< Hiob 2 >

1 Da foforo bi, abɔfo no baa Awurade anim bio na Satan nso kaa wɔn ho bae.
Başqa bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub Rəbbin hüzuruna qalxmaq üçün gəldi.
2 Awurade bisaa Satan se, “Wufi he na wobaa ha?” Satan buaa Awurade se, “Mifi asase so akyinkyinakyinkyin ne emu akɔneabadi mu.”
Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan «dünyanı gəzib-dolaşmaqdan» deyə cavab verdi.
3 Na Awurade bisaa Satan se, “Woadwene mʼakoa Hiob ho ana? Obiara nte sɛ ɔno wɔ asase so, ne ho nni asɛm na ɔteɛ. Ɔyɛ onipa a osuro Onyankopɔn na okyi bɔne. Ɛwɔ mu sɛ wohyɛɛ me sɛ mensɛe no a minni nnyinaso biara de, nanso ɔda so gyina ne pɛpɛyɛ no mu.”
Rəbb dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar etdin ki, boş yerə onu məhv edim, amma o hələ kamil olaraq qalıb».
4 Satan buaa Awurade sɛ, “Were pere were. Onipa de nea ɔwɔ nyinaa bɛma de apere ne nkwa.
Şeytan Rəbbə belə cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər.
5 Sɛ ebetumi a teɛ wo nsa fa ka ne honam ne ne nnompe, na ɔbɛdome wo wɔ wʼanim!”
Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».
6 Awurade ka kyerɛɛ Satan se, “Eye, ɔwɔ wo nsam na ne nkwa de gyaa mu ma no.”
Rəbb Şeytana dedi: «Yaxşı, onu sənə təslim edirəm. Yalnız canını alma».
7 Enti Satan fii Awurade anim, na ɔmaa akuru a ɛyɛ yaw totɔɔ Hiob ho fi ne nʼanan ase kosii nʼapampam.
Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi və sonra Əyyubun bədəninə başdan ayağadək ağrılı çibanlar çıxartdı.
8 Afei, na kyɛmfɛre na Hiob de twiw ne ho, bere a ɔte nsõ mu.
Əyyub çibanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu.
9 Ne yere bisaa no se, “Woda so kura wo pɛpɛyɛ no mu ara? Dome Onyankopɔn, na wu!”
Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!»
10 Na Hiob buaa no sɛ, “Wokasa sɛ ɔbea a ɔyɛ ɔkwasea. Ade pa de yɛagye afi Onyankopɔn nsam na ade bɔne na yɛmpo ana?” Eyi nyinaa mu no, Hiob anka asɛm bɔne.
Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi.
11 Bere a Hiob nnamfo baasa bi a wɔne Temanni Elifas, Suhini Bildad ne Naamani Sofar tee amanehunu a aba Hiob so no, wofii wɔn afi mu, hyia yɛɛ adwene sɛ wɔbɛkɔ akɔhwɛ no na wɔakyekye ne werɛ.
Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər.
12 Wohuu Hiob fii akyiri no, wɔanhu sɛ ɛyɛ ɔno; wɔhyɛɛ ase twaa agyaadwo, sunsuan wɔn ntade mu, tuu mfutuma guu wɔn ti so.
Əyyubu uzaqdan görərkən tanıya bilmədilər, hönkürüb ağlayaraq öz cübbələrini cırıb-dağıtdılar və yerdəki torpağı götürüb başlarına tökdülər.
13 Na wɔne no tenaa fam nnanson, awia ne anadwo. Na obiara ankasa, efisɛ wohuu sɛ nʼamanehunu no nyɛ adewa.
Yeddi gün-yeddi gecə onunla birlikdə quru yerdə oturdular. Kimsə ağzını açmadı, çünki Əyyubun dərdinin nə qədər böyük olduğunu gördülər.

< Hiob 2 >