< 1 Samuel 15 >
1 Da bi Samuel ka kyerɛɛ Saulo se, “Me na Awurade somaa me sɛ memmɛsra wo ngo sɛ Israel ɔhene. Afei tie nkra a efi Awurade nkyɛn no.
Şamuel Şaula dedi: «Rəbb məni göndərdi ki, Öz xalqı İsrail üzərində padşah olaraq səni məsh edim. İndi isə Rəbbin sözünü dinlə,
2 Asɛm a Asafo Awurade se ni, ‘Me ne Amalekfo bedi wɔ nea wɔyɛ de tiaa Israelfo bere a na wofi Misraim reba no ho.
Ordular Rəbbi belə deyir: “İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam.
3 Enti kɔ na kɔsɛe Amalek mantam no pasaa. Kunkum mmarima ne mmea, mmofra ne nkokoaa, anantwi ne nguan, yoma ne mfurum.’”
İndi get, Amaleqliləri qır, hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin. Kişidən qadınadək, yeniyetmədən südəmər körpəyədək, öküzdən qoyunadək, dəvədən eşşəyədək hamısını qır”».
4 Enti Saulo frɛɛ nʼakofo boaa wɔn ano wɔ Telaim. Na wɔn dodow yɛ mpem ahannu ne mpem du nso a wofi Yuda.
Şaul xalqı çağırdı və onları Telaimdə saydı: iki yüz min piyada əsgərlə bərabər Yəhudadan on min nəfər var idi.
5 Saulo kɔɔ Amalek kuropɔn no mu, kɔtɛw obon no mu.
Şaul Amaleqlilərin şəhərinə gəlib vadidə pusqu qurdu.
6 Na ɔkraa Kenifo no se, “Mumfi nea Amalekfo no te hɔ na mansɛe mo ne wɔn, efisɛ Israelfo no fi Misraim reba no, mo ne wɔn dii no yiye.” Enti Kenifo no twee wɔn ho fi Amalekfo no ho.
O, Qenlilərə dedi: «Gedib Amaleqlilərdən ayrılın ki, sizi də onlarla bərabər qırmayım. Çünki İsrail övladları Misirdən çıxan zaman siz onlara xeyirxahlıq etdiniz». Qenlilər Amaleqlilərdən ayrıldılar.
7 Na Saulo kunkum Amalekfo no fii Hawila kosii Sur wɔ Misraim apuei fam.
Şaul Xaviladan Misirin şərqindəki Şura çatana qədər Amaleqliləri qırdı.
8 Ɔkyeree Amalekfo hene Agag anikann, nanso okunkum nnipa no nyinaa.
Amaleq padşahı Aqaqı sağ tutdu, bütün xalqı isə tamamilə qılıncdan keçirdi.
9 Na Saulo ne nʼakofo no anyɛ Agag bɔne biara, na mmom wɔfaa wɔn nguan pa, anantwi pa ne anantwi ne nguamma a wɔadodɔ srade ne biribiara a wɔn ani gye ho. Wɔsɛee nea so nni wɔn mfaso na enni mu nyinaa.
Amma Şaul xalqı ilə birlikdə Aqaqa və Amaleqlilərin ən yaxşı qoyunlarına, öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeylərin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi, bütün gərəksiz və yararsız şeyləri isə tamamilə yox etdi.
10 Na Awurade ka kyerɛɛ Samuel se,
Bundan sonra Rəbbin sözü Şamuelə nazil oldu:
11 “Manu me ho sɛ masi Saulo ɔhene, efisɛ wanni me nokware, na afei wayɛ nʼadwene sɛ ɔrentie mʼasɛm.” Asɛm no haw Samuel, na osu frɛɛ Awurade anadwo mu no nyinaa.
«Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib». Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi.
12 Ade kyee no, Samuel sɔree ntɛm kohyiaa Saulo, nanso obi ka kyerɛɛ no se, “Saulo kɔɔ Karmel sɛ ɔrekosi nkaedum de ahyɛ ne ho anuonyam, na ofii hɔ kɔɔ Gilgal.”
O, Şaulla səhər görüşmək üçün erkən durdu, amma ona belə xəbər verdilər: «Şaul Karmelə getdi və özünə abidə qoyandan sonra geri qayıdıb irəlidəki Qilqala endi».
