< Levililer 8 >
1 RAB Musa'ya şöyle dedi:
Rəbb Musaya dedi:
2 “Harun'la oğullarını, kâhin giysilerini, mesh yağını, günah sunusu olarak sunulacak boğayı, iki koçu ve mayasız ekmek sepetini Buluşma Çadırı'nın giriş bölümüne getir. Bütün topluluğu da oraya çağır.”
«Harunla oğullarını, geyimlərini, məsh yağını və günah qurbanı kəsmək üçün bir buğa, iki qoç, bir səbət mayasız çörək götür.
Sonra bütün icmanı Hüzur çadırının girişinə topla».
4 Musa RAB'bin buyruğunu yerine getirdi. Herkes Buluşma Çadırı'nın önünde toplandı.
Musa Rəbbin əmrinə əməl etdi. İcma Hüzur çadırının girişinə yığılanda
5 Musa topluluğa, “Şimdi RAB'bin buyruğunu yerine getireceğim” dedi.
Musa onlara dedi: «Rəbbin əmr etdiyi budur».
6 Harun'la oğullarını öne çıkarıp yıkadı.
Sonra Musa Harunla oğullarını irəli gətirib onları su ilə yuyundurdu.
7 Harun'a mintanı giydirdi, beline kuşağı bağladı, üzerine kaftanı, onun üzerine de efodu giydirdi. Ustaca dokunmuş şeridiyle efodu bağladı.
Harunun əyninə xirqəsini geyindirib belinə qurşağını bağladı, üstündən cübbəsini geyindirdi və üstünə efodu qoydu. Efodun kəmərini belinə bağlayıb efodu özünə bərkitdi.
8 Üzerine göğüslüğü taktı, göğüslüğün içine Urim ile Tummim'i koydu.
Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim və Tummimi yerləşdirdi.
9 Başına sarığı sardı, ön kısmına kutsal tacı, altın levhayı koydu. Musa her şeyi RAB'bin buyurduğu gibi yaptı.
Onun başına çalmanı, çalmanın qabaq hissəsinə qızıl lövhəciyi olan müqəddəslik tacını qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
10 Sonra mesh yağını aldı, Tanrı'nın Konutu'nu ve içindeki her şeyi meshederek kutsal kıldı.
Musa məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh edərək təqdis etdi.
11 Yağı yedi kez sunağın üzerine serpti; sunağı, sunağın bütün aletlerini, kazanı ve ayaklıklarını kutsal kılmak için meshetti.
Sonra məsh yağını qurbangaha yeddi dəfə çiləyib onunla bütün avadanlığını, ləyənlə altlığını da təqdis etmək üçün məsh etdi.
12 Harun'u kutsal kılmak için başına yağ dökerek meshetti.
Musa bir az məsh yağı götürüb Harunun başına tökərək onu təqdis etmək üçün məsh etdi.
13 Harun'un oğullarını öne çıkardı, onlara mintan giydirdi, bellerine kuşak bağladı, başlarına başlık koydu. Musa her şeyi RAB'bin buyurduğu gibi yaptı.
Sonra Musa Harunun oğullarını irəli gətirdi, onlara xirqə geyindirdi, bellərinə qurşaq bağladı və başlarına papaq qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
14 Sonra günah sunusu olarak sunulacak boğayı getirdi. Harun'la oğulları ellerini boğanın başına koydular.
Bundan sonra Musa günah qurbanı üçün nəzərdə tutulmuş buğanı gətirdi. Harunla oğulları həmin buğanın başına əllərini qoydular.
15 Musa boğayı kesti. Sunağı pak kılmak için kanını parmağıyla sunağın boynuzlarına çepeçevre sürdü. Artan kanı sunağın dibine döktü. Böylece sunağı arındırıp kutsal kıldı.
Musa buğanı kəsdi, qanını götürüb barmağı ilə qurbangahın buynuzlarının ətrafına çəkərək qurbangahı pak etdi. Sonra qanın qalan hissəsini qurbangahın altlığına tökdü və murdarlığını kəffarə etmək üçün onu təqdis etdi.
16 Musa hayvanın bağırsak ve işkembe yağlarını, karaciğer perdesini, böbreklerini ve böbrek yağlarını sunağın üzerinde yaktı.
Musa heyvanın içalatının üstündəki bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini götürərək qurbangahda tüstülədib yandırdı.
17 Boğanın geri kalan kısmını da –derisini, etini, gübresini– ordugahın dışında yaktı. Musa her şeyi RAB'bin buyurduğu gibi yaptı.
Buğanı – dərisini, ətini və bağırsaqlarını düşərgənin kənarında yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
18 Sonra yakmalık sunu olarak sunulacak koçu getirdi. Harun'la oğulları ellerini koçun başına koydular.
Musa yandırma qurbanı üçün nəzərdə tutulmuş qoçu gətirdi. Harunla oğulları əllərini qoçun başına qoydular.
19 Musa koçu kesti, kanını sunağın her yanına döktü.
Musa qoçu kəsdi və qanını qurbangahın hər tərəfinə səpdi.
20 Koçu parçalara ayırıp parçaları, başını ve iç yağını yaktı.
Qoçu parça-parça doğradı; Musa qoçun başını, parçalarını və piyini tüstülədib yandırdı.
