< Псалми 87 >

1 Синів Коре́євих. Псалом, Пісня.
Qorah övladlarının məzmuru. Bir ilahi. Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir,
2 Госпо́дь любить брами Сіону понад усі се́лища Яковові.
Yaqubun bütün məskənlərindən çox Sionun darvazaları Ona əzizdir.
3 Славне розповіда́ють про тебе, місто Боже! (Се́ла)
Ey Allahın şəhəri, Haqqında bu şanlı sözləri deyirlər: (Sela)
4 „Тим, хто знає мене, нагадаю про Ра́гав та про Вавило́н; ось Филисте́я та Тир з Ку́шем кажуть: Отой народився був там“.
«Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə Deyiləcək: “Bunlar da bu yerdə doğulub”.
5 І про Сіон говори́тимуть: „Той і той народився був у ньому, й Сам Всевишній зміцняє його́“!
Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”.
6 Господь буде лічити у книзі наро́дів: „Оцей народився був там“! (Се́ла)
Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq: “Bunlar bu yerdə doğulub”. (Sela)
7 І співають, і грають вони: „У Тобі — всі джере́ла мої!“
Oxuyanlar, rəqs edənlər belə deyəcəklər: “Səndə mənim üçün hər cür çeşmə var”».

< Псалми 87 >