< Yaratiliş 28 >

1 İshak Yakup'u çağırdı, onu kutsayarak, “Kenanlı kızlarla evlenme” diye buyurdu,
İshaq Yaqubu çağırıb ona xeyir-dua verdi və xəbərdarlıq edərək dedi: «Kənan qızlarından arvad alma.
2 “Hemen Paddan-Aram'a, annenin babası Betuel'in evine git. Orada dayın Lavan'ın kızlarından biriyle evlen.
Qalxıb Paddan-Arama, ana baban Betuelin evinə get. Oradan dayın Lavanın qızlarından özünə arvad al.
3 Her Şeye Gücü Yeten Tanrı seni kutsasın, verimli kılsın, soyunu çoğaltsın; soyundan halklar türesin.
Külli-İxtiyar Allah sənə xeyir-dua versin, səni bəhərli edib nəslini çoxaltsın, səndən çoxlu xalq törəsin;
4 İbrahim'i kutsadığı gibi seni ve soyunu da kutsasın. Öyle ki, Tanrı'nın İbrahim'e verdiği topraklara –üzerinde yabancı olarak yaşadığın bu topraklara– sahip olasın.”
İbrahimin xeyir-duasını sənə və səninlə birgə nəslinə versin ki, Allahın İbrahimə verdiyi torpağı – qərib kimi yaşadığın torpağı irs olaraq alasan».
5 İshak Yakup'u böyle uğurladı. Yakup Paddan-Aram'a, kendisinin ve Esav'ın annesi Rebeka'nın kardeşi Aramlı Betuel oğlu Lavan'ın yanına gitmek üzere yola çıktı.
İshaq Yaqubu yola saldı. O, Paddan-Arama, Yaqubla Esavın anası Rivqanın qardaşı Aramlı Betuel oğlu Lavanın yanına getdi.
6 Esav İshak'ın Yakup'u kutsadığını, evlenmek üzere Paddan-Aram'a gönderdiğini öğrendi. Ayrıca Yakup'u kutsarken, babasının, “Kenanlı kızlarla evlenme” diye buyurduğunu, Yakup'un da annesiyle babasını dinleyip Paddan-Aram'a gittiğini öğrendi.
Esav gördü ki, İshaq Yaquba xeyir-dua verdi və özünə arvad almaq üçün onu Paddan-Arama göndərdi; həm də ona xeyir-dua verən zaman «Kənan qızlarından arvad alma» deyib xəbərdarlıq etdi.
7
Yaqub da ata-anasına qulaq asıb Paddan-Arama getdi.
8 Böylece babasının Kenanlı kızlardan hoşlanmadığını anladı.
Esav gördü ki, Kənan qızları atası İshaqın xoşuna gəlmir.
9 İsmail'in yanına gitti. İbrahim oğlu İsmail'in kızı, Nevayot'un kızkardeşi Mahalat'la evlenerek onu karılarının üzerine getirdi.
Esav İsmailin yanına getdi. O, İbrahim oğlu İsmailin qızı Maxalatı arvadlarının üstünə arvad aldı. Maxalat Nevayotun bacısı idi.
10 Yakup Beer-Şeva'dan ayrılarak Harran'a doğru yola çıktı.
Yaqub Beer-Şevadan çıxıb Xarana tərəf getdi.
11 Bir yere varıp orada geceledi, çünkü güneş batmıştı. Oradaki taşlardan birini alıp başının altına koyarak yattı.
Bir yerə çatıb orada gecələdi, çünki günəş batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı.
12 Düşte yeryüzüne bir merdiven dikildiğini, başının göklere eriştiğini gördü. Tanrı'nın melekleri merdivenden çıkıp iniyorlardı.
O, yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri onunla çıxıb-düşürdülər.
13 RAB yanıbaşında durup, “Atan İbrahim'in, İshak'ın Tanrısı RAB benim” dedi, “Üzerinde yattığın toprakları sana ve soyuna vereceğim.
Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm.
14 Yeryüzünün tozu kadar sayısız bir soya sahip olacaksın. Doğuya, batıya, kuzeye, güneye doğru yayılacaksınız. Yeryüzündeki bütün halklar sen ve soyun aracılığıyla kutsanacak.
Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq.
15 Seninle birlikteyim. Gideceğin her yerde seni koruyacak ve bu topraklara geri getireceğim. Verdiğim sözü yerine getirinceye kadar senden ayrılmayacağım.”
Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam və bu torpağa qaytaracağam. Dediyimi edənə qədər səni tərk etməyəcəyəm».
16 Yakup uyanınca, “RAB burada, ama ben farkına varamadım” diye düşündü.
Yaqub yuxusundan oyanıb dedi: «Doğrudan da, Rəbb buradadır. Mən isə bunu bilmirdim».
17 Korktu ve, “Ne korkunç bir yer!” dedi, “Bu, Tanrı'nın evinden başka bir yer olamaz. Burası göklerin kapısı.”
Sonra qorxub dedi: «Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göylərin qapısıdır».
18 Ertesi sabah erkenden kalkıp başının altına koyduğu taşı anıt olarak dikti, üzerine zeytinyağı döktü.
Yaqub səhər tezdən qalxdı. O, başının altına qoyduğu daşı götürüb sütun kimi qoydu və üstünə zeytun yağı tökdü.
19 Oraya Beytel adını verdi. Kentin önceki adı Luz'du.
O