< Mezmurlar 10 >

1 Ya RAB, neden uzak duruyorsun, Sıkıntılı günlerde kendini gizliyorsun?
Ya Rəbb, nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən?
2 Kötüler gururla mazlumları avlıyor, Mazlumlar kötülerin kurduğu tuzağa düşüyor.
Pislər təkəbbürlə məzlumları təqib edir, Öz qurduqları fəndlərə özləri düşür.
3 Kötü insan içindeki isteklerle övünür, Açgözlü insan RAB'be lanet okur, O'nu hor görür.
Pis insan könlünün istəkləri ilə fəxr edir, Acgöz Rəbbə xor baxır, Ona küfr edir.
4 Kendini beğenmiş kötü insan Tanrı'ya yönelmez, Hep, “Tanrı yok!” diye düşünür.
Təkəbbürlü, pis insan Allahı axtarmaz, «Allah yoxdur» deyə düşünər.
5 Kötülerin yolları her zaman başarıya götürür. Öyle yücedir ki senin yargıların, Kötüler anlayamaz, düşmanına burun kıvırır.
Belə insan həmişə uğur qazanar, Bütün düşmənlərinə xor baxar. Sənin hökmlərinsə onun dərrakəsindən çox uzaqdır.
6 İçinden, “Ben sarsılmam” der, “Hiçbir zaman sıkıntıya düşmem.”
Ürəyində deyir: «Sarsılmaram, Heç zaman fəlakətə düşmərəm».
7 Ağzı lanet, hile ve zulüm dolu, Dilinin altında kötülük ve fesat saklı.
Onun ağzı lənətlə, hiylə ilə, hədə ilə doludur, Dilinin altında zülm və şər var.
8 Köylerin çevresinde pusu kurar, Masumu gizli yerlerde öldürür, Çaresizi sinsice gözler.
Kəndlərdə pusqu yerlərini qurar, Günahsızları xəlvətcə öldürər. Biçarəyə göz qoyub gizlicə güdər,
9 Gizli yerlerde pusuya yatar Çalılıktaki aslan gibi, Kapmak için mazlumu bekler Ve ağına düşürüp yakalar.
Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar, Məzlumu tutmaq üçün güdər, Toruna salıb onu tutar.
10 Kurbanları çaresiz çöker, Saldıranın üstün gücü altında ezilir.
Biçarələrin başından basıb qəddini qırar, Onlar bu pis adamın əlindən yıxılar.
11 Kötü insan içinden, “Tanrı unuttu” der, “Örttü yüzünü, asla göremez.”
Pis adam belə düşünər: «Allah məni yaddan çıxarıb, Heç vaxt görməz, çünki mənə göz yumub».
12 Kalk, ya RAB, kaldır elini, ey Tanrı! Mazlumları unutma!
Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır! Unutma məzlumları!
13 Neden kötü insan seni hor görsün, İçinden, “Tanrı hesap sormaz” desin?
Niyə pis insan Allaha küfr etsin? Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin?
14 Oysa sen sıkıntı ve acı çekenleri görürsün, Yardım etmek için onları izlersin; Çaresizler sana dayanır, Öksüzün yardımcısı sensin.
Amma Sən bu əzab-əziyyətə baxırsan, Məzluma kömək əlini uzadırsan. Biçarə özünü Sənə tapşırar, Yetimlərin imdadı Sənsən.
15 Kötünün, haksızın kolunu kır, Sormadık hesap kalmasın yaptığı kötülükten.
Şər iş görənin, pis insanın qol-qanadını qır, Axıracan pisliklərini ifşa et.
16 RAB sonsuza dek kral kalacak, Uluslar O'nun ülkesinden temizlenecek.
Rəbb sonsuzadək, əbədi padşahdır! Onun diyarından millətlər yox olacaq.
17 Mazlumların dileğini duyarsın, ya RAB, Yüreklendirirsin onları, Kulağın hep üzerlerinde;
Ya Rəbb, məzlumların səsini eşidəcəksən, Onları ürəkləndirib diqqət yetirəcəksən.
18 Öksüze, düşküne hakkını vermek için, Bir daha dehşet saçmasın ölümlü insan.
Yetimə, fəqirə ədalət göstərəcəksən; Belə ki torpaqdan yaradılan insan Bir daha təhlükə yaratmasın.

< Mezmurlar 10 >