşahlığının otuz doqquzuncu ilində Yaveş oğlu Şallum padşah oldu və Samariyada bir ay padşahlıq etdi.
14 Nígbà náà Menahemu ọmọ Gadi lọ láti Tirsa sí Samaria. Ó dojúkọ Ṣallumu ọmọ Jabesi ní Samaria, ó pa á ó sì rọ́pò rẹ̀ gẹ́gẹ́ bí ọba.
Qadi oğlu Menaxem Tirsadan çıxıb Samariyaya gəldi. Samariyada Yaveş oğlu Şallumu vurub öldürdü və yerinə padşah oldu.
15 Fún ti ìyókù iṣẹ́ ìjọba Ṣallumu, àti ìdìtẹ̀ tí ó dì, a kọ wọ́n sínú ìwé ìtàn ayé àwọn ọba Israẹli.
Şallumun qalan işləri və necə qəsd hazırladığı barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
16 Ní ìgbà tí Menahemu ń jáde bọ̀ láti Tirsa, ó dojúkọ Tifisa àti gbogbo ènìyàn tí ó wà ní ìlú ńlá àti agbègbè rẹ̀, nítorí wọn kọ̀ láti sí ẹnu ibodè. Ó yọ Tifisa kúrò lẹ́nu iṣẹ́, ó sì la inú gbogbo àwọn obìnrin aboyún.
O vaxt Menaxem Tirsadan çıxıb Tifsahda və onun ətrafında yaşayanların hamısını qırdı. Darvazaları onun üzünə açmadıqlarına görə onları məhv etdi və orada olan bütün hamilə qadınları doğradı.
17 Ní ọdún kọkàndínlógójì ti Asariah ọba Juda, Menahemu ọmọ Gadi di ọba Israẹli, ó sì jẹ ọba ní Samaria fún ọdún mẹ́wàá.
Yəhuda padşahı Azaryanın padşahlığının otuz doqquzuncu ilində Qadi oğlu Menaxem İsrail üzərində padşah oldu və Samariyada on il padşahlıq etdi.
18 Ó ṣe búburú lójú Olúwa, ní gbogbo ìjọba rẹ̀. Kò sì yípadà kúrò nínú ẹ̀ṣẹ̀ Jeroboamu ọmọ Nebati, èyí tí ó ti fa Israẹli láti dá.
O, Rəbbin gözündə pis olan işlər etdi və bütün ömrü boyu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
19 Nígbà náà, Pulu ọba Asiria, gbógun ti ilẹ̀ náà, Menahemu sì fún un ní ẹgbẹ̀rin tálẹ́ǹtì fàdákà láti fi gba àtìlẹ́yìn rẹ̀ àti láti fún ìdúró tirẹ̀ lágbára lórí ìjọba.
Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun.
20 Menahemu fi agbára gba owó náà lọ́wọ́ Israẹli. Gbogbo ọkùnrin ọlọ́lá ní láti dá àádọ́ta ṣékélì fàdákà láti fún ọba Asiria. Bẹ́ẹ̀ ni ọba Asiria padà sẹ́yìn, kò sì dúró ní ilẹ̀ náà mọ́.
Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı.
21 Fún ti ìyókù iṣẹ́ nígbà ìjọba Menahemu, àti gbogbo ohun tí ó ṣe, ṣé a kò kọ wọ́n sínú ìwé ìtàn ayé ọba Israẹli?
Menaxemin qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
22 Menahemu sinmi pẹ̀lú àwọn baba rẹ̀. Pekahiah ọmọ rẹ̀ sì rọ́pò rẹ̀ gẹ́gẹ́ bí ọba.
Menaxem ataları ilə uyudu və yerinə oğlu Peqahya padşah oldu.
23 Ní ọdún kẹ́ẹ̀dógún Asariah ọba Juda, Pekahiah ọmọ Menahemu di ọba Israẹli ní Samaria, ó sì jẹ ọba fún ọdún méjì.
Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.
