< 4 Mose 3 >

1 Ɛberɛ a Awurade kasa kyerɛɛ Mose wɔ Sinai Bepɔ so no.
Rəbb Sina dağında Musa ilə danışdığı zaman Harunla Musanın nəsil tarixçəsi belədir.
2 Na yeinom ne Aaron ne Mose abusua. Aaron mmammarima edin na ɛdidi soɔ yi: Nadab, nʼabakan, Abihu, Eleasa ne Itamar.
Harun oğullarının adları belədir: ilk doğulan Nadav, Avihu, Eleazar və İtamar.
3 Yeinom ne Aaron mma a wɔasra wɔn ngo na wɔayi wɔn asi hɔ sɛ asɔfoɔ.
Harun oğullarının kahinlik vəzifəsinə keçirdiyi məsh olunmuş kahinlər bunlardır.
4 Nadab ne Abihu deɛ, wɔwuwuu wɔ Awurade anim ɛberɛ a wɔhyee afɔrebɔdeɛ wɔ ogya a ɛmfata so wɔ Sinai ɛserɛ so. Na wɔnni mma enti, Eleasa ne Itamar nko ara na wɔsomm sɛ asɔfoɔ, ɛberɛ a wɔn agya Aaron te ase.
Nadav ilə Avihu Sina səhrasında Rəbbin önündə haram od təqdim edərkən oradaca öldülər. Onların övladları yox idi. Eleazarla İtamar ataları Harunun yanında kahinlik etdilər.
5 Awurade ka kyerɛɛ Mose sɛ:
Rəbb Musaya dedi:
6 “Frɛ Lewifoɔ no, na fa wɔn ma ɔsɔfoɔ Aaron sɛ nʼaboafoɔ.
«Levi qəbiləsini gətir və kahin Harunun önündə dayandır ki, ona kömək etsinlər.
7 Wɔbɛyɛ adwuma wɔ Ahyiaeɛ Ntomadan no mu ama ɔsɔfoɔ Aaron ne nnipa no nyinaa.
Qoy Hüzur çadırında Harun və bütün icma üçün öz vəzifələrini yerinə yetirərək müqəddəs məskənə xidmət etsinlər.
8 Afei, wɔbɛhwɛ nneɛma a wɔde siesie Ahyiaeɛ Ntomadan mu no so, de asi Israelfoɔ no no anan mu ayɛ asodie a wɔyɛ wɔ Ahyiaeɛ Ntomadan no mu.
Hüzur çadırının bütün avadanlığına baxsınlar və məskənə xidmət edərək İsrail övladları üçün vəzifələrini yerinə yetirsinlər.
9 Fa Lewifoɔ no ma Aaron ne ne mmammarima; wɔn ne Israelfoɔ a wɔde wɔn bɛma no korakora.
Levililəri Harunla oğullarının ixtiyarına ver; onlar İsrail övladları arasından tamamilə Onun xidmətinə verilmişdir.
10 Ma Aaron ne ne mmammarima no nsom sɛ asɔfoɔ; onipa foforɔ biara a ɔbɛbɛne kronkronbea hɔ no, ɛsɛ sɛ wɔkum no.”
Harunla oğullarına tapşır ki, öz kahinlik vəzifələrini yerinə yetirsinlər; müqəddəs yerə yaxınlaşan kənar adam isə öldürülsün».
11 Awurade ka kyerɛɛ Mose sɛ,
Rəbb Musaya dedi:
12 “Mayi Lewifoɔ no afiri Israelfoɔ no mu de wɔn asi Israel babaa biara abakan a ɔyɛ ɔbarima anan mu. Lewifoɔ no yɛ me dea,
«Budur, hər İsrail qadınının doğduğu ilk oğlan uşağının əvəzinə İsraillilər arasından Levililəri seçmişəm. Levililər Mənimdir.
13 ɛfiri sɛ abakan biara wɔ me. Ɛberɛ a mekunkum mmakan wɔ Misraim no, megyaa Israel mmakan, sɛ wɔyɛ nnipa anaa mmoa. Wɔyɛ me dea. Mene Awurade.”