13 Samuel kɔtoo no no, Saulo kyiaa no anigye so se, “Awurade nhyira wo. Madi Awurade ahyɛde no so.”
Şamuel Qilqala, Şaulun yanına gəldi. Şaul ona dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, mən Rəbbin sözünə əməl etdim».
14 Samuel bisae se, “Na dɛn ne nguan ne anantwi su a mete yi?”
Şamuel isə dedi: «Elə isə qulaqlarıma gələn bu qoyun mələşməsi və eşitdiyim bu öküz böyürtüsü nədir?»
15 Saulo gye too mu se, “Ɛyɛ nokware sɛ asraafo no amfa wɔn nsa anka nguan pa ne anantwi pa no. Nanso wɔde eyi rebɛbɔ afɔre ama Awurade, wo Nyankopɔn. Biribiara a ɛka ho no de, yɛasɛe no.”
Şaul dedi: «Onları Amaleqlilərdən gətiriblər. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb, qalanlarını isə tamamilə yox etdi».
16 Afei, Samuel ka kyerɛɛ Saulo se, “Gyae! Tie asɛm a Awurade ka kyerɛɛ me anadwo a atwa mu yi.” Saulo bisaa se, “Dɛn asɛm?”
Şamuel Şaula dedi: «Dayan, bu gecə Rəbbin mənə söylədiklərini sənə deyəcəyəm». Şaul dedi: «Danış».
17 Samuel ka kyerɛɛ no se, “Ebia wubu wo ho abomfiaa, nanso ɛnyɛ wo na wudii Israel mmusuakuw nyinaa so no? Awurade asra wo ngo sɛ ɔhene wɔ Israel so.
Şamuel dedi: «Sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərinə padşah olaraq məsh etməyibmi?
18 Na ɔsomaa wo sɛ kodi dwuma bi ma no, na osee wo sɛ, ‘Kɔ na kɔsɛe amumɔyɛfo a ɛyɛ Amalekfo no pasapasa, kosi sɛ mobɛtɔre wɔn ase dwerɛbee.’
Rəbb səni yürüşə göndərib dedi: “Günahkarları – Amaleqliləri tamamilə məhv et və qırıb qurtarana qədər onlarla vuruş”.
19 Adɛn nti na woantie Awurade? Adɛn nti na mopere fom nneɛma, na moyɛɛ nea Awurade kaa se monnyɛ?”
Bəs nə üçün Rəbbin sözünə itaət etmədin, qarətçilik edib talana girişdin və Rəbbin gözündə pis sayılan iş gördün?»
20 Saulo nso kaa no denneennen se, “Mitiee Awurade. Nea ɔkyerɛɛ me sɛ menyɛ no, meyɛe. Mede ɔhene Agag san bae. Na wɔn a aka no de, mesɛee wɔn nyinaa.
Şaul Şamuelə dedi: «Mən Rəbbin sözünə itaət etdim. Rəbbin məni göndərdiyi yürüşə getdim. Amaleq padşahı Aqaqı bura gətirdim, Amaleqliləri isə tamamilə məhv etdim.
21 Na mʼakofo no nso de nguan pa, anantwi pa ne asade bae sɛ wɔde rebɛbɔ afɔre ama Awurade, wo Nyankopɔn wɔ Gilgal.”
Lakin xalq talan malından qoyunları və öküzləri, məhv edilməyə həsr olunanlardan ən yaxşısını götürdü ki, Qilqalda Allahın Rəbbə qurban versin».
22 Na Samuel buae se, “Nea ɛwɔ he na ɛsɔ Awurade ani: sɛ wobɛbɔ ɔhyew afɔre ne okum afɔre, anaasɛ wobɛyɛ osetie ama Awurade nne? Osetie ye sen afɔrebɔ. Sɛ wubetie no no ye sen sɛ wode adwennini akɛse srade bɛma.
Şamuel isə dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır.
23 Atuatew te sɛ bayi, na asoɔden nso te sɛ ahonisom. Esiane sɛ woapo Awurade asɛm no nti, ɔno nso apo wʼahenni.”
Çünki üsyankarlıq falçılığa bərabər günahdır, İnadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir. İndi ki sən Rəbbin sözünü rədd etdin, O da səni padşahlıqdan rədd etdi».
