< Mezmurlar 109 >

1 Müzik şefi için - Davut'un mezmuru Ey övgüler sunduğum Tanrı, Sessiz kalma!
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ey tərənnüm etdiyim Allah, susma!
2 Çünkü kötüler, yalancılar Bana karşı ağzını açtı, Karalıyorlar beni.
Çünki pislər, hiyləgərlər ağzını açıb Yalançı dilləri ilə məndən danışırlar.
3 Nefret dolu sözlerle beni kuşatıp Yok yere bana savaş açtılar.
Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər, Nahaq yerə hücumlarına məruz qalıram.
4 Sevgime karşılık bana düşman oldular, Bense dua etmekteyim.
Sevgimin əvəzinə mənə ittiham yağdırırlar, Mən isə dua etməkdəyəm.
5 İyiliğime kötülük, Sevgime nefretle karşılık verdiler.
Yaxşılığımın əvəzinə yamanlıq edirlər, Sevgimin əvəzinə nifrətlə cavab verirlər.
6 Kötü bir adam koy düşmanın başına, Sağında onu suçlayan biri dursun!
Belə adamın qarşısına bir pis insanı çıxar, Sağ tərəfində dayanıb onu ittiham etsin!
7 Yargılanınca suçlu çıksın, Duası bile günah sayılsın!
Hökm oxunanda o təqsirkar çıxsın, Qoy onun duası günah sayılsın!
8 Ömrü kısa olsun, Görevini bir başkası üstlensin!
Onun ömrü az olsun, Vəzifəsini başqası tutsun!
9 Çocukları öksüz, Karısı dul kalsın!
Övladları yetim, Arvadı isə dul qalsın!
10 Çocukları avare gezip dilensin, Yıkık evlerinden uzakta yiyecek arasın!
Övladları didərgin düşüb dilənçi olsun, Yaşamağa xarabalıq belə, tapmasın!
11 Bütün malları tefecinin ağına düşsün, Emeğini yabancılar yağmalasın!
Sələmçilər hər şeyini əlindən alsın, Nə qazanıbsa, yadellilər talayaraq aparsın!
12 Kimse ona sevgi göstermesin, Öksüzlerine acıyan olmasın!
Ona məhəbbət göstərən olmasın, Yetim qalan balalarına yazığı gələn tapılmasın!
13 Soyu kurusun, Bir kuşak sonra adı silinsin!
Qoy onun nəsli kəsilsin, Gələcək nəslin arasından adları silinsin!
14 Atalarının suçları RAB'bin önünde anılsın, Annesinin günahı silinmesin!
Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın, Anasının günahı heç zaman yuyulmasın!
15 Günahları hep RAB'bin önünde dursun, RAB anılarını yok etsin yeryüzünden!
Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar, Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!
16 Çünkü düşmanım sevgi göstermeyi düşünmedi, Ölesiye baskı yaptı mazluma, yoksula, Yüreği kırık insana.
Çünki məhəbbət göstərməyi unutdular, Məzlumu, fəqiri, qəlbisınıqları Həlak etmək üçün təqib etdilər.
17 Sevdiği lanet başına gelsin! Madem kutsamaktan hoşlanmıyor, Uzak olsun ondan kutsamak!
Qarğış etməyi sevirdi, öz başına dönsün, Alqış etməyi sevmirdi, ona əli çatmasın!
18 Laneti bir giysi gibi giydi, Su gibi içine, yağ gibi kemiklerine işlesin lanet!
Ondan əynindəki paltar kimi qarğış çıxardı, Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun!
19 Bir giysi gibi onu örtünsün, Bir kuşak gibi hep onu sarsın!
Qarğışı onu əyninin libası kimi bürüsün, Hər gün belinə kəmər tək dolansın!
20 Düşmanlarıma, beni kötüleyenlere, RAB böyle karşılık versin!
Məni ittiham edənlər, Mənim barəmdə pis sözlər söyləyənlər Rəbbin cəzasına gəlsinlər!
21 Ama sen, ey Egemen RAB, Adın uğruna bana ilgi göster; Kurtar beni, iyiliğin, sevgin uğruna!
Lakin, ey Xudavənd Rəbb, ismin naminə Özün mənə qayğı göstər, O gözəl məhəbbətinə görə məni azad et.
22 Çünkü düşkün ve yoksulum, Yüreğim yaralı içimde.
Çünki mən məzlum və fəqir insanam, Köksümdəki ürəyimdən yaralanmışam.
23 Batan güneş gibi geçip gidiyorum, Çekirge gibi silkilip atılıyorum.
Düşən kölgə kimi itirəm, Vurulub atılan çəyirtkəyə bənzəyirəm.
24 Dizlerim titriyor oruç tutmaktan; Bir deri bir kemiğe döndüm.
Bax oruc tutmaqdan dizlərim əsir, Bir dəri, bir sümük qalmışam.
25 Düşmanlarıma yüzkarası oldum; Beni görünce kafalarını sallıyorlar!
Görənlər mənə lağ edir, Başlarını yelləyir.
26 Yardım et bana, ya RAB Tanrım; Kurtar beni sevgin uğruna!
Ya Rəbb Allahım, Sən mənə kömək et, Məhəbbətinə görə məni qurtar.
27 Bilsinler bu işte senin elin olduğunu, Bunu senin yaptığını, ya RAB!
Bilsinlər ki, bu Sənin əlindədir, Ya Rəbb, Sən bunu edə bilərsən.
28 Varsın lanet etsin onlar, sen kutsa beni, Bana saldıranlar utanacak, Ben kulunsa sevineceğim.
Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver, Qoy onlar əleyhimə qalxarkən utansınlar. Sənin qulunam, qoy sevinim!
29 Rezilliğe bürünsün beni suçlayanlar, Kaftan giyer gibi utançlarıyla örtünsünler!
İttihamçılarım rüsvayçılığa bürünsünlər, Xəcaləti xalat kimi geyinsinlər.
30 RAB'be çok şükredeceğim, Kalabalığın arasında O'na övgüler dizeceğim;
Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək, Xalq içində Ona həmd edəcək.
31 Çünkü O yoksulun sağında durur, Onu yargılayanlardan kurtarmak için.
Çünki O, fəqirin sağ tərəfində dayanar ki, Edam hökmü verənlərin əlindən onu qurtarsın.

< Mezmurlar 109 >