Çünki bütün ilk oğlanlar Mənimdir. Misir torpağında bütün ilk doğulanları məhv etdiyim gün İsraildə istər insan, istərsə heyvan – erkək olan bütün ilk doğulanları Özüm üçün ayırdım. Onlar Mənim olacaq. Rəbb Mənəm».
14 Afei, Awurade ka kyerɛɛ Mose wɔ Sinai ɛserɛ so sɛ,
Rəbb Sina səhrasında Musaya belə dedi:
15 “Kan Lewifoɔ no wɔ wɔn mmusua ne afie mu. Kan ɔbarima biara firi deɛ wadi bosome baako so.”
«Levililəri ailələrinə, nəsillərinə görə siyahıya al. Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən olanları siyahıya al».
16 Enti Mose kanee wɔn sɛdeɛ Awurade hyɛɛ no no.
Musa da Rəbbin sözünə görə əmr edildiyi kimi onları siyahıya aldı.
17 Yeinom ne Lewi mmammarima: Gerson, Kohat ne Merari.
Adbaad Levi oğulları bunlardır: Gerşon, Qohat və Merari.
18 Gerson asefoɔ nie: Libni ne Simei.
Nəsillərinə görə Gerşonun nəsil başçısı olan oğullarının adları belədir: Livni və Şimey.
19 Kohat asefoɔ: Amram, Ishar, Hebron ne Usiel.
Qohatın nəsil başçısı olan oğulları: Amram, İshar, Xevron və Uzziel.
20 Merari asefoɔ: Mahli ne Musi. Yeinom ne Lewifoɔ sɛdeɛ wɔn mmusua ne wɔn afie teɛ.
Merarinin nəsil başçısı olan oğulları: Maxli və Muşi. Ailələrinə görə Levi nəsilləri bunlardır.
21 Gerson asefoɔ no na wɔyɛ mmusua a wɔfiri Libni ne Simei ase.
Livni və Şimey nəsilləri Gerşon nəslindəndir. Gerşon tayfaları bunlardır.
22 Na Gersonfoɔ mmarima a wɔadi bosome ne deɛ ɛboro saa a wɔfiri Gerson mmusua mu no dodoɔ yɛ mpem ahanson ne ahanum.
Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 7500 nəfər siyahıya alındı.
23 Wɔn atenaeɛ wɔ Ahyiaeɛ Ntomadan no akyi wɔ atɔeɛ fam.
Gerşon nəsilləri qərb tərəfində məskənin arxasında düşərgə salmalıdırlar.
24 Na Gersonfoɔ no ntuanoni ne Lael babarima Eliasaf.
Gerşon nəslinə mənsub olan ailələrin rəhbəri Lael oğlu Elyasafdır.
25 Saa mmusuakuo mmienu yi na na wɔhwɛ Ahyiaeɛ Ntomadan no ne ne nkataho no ne ɛkwan nsɛnanotam no so.
Hüzur çadırında Gerşon övladları Müqəddəs məskənə, çadır örtüklərinə, Hüzur çadırının girişində olan arakəsməyə,
26 Afei, na wɔhwɛ adihɔ nsɛnanotam a ɛtwa Ahyiaeɛ Ntomadan no ho ne afɔrebukyia ne adihɔ nsɛnanotam, nhoma ne ɛhɔ nneɛma a wɔde di dwuma ahodoɔ no nyinaa so.
həyətin pərdələrinə, məskənlə qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.
27 Kohat asefoɔ yɛ mmusua a wɔfiri Amram, Ishar, Hebron ne Usiel ase.
Amram, İshar, Xevron və Uzziel nəsilləri Qohat nəslindəndir. Qohat nəsilləri bunlardır.
28 Na Kehat mmusua no mu mmarima a wɔadi bosome ne deɛ ɛboro saa dodoɔ yɛ mpem aha nwɔtwe ne ahansia. Wɔn na na wɔhwɛ kronkronbea mu hɔ so.
Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 8600 nəfər siyahıya alındı. Onlar müqəddəs əşyalara cavabdehdirlər.