24 Na Saulo ka kyerɛɛ Samuel se, “Mayɛ bɔne. Manni Awurade ahyɛde ne wo nkyerɛkyerɛ so. Na misuro nnipa no nti na meyɛɛ wɔn apɛde maa wɔn no.
Şaul Şamuelə dedi: «Günah etdim, çünki Rəbbin əmrini və sənin sözlərini pozdum və xalqdan qorxub onların sözünə qulaq asdım.
25 Enti mesrɛ wo, fa me bɔne kyɛ me na wo ne me nkɔsom Awurade.”
Rica edirəm, günahımı bağışla və indi mənimlə bərabər geri qayıt ki, Rəbbə səcdə qılım».
26 Samuel ka kyerɛɛ no se, “Merensan ne wo nkɔ. Woapo Awurade ahyɛde enti Awurade nso apo wʼahenni!”
Şamuel Şaula dedi: «Mən səninlə geri qayıtmayacağam, çünki sən Rəbbin sözünü rədd etdin. Ona görə Rəbb İsraildə padşah olmayasan deyə səni rədd etdi».
27 Samuel yɛɛ sɛ ɔrekɔ no, Saulo soo nʼatade mu pɛɛ sɛ ɔsan no, na atade no mu suanee.
Şamuel geri qayıtmaq üçün dönən zaman Şaul onun cübbəsinin ətəyindən yapışanda ətək qopdu.
28 Samuel ka kyerɛɛ no se, “Hwɛ efi nnɛ, Awurade atew Israel ahemman mu afi wo ho de ama obi foforo a oye sen wo.
Şamuel ona dedi: «Bu gün Rəbb də səndən İsrail padşahlığını bu cür qoparıb səndən də yaxşı olan yaxınına verdi.
29 Nea ɔyɛ Israel Anuonyam no nni atoro na ɔnsesa nʼadwene; efisɛ ɔnyɛ onipa na wasesa nʼadwene.”
İsrailin İzzətlisi yalan söyləməz və fikrini dəyişməz. Axı insan deyil ki, fikrini dəyişsin».
30 Saulo srɛɛ bio se, “Minim sɛ mayɛ bɔne. Na mesrɛ wo sɛ, hyɛ me anuonyam wɔ me mpanyimfo ne me nkurɔfo anim; wo ne me nkɔsom Awurade, wo Nyankopɔn.”
Şaul dedi: «Günaha batdım. Rica edirəm, indi xalqımın ağsaqqalları və İsrail qarşısında mənə hörmət et və mənimlə birlikdə geri qayıt ki, Allahın Rəbbə səcdə qılım».
31 Enti Samuel pene ne Saulo san kɔe, na Saulo som Awurade.
Şamuel Şaulun arxasınca geri qayıtdı və Şaul Rəbbə səcdə qıldı.
32 Afei, Samuel kaa se, “Fa ɔhene Agag brɛ me.” Agag baa ne nkyɛn gyidi mu, susuw sɛ ɛhɔ a wakɔ no de, owu apare no.
Şamuel dedi: «Amaleq padşahı Aqaqı buraya – mənim yanıma gətirin». Aqaq isə onun yanına tərəddüd içində gəldi. Aqaq öz-özünə deyirdi: «Görəsən acı ölüm məni mütləq haqlayıbmı?»
33 Nanso Samuel kae se, “Sɛnea wʼafoa akum mmea bi mmabarima no, wo nso wo na bɛyɛ ɔbea a onni ba.” Enti Samuel twitwaa Agag mu nketenkete Awurade anim wɔ Gilgal.
Şamuel dedi: «Sənin qılıncın qadınları necə övladsız qoyurdusa, sənin anan da qadınlar arasında beləcə övladsız qalacaq». Şamuel Qilqalda – Rəbbin önündə Aqaqı doğradı.
34 Na Samuel fi hɔ kɔɔ Rama na Saulo nso kɔɔ ne fi wɔ Gibea.
Sonra Şamuel Ramaya getdi, Şaul isə Giveadakı evinə qalxdı.
35 Samuel anhyia Saulo bio nanso odii ne ho yaw bebree. Na Awurade nuu ne ho sɛ osii Saulo hene wɔ Israel so.
Şamuel ölənə qədər daha Şaulu görmədi, çünki Şaulun dərdini çəkirdi. Rəbb Şaulu İsrailin padşahı etdiyinə peşman olmuşdu.