21 Bağırsaklarını, işkembesini, ayaklarını yıkadı ve koçun tümünü sunağın üzerinde yaktı. Bu bir yakmalık sunu, RAB'bi hoşnut eden koku, yakılan sunuydu. Musa her şeyi RAB'bin buyurduğu gibi yaptı.
Sonra içalatını və budlarını su ilə yudu və bütün qoçu qurbangahda tüstülədib yandırdı. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22 Sonra öteki koçu, atanma sunusu olarak sunulacak koçu getirdi. Harun'la oğulları ellerini koçun başına koydular.
Musa o biri qoçu – təqdis qoçunu gətirdi; Harun və oğulları əllərini qoçun başına qoydular.
23 Musa koçu kesti. Kanını Harun'un sağ kulak memesine, sağ elinin ve sağ ayağının baş parmaklarına sürdü.
Musa onu kəsdi; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəkdi.
24 Sonra Harun'un oğullarını öne çıkardı. Onların da sağ kulak memelerine, sağ ellerinin ve ayaklarının baş parmaklarına kan sürdü. Artan kanı sunağın her yanına döktü.
Bundan sonra Musa Harunun oğullarını gətirib onların sağ qulaq mərcəklərinə, sağ əllərinin baş barmaqlarına və sağ ayaqlarının baş barmaqlarına qan çəkdi. Musa heyvanın qanını qurbangahın hər tərəfinə səpdi.
25 Hayvanın yağını, kuyruk yağını, bağırsak ve işkembe yağlarını, karaciğer perdesini, böbreklerini, böbrek yağlarını ve sağ budunu aldı.
Sonra piyini, quyruğunu, içalatının üstündəki piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini və sağ budunu götürdü.
26 Sonra RAB'bin huzurunda bulunan mayasız ekmek sepetinden bir ekmek, yağlı pide ve yufka alıp hayvanın yağlarının ve sağ budunun üzerine koydu.
Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir mayasız kökə, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götürüb piylə sağ budun üstünə qoydu.
27 Hepsini Harun'la oğullarının eline verdi. Bunları RAB'bin huzurunda sallamalık sunu olarak salladı.
O bunların hamısını Rəbbin hüzurunda yellətmə təqdimi üçün Harunun və oğullarının əllərinə verdi.
28 Sonra ellerinden alıp sunakta yakmalık sununun üzerinde yaktı. Bunlar atanma sunusu, RAB'bi hoşnut eden koku ve RAB için yakılan sunuydu.
Sonra Musa həmin şeyləri onların əllərindən alıb qurbangahda yandırma qurbanı ilə birlikdə tüstülədib yandırdı. Bu, təqdis qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
29 Bundan sonra Musa döşü aldı ve sallamalık sunu olarak RAB'bin huzurunda salladı. Atanma sunusu olarak sunulan koçtan Musa'nın payına düşen buydu. Musa her şeyi RAB'bin buyurduğu gibi yaptı.
Musa döş ətini götürdü və onu Rəbbin hüzurunda yellədərək təqdim etdi. Bu, təqdis qurbanı olan qoçdan Musanın payı idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
30 Musa mesh yağını ve sunağın üzerindeki kanı alıp Harun'la oğullarının ve giysilerinin üzerine serpti. Böylece Harun'u, oğullarını ve giysilerini kutsal kılmış oldu.
Musa məsh yağını və qurbangahdakı qanı götürüb Haruna, onun geyimlərinə, oğullarına və geyimlərinə çilədi. Beləliklə, Harunu və onun geyimlərini, oğullarını və onların geyimlərini təqdis etdi.
31 Sonra Harun'la oğullarına, “Eti Buluşma Çadırı'nın giriş bölümünde haşlayın” dedi, “‘Eti Harun'la oğulları yiyecek’ diye buyurmuştum. Atanma sunularının bulunduğu sepetteki ekmekle birlikte onu orada yiyin.
Sonra Musa Harunla oğullarına dedi: «Əti Hüzur çadırının girişində qaynadın və “Harunla oğulları onu yesin” deyib əmr etdiyimə görə onu orada təqdis təqdimi üçün səbətdəki çörəklə yeyin.
32 Etten ve ekmekten artanı yakın.
Çörəyin və ətin qalan hissələrini yandırın.
33 Atanma günleriniz doluncaya kadar, yedi gün boyunca Buluşma Çadırı'nın giriş bölümünden ayrılmayın. Çünkü atanmanız yedi gün sürecek.
Təqdis günləri başa çatana qədər yeddi gün Hüzur çadırının girişindən kənara çıxmayın; çünki vəzifəyə keçmə vaxtınız yeddi gün davam edəcək.
34 Bugün yapılan her şeyi günahlarınızı bağışlatmak için RAB buyurdu.
Bu gün edilən hər şeyi Rəbb kəffarəniz üçün əmr etdi.
35 Yedi gün boyunca gece gündüz Buluşma Çadırı'nın giriş bölümünde bekleyecek, RAB'bin buyruğunu yerine getireceksiniz. Öyle ki, ölmeyesiniz. Bana böyle buyruk verildi.”
Yeddi gün ərzində gecə-gündüz Hüzur çadırının girişində qalın və Rəbbin buyruğuna riayət edin ki, ölməyəsiniz. Mənə belə əmr verilib».
36 Böylece Harun'la oğulları RAB'bin Musa aracılığıyla verdiği bütün buyrukları yerine getirdiler.
Harunla oğulları Rəbbin Musa vasitəsilə əmr etdiyi hər şeyə əməl etdilər.