< Eyüp 9 >
2 “Biliyorum, gerçekten öyledir, Ama Tanrı'nın önünde insan nasıl haklı çıkabilir?
«Belə olduğunu, həqiqətən, bilirəm. Amma Allah qarşısında insan necə haqlı çıxa bilər?
3 Biri O'nunla tartışmak istese, Binde bir bile O'na yanıt veremez.
Əgər Onunla kimsə mübahisə etmək istəsə, Onun min sualına bir cavab tapa bilməz.
4 O'nun bilgisi derin, gücü eşsizdir, Kim O'na direndi de ayakta kaldı?
Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb?
5 O dağları yerinden oynatır da, Dağlar farkına varmaz, Öfkeyle altüst eder onları.
Allah dağları yerindən oynadar, Dağlar heç bilməz. Qəzəbi ilə onları alt-üst edər.
6 Dünyayı yerinden oynatır, Direklerini titretir.
Dünyanı yerindən oynadar, Dirəklərini lərzəyə salar.
7 Güneşe buyruk verir, doğmaz güneş, Yıldızları mühürler.
Əmr etsə, günəş doğmaz, Ulduzların işığını örtüb möhürlər.
8 O'dur tek başına gökleri geren, Denizin dalgaları üzerinde yürüyen.
Odur təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən.
9 Büyük Ayı'yı, Oryon'u, Ülker'i, Güney takımyıldızlarını yaratan O'dur.
Odur Böyük Ayı, Orion, Ülkər bürclərini, Cənub bürclərini yaradan.
10 Anlayamadığımız büyük işler, Sayısız şaşılası işler yapan O'dur.
Odur dərk etmədiyimizdən də böyük işlər görən, Saysız xariqələr göstərən.
11 İşte, yanımdan geçer, O'nu göremem, Geçip gider, farkına bile varmam.
Bax yanımdan elə keçər ki, Onu görə bilmərəm, Elə keçib gedər ki, heç hiss etmərəm.
12 Evet, O avını kaparsa, kim O'nu durdurabilir? Kim O'na, ‘Ne yapıyorsun’ diyebilir?
Nə isə tutub apararsa, kim Ona mane ola bilər? Kim Ona “Nə edirsən?” deyə bilər?
13 Tanrı öfkesini dizginlemez, Rahav'ın yardımcıları bile O'nun ayağına kapanır.
Allah qəzəbini geri döndərməz, Rahavın köməkçiləri belə, ayağı altda qalar.
14 “Nerde kaldı ki, ben O'na yanıt vereyim, O'nunla tartışmak için söz bulayım?
Belə isə Ona necə cavab verə bilərəm? Hüzurunda necə söz tapa bilərəm?
15 Haklı olsam da O'na yanıt veremez, Merhamet etmesi için yargıcıma yalvarırdım ancak.
Günahsız olsam belə, Ona cavab verə bilmərəm, Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam.
16 O'nu çağırsam, O da bana yanıt verseydi, Yine de inanmazdım sesime kulak verdiğine.
Onu çağıranda O mənə cavab versə belə, Yenə inanmıram ki, O, səsimi eşidir.
17 O beni kasırgayla eziyor, Nedensiz yaralarımı çoğaltıyor.
Çünki tufanla məni əzir, Nahaq yerə yaralarımı çoxaldır,
18 Soluk almama izin vermiyor, Ancak beni acıya doyuruyor.
Məni nəfəs almağa qoymur, Məni acılarla cana doydurur,
19 Sorun güç sorunuysa, O güçlüdür! Adalet sorunuysa, kim O'nu mahkemeye çağırabilir?
İş qüvvədədirsə, O qüvvəlidir, İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər?
20 Suçsuz olsam ağzım beni suçlar, Kusursuz olsam beni suçlu çıkarır.
Mən günahsız olsam belə, dilim məni ittiham edər, Kamil olsam belə, məni təqsirkar çıxarar.
21 “Kusursuz olsam da kendime aldırdığım yok, Yaşamımı hor görüyorum.
Kamil olsam da, bir şey deyiləm, Öz həyatıma xor baxıram.
22 Hepsi bir, bu yüzden diyorum ki, ‘O suçluyu da suçsuzu da yok ediyor.’
Hamısı birdir, ona görə deyirəm: “O həm kamili, həm də günahkarı yox edir”.
23 Kırbaç ansızın ölüm saçınca, O suçsuzların sıkıntısıyla eğlenir.
Əgər qəfil ölüm gəlsə, Günahsızların əzabına gülür.
24 Dünya kötülerin eline verilmiş, Yargıçların gözünü kapayan O'dur. O değilse, kimdir?
Dünya pislərə təslim edilib, Dünya hakimlərinin gözünü bağlayan Odur. O deyilsə, bəs kimdir?
25 “Günlerim koşucudan çabuk, İyilik görmeden geçmekte.
Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar.
26 Kamış sandal gibi kayıp gidiyor, Avının üstüne süzülen kartal gibi.
Qamış qayıq kimi keçib gedirlər Ovunun üstünə şığıyan qartal kimidirlər.
27 ‘Acılarımı unutayım, Üzgün çehremi değiştirip gülümseyeyim’ desem,
Bu şikayətimi unutmaq istəsəm, Sifətimin ifadəsini dəyişib ürəyimin açılmasını istəsəm,
28 Bütün dertlerimden yılarım, Çünkü beni suçsuz saymayacağını biliyorum.
Bu əziyyətdən yenə vahimələnərəm, Məni günahsız saymayacağını bilərəm.
29 Madem suçlanacağım, Neden boş yere uğraşayım?
Madam ki yenə günahkar çıxacağam, Boş yerə niyə belə zəhmət çəkim?
30 Sabun otuyla yıkansam, Ellerimi kül suyuyla temizlesem,
Əgər qar suyu ilə yuyunsam, Əllərimi gilabı ilə yusam,
31 Beni yine pisliğe batırırsın, Giysilerim bile benden tiksinir.
Yenə də məni çirkaba batırarsan, Paltarlarım belə, məndən iyrənir.
32 O benim gibi bir insan değil ki, O'na yanıt vereyim, Birlikte mahkemeye gideyim.
O mənim kimi insan olmadığına görə Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm.
33 Keşke aramızda bir hakem olsa da, Elini ikimizin üstüne koysa!
Kaş aramızda bir hakim olaydı, Əlini ikimizin də üzərinə qoyaydı.
34 Tanrı sopasını üzerimden kaldırsın, Dehşeti beni yıldırmasın.
Allah Öz dəyənəyini üstümdən götürəydi, Dəhşəti ilə məni vahimələndirməyəydi.
35 O zaman konuşur, O'ndan korkmazdım, Ama bu durumda bir şey yapamam.
O zaman Ondan qorxmadan danışardım, Amma bu vəziyyətdə heç nə edə bilmirəm.