24 Pekahiah ṣe búburú lójú Olúwa. Kò yípadà kúrò nínú ẹ̀ṣẹ̀ Jeroboamu ọmọ Nebati, èyí tí ó fa Israẹli láti dá.
O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
25 Ọ̀kan lára àwọn olórí ìjòyè rẹ̀ Peka ọmọ Remaliah, dìtẹ̀ sí i. Ó mú àádọ́ta àwọn ọkùnrin ti àwọn ará Gileadi pẹ̀lú u rẹ̀. Ó pa Pekahiah pẹ̀lú Argobu àti Arie ní odi ààfin ọba ní Samaria. Bẹ́ẹ̀ ni Peka pa Pekahiah, ó sì jẹ ọba ní ipò rẹ̀.
Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu.
26 Fún ti ìyókù iṣẹ́ ìjọba Pekahiah, gbogbo ohun tí ó ṣe, ni a kọ sínú ìwé ìtàn ayé àwọn ọba Israẹli.
Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
27 Ní ọdún kejìléláàádọ́ta Asariah ọba Juda, Peka ọmọ Remaliah di ọba Israẹli ní Samaria. Ó sì jẹ ọba fún ogún ọdún.
Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi.
28 Ó sì ṣe búburú lójú Olúwa, kò sì yípadà kúrò nínú ẹ̀ṣẹ̀ Jeroboamu ọmọ Nebati, èyí tí ó fa Israẹli láti dá.
O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
29 Ní ìgbà Peka ọba Israẹli, Tiglat-Pileseri ọba Asiria wá, ó sì mú Ijoni, Abeli-Beti-Maaka, Janoa, Kedeṣi àti Hasori. Ó gba Gileadi àti Galili pẹ̀lú gbogbo ilẹ̀ Naftali. Ó sì kó àwọn ènìyàn ní ìgbèkùn lọ sí Asiria.
İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi.
30 Nígbà náà, Hosea ọmọ Ela, dìtẹ̀ sí Peka ọmọ Remaliah. Ó dojúkọ ọ́, ó sì pa á, ó sì rọ́pò rẹ̀ gẹ́gẹ́ bí ọba ní ogún ọdún Jotamu ọmọ Ussiah.
Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu.
31 Fún ti ìyókù iṣẹ́ nígbà ìjọba Peka, àti gbogbo ohun tí ó ṣe, ṣé a kò kọ wọ́n sínú ìwé ìtàn ayé àwọn ọba Israẹli?
Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
32 Ní ọdún keje Peka ọmọ Remaliah ọba Israẹli, Jotamu ọmọ Ussiah ọba Juda bẹ̀rẹ̀ sí ní jẹ ọba.
İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu.
33 Ó jẹ́ ẹni ọdún mẹ́ẹ̀ẹ́dọ́gbọ̀n nígbà tí ó di ọba. Ó sì jẹ ọba ní Jerusalẹmu fún ọdún mẹ́rìndínlógún. Orúkọ ìyá rẹ̀ a máa jẹ́ Jeruṣa ọmọbìnrin Sadoku.
O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi.
34 Ó ṣe ohun tí ó tọ́ lójú Olúwa gẹ́gẹ́ bí baba a rẹ̀ Ussiah ti ṣe.
Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
35 Àwọn ibi gíga, bí ó ti wù kí ó rí, a kò ṣí wọn kúrò àwọn ènìyàn tẹ̀síwájú láti rú ẹbọ àti láti sun tùràrí níbẹ̀: Jotamu tún ìlẹ̀kùn gíga tó ń kọ́ ní ti ilé tí a kọ́ fún Olúwa ṣe.
Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi.
36 Fún ti ìyókù iṣẹ́ nígbà ìjọba Jotamu, àti ohun tí ó ṣe, ṣé a kò kọ wọ́n sínú ìwé ìtàn ayé àwọn ọba Juda?
Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
37 (Ní ayé ìgbàanì, Olúwa bẹ̀rẹ̀ sí ní rán Resini ọba Siria àti Peka ọmọ Remaliah láti dojúkọ Juda).
Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı.
38 Jotamu sinmi pẹ̀lú àwọn baba rẹ̀. A sì sin ín pẹ̀lú wọn ní ìlú ńlá Dafidi, ìlú ńlá ti baba rẹ̀. Ahasi ọmọ rẹ̀ sì rọ́pò rẹ̀ gẹ́gẹ́ bí ọba.
Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu.