< 1 Mose 4 >

1 Adam de ne ho kaa ne yere Hawa ma onyinsɛn, woo abarimaa a wɔfrɛ no Kain. Na ɔkae se, Awurade adaworoma, mawo ɔbabarima.
Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım».
2 Akyiri no, ɔsan woo nʼakyi babarima too no din Habel. Na Habel bɛyɛɛ oguanhwɛfo, na Kain nso bɛyɛɛ okuafo.
Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi.
3 Nna bi akyi no, Kain de nʼafum nnɔbae bi kɔbɔɔ Awurade afɔre.
Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi.
4 Habel nso de ne nyɛmmoa no mu mmakan a wɔadodɔ srade kɔbɔɔ Onyankopɔn afɔre. Awurade ani sɔɔ Habel afɔrebɔ no.
Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi,
5 Nanso Kain afɔrebɔ no de, nʼani ansɔ. Asɛm no anyɛ Kain dɛ, na ne bo fuwii.
ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı.
6 Awurade bisaa Kain se, “Adɛn nti na wo bo afuw? Adɛn nti na woamuna saa?
Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan?
7 Sɛ woyɛ ade pa a, anka wɔrennye wo nto mu ana? Sɛ wonyɛ ade pa de a, bɔne gyina wo pon ano, ɛrehwehwɛ wo ako atia wo, nanso ɛsɛ sɛ wudi no so.”
Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən».
8 Da bi Kain ka kyerɛɛ ne nua Habel se, “Ma yɛnkɔ afum.” Bere a wɔwɔ afum hɔ no, Kain tow hyɛɛ ne nua Habel so, kum no.
Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü.
9 Awurade bisaa Kain se, “Wo nua Habel wɔ he?” Kain buae se, “Minnim. Mɛyɛ dɛn ahu? Me na mehwɛ me nua so ana?”
Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?»
10 Awurade bisaa Kain se, “Dɛn na woayɛ yi? Tie! Wo nua mogya su fi asase so frɛ me.
Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir.
11 Mprempren, wɔadome wo, apam wo afi asase a ebuee nʼano gyee wo nua mogya fii wo nsam no so.
İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı.
12 Sɛ woyɛ asase no so adwuma sɛ dɛn ara a, worennya nnɔbae biara mfi so. Wobɛyɛ ɔkobɔfo, akyinkyin asase so.”
Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan».
13 Kain kae se, “Awurade mʼasotwe boro me so.
Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır.
14 Nnɛ, woapam me afi asase so ne wʼanim. Mɛyɛ ɔkobɔfo akyinkyin asase so na obiara a obenya me no bekum me.”
Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək».
15 Nanso Awurade ka kyerɛɛ no se, “Ɛnte saa koraa! Obiara a obekum Kain no benya Kain asotwe no mpɛn ason.” Afei, Awurade hyɛɛ Kain agyirae bi sɛnea ɛbɛyɛ a, obiara a obehyia no no renkum no.
Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.
16 Enti Kain guan fii Awurade anim, kɔtenaa Nod asase so wɔ Eden apuei fam.
Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.
17 Kain de ne ho kaa ne yere na onyinsɛn, woo ɔbabarima, too no din Henok. Saa bere no, Kain kyekyeree kurow bi de too ne ba Henok.
Qabil arvadı ilə yaxınlıq etdi və arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir şəhər tikdi, şəhərə oğlu Xanokun adını verdi.
18 Henok woo Irad. Irad woo Mehuyael. Mehuyael woo Metusael. Metusael woo Lamek.
Xanokdan İrad törədi. İraddan Mehuyael törədi. Mehuyaeldən Metuşael törədi. Metuşaeldən Lemek törədi.
19 Lamek waree mmea baanu a wɔn din de Ada ne Sila.
Lemek iki arvad aldı: birinin adı Ada, o birinin adı Silla idi.
20 Ada woo Yabal a nʼasefo yɛ wɔn a wɔte ntamadan mu yɛn mmoa.
Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və sürü saxlamağın əsasını qoydu.
21 Na Yabal nuabarima din de Yubal a nʼasefo yɛ mmɛnhyɛnfo ne sankubɔfo.
Onun qardaşının adı Yuval idi. O hər cür lira və tütək çalmağın əsasını qoydu.
22 Sila woo ɔbabarima a wɔfrɛ no Tubal-Kain. Na ɔyɛ kɔbere atomfo ne nnade ahorow nyinaa atomfo agya. Na Tubal-Kain wɔ nuabea bi a ne din de Naama.
Silla isə Tuval-Qayini doğdu. Tuval-Qayin tuncdan və dəmirdən hər cür kəsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı var idi.
23 Da bi, Lamek ka kyerɛɛ ne yerenom Ada ne Sila se, “Muntie me, me yerenom makum aberante bi a, ɔtow hyɛɛ me so, piraa me.
Bir dəfə Lemek arvadlarına dedi: «Ey Ada və Silla, səsimi eşidin, Ey Lemekin arvadları, sözümə qulaq asın: Məni yaraladığı üçün Bir adam öldürdüm, Məni zədələdiyi üçün Bir cavan öldürdüm.
24 Sɛ Kain so aweretɔ bɛyɛ mpɛn ason a, ɛno de, me Lamek de, nea obekum me no, nʼasotwe bɛyɛ mpɛn aduɔson ason.”
Qabil üçün yeddi qat qisas alınacaqsa, Lemek üçün yetmiş yeddi qat alınacaq».
25 Akyiri no, Adam de ne ho kaa ne yere Hawa. Na ɔwoo ɔbabarima bio. Na wɔtoo no din Set kae se, “Onyankopɔn ama me ɔba foforo asi Habel a Kain kum no no anan mu.”
Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi».
26 Set nso woo ɔbabarima na ɔtoo no din Enos. Saa bere no mu na nnipa fitii ase bɔɔ Awurade din.
Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı.

< 1 Mose 4 >