29 Wɔmaa wɔn atenaeɛ wɔ Ahyiaeɛ Ntomadan no anafoɔ fam.
Qohat nəsilləri çadırın cənub tərəfində düşərgə salmalıdırlar.
30 Na Kohatfoɔ ntuanoni no ne Usiel babarima Elisafan.
Qohat nəsillərinə mənsub ailələrin rəhbəri Uzziel oğlu Elisafandır.
31 Saa mmusua ɛnan yi na na wɔhwɛ apam adaka, ɛpono, kaneadua, afɔrebukyia hodoɔ, ne deɛ ɛkeka ho a na wɔde di dwuma wɔ kronkronbea hɔ, mfimfini ntwamutam ne nneɛma a wɔde di dwuma ahodoɔ wɔ hɔ nyinaa no so.
Onlar sandığa, masaya, çıraqdana, qurbangahlara, müqəddəs yerdə ibadət üçün işlənən bütün əşyalara, arakəsmə pərdəsinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.
32 Aaron babarima ɔsɔfoɔ Eleasa no na na ɔyɛ ɔpanin wɔ Lewifoɔ no nyinaa so. Ɔyɛɛ no panin wɔ asɔfoɔ a wɔhwɛ kronkronbea no so.
Levili rəhbərlərinin rəhbəri kahin Harun oğlu Eleazardır. O, Müqəddəs yerə cavabdeh olanlara nəzarətçi təyin edilmişdir.
33 Na Merari asefoɔ no yɛ mmusua a wɔfiri Mahli ne Musi ase.
Maxli və Muşi nəsilləri Merari nəslindəndir. Merari nəsilləri bunlardır.
34 Merarifoɔ mmusua no mu na mmarima a wɔadi bosome ne deɛ ɛboro saa dodoɔ yɛ mpem nsia ne ahanu.
Bir aylıq və ondan yuxarı yaşda olan bütün kişi cinsindən 6200 nəfər siyahıya alındı.
35 Merari abusua no ntuanoni ne Abihail babarima Suriel, na wɔtenaa Ahyiaeɛ Ntomadan no atifi fam.
Merari nəsillərinə mənsub ailələrin rəhbəri Avixayil oğlu Surieldir. Onlar məskənin şimal tərəfində düşərgə salmalıdırlar.
36 Dwumadie a wɔde hyɛɛ saa mmusuakuo mmienu yi nsa ne sɛ, wɔbɛhwɛ Ahyiaeɛ Ntomadan no nnyinasoɔ so. Afei, wɔbɛhwɛ mmeamu nnua, mpunan, nsisisoɔ ne ɛho nneɛma a wɔde di dwuma nyinaa.
Merarililərə məskənin çərçivələri, şüvülləri, dirəkləri, altlıqları, bütün avadanlığı və bunlarla əlaqədar bütün xidmət,
37 Afei, mpunan a ɛwɔ adihɔ hɔ nyinaa ne ne nsisisoɔ, mpɛɛwa, ne ntampehoma nyinaa, wɔbɛhwɛ so.
məskənin ətrafındakı həyətin dirəkləri ilə altlıqları, payaları və ipləri həvalə olundu.
38 Ahyiaeɛ Ntomadan no apueeɛ fam, deɛ owia pue firi no, wɔgya maa Mose ne Aaron ne ne mmammarima sɛ wɔnsisi wɔn ntomadan wɔ hɔ. Saa nnipa yi na na wɔsi Israelfoɔ no anan mu di Ahyiaeɛ Ntomadan no ho dwuma nyinaa. Onipa foforɔ biara a ɔbɛbɛn kronkronbea hɔ no, wɔbɛkum no.
Musa və Harun ilə oğulları məskənin şərq tərəfində, gündoğana doğru Hüzur çadırının önündə düşərgə salmalıdırlar. Onlar İsrail övladları üçün öz vəzifələrini yerinə yetirərək Müqəddəs məkana cavabdehdirlər. Oraya yaxınlaşan kənar adam öldürülməlidir.
39 Lewifoɔ a Awurade hyɛɛ Mose ne Aaron sɛ wɔnkan wɔn sɛdeɛ wɔn mmusua teɛ a ɔbarima biara a wɔadi bosome ne deɛ ɛboro saa ka ho no dodoɔ yɛ mpem aduonu mmienu.
Rəbbin əmri ilə Musa və Harunun Levi nəsillərindən saydıqları bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olanlar cəmi 22 000 nəfər idi.
40 Awurade ka kyerɛɛ Mose sɛ, “Kan Israelfoɔ mmakan a wɔyɛ mmarima na wɔadi bosome ne deɛ ɛboro saa no, na twerɛ wɔn edin.
Rəbb Musaya dedi: «Bir aylıq və ondan yuxarı yaşda kişi cinsindən olan, ilk doğulan bütün İsrail övladlarını adları ilə siyahıya al.
41 Lewifoɔ no bɛyɛ me dea. Ma wɔnsi Israelfoɔ mmakan nyinaa anan mu, na Lewifoɔ nyɛmmoa mmakan nsi Israelfoɔ nyɛmmoa mmakan anan mu. Mene Awurade.”
İsrail övladlarının bütün ilk oğlanlarının əvəzinə Levililəri və İsraillilərin ilk doğulan heyvanlarının əvəzinə Levililərin heyvanlarını Mənim üçün ayır. Rəbb Mənəm».
42 Enti Mose kanee Israelfoɔ mmakan nyinaa sɛdeɛ Awurade hyɛɛ no no.
Musa Rəbbin ona əmr etdiyi kimi etdi. İsrail övladları arasında bütün ilk doğulanları siyahıya aldı.
43 Mmammarima mmakan a wɔadi bosome ne deɛ ɛboro saa no a ɔtwerɛɛ wɔn edin no ano si mpem aduonu mmienu ahanu ne aduɔson mmiɛnsa.
Adları qeyd edilən, bir aylıq və ondan yuxarı yaşda ilk doğulan kişi cinsindən olanlar cəmi 22 273 nəfər idi.
44 Afei, Awurade ka kyerɛɛ Mose sɛ,
Rəbb Musaya dedi:
45 “Ma Lewifoɔ nsi Israelfoɔ mmakan ananmu. Na Lewifoɔ nyɛmmoa mmakan nso nsi Israelfoɔ nyɛmmoa mmakan ananmu. Lewifoɔ yɛ me dea. Mene Awurade.
«Levililəri İsrail övladlarının ilk doğulanlarının əvəzinə və Levililərin heyvanlarını onların heyvanları əvəzinə ayır. Levililər Mənim olacaq; Rəbb Mənəm».
46 Ansa na mobɛgye Israelfoɔ mmakan ahanu aduɔson mmiɛnsa no a wɔboro Lewifoɔ no dodoɔ so no,
İsraillilərin ilk oğlanlarından olub Levililərin sayını aşan 273 nəfəri satın almaq məqsədi ilə,
47 momma wɔntua tiadeɛ, sɛdeɛ hyiadan mu nnwetɛbena teɛ, a emu duru yɛ gram aduonum nson.
hər adam üçün hər şekeldə iyirmi gera olan Müqəddəs yerdəki şekelə görə beş şekel götür.
48 Fa tiadeɛ sika no ma Aaron ne ne mma.”
Onları Levililərin sayını aşanları satınalma ödənişi olaraq Haruna və oğullarına ver.
49 Enti Mose gyegyee Israelfoɔ ahanu aduɔson mmiɛnsa a na wɔboro Lewifoɔ no dodoɔ so no tiadeɛ.
Musa Levililərlə əvəz olanların sayını aşan İsrail övladlarından satınalma ödənişini götürdü.
50 Sika a wɔgyegyeeɛ no nyinaa ano sii dwetɛ kilogram dunum ne fa.
İsrail övladlarının ilk oğlanlarından Müqəddəs yerdəki şekelə görə 1365 şekel aldı.
51 Na Mose de maa Aaron ne ne mmammarima sɛdeɛ Awurade hyɛɛ no no.
Musa Rəbbin sözünə görə, Rəbbin ona əmr etdiyi kimi satınalma ödənişini Harunla oğullarına verdi.

< 4 Mose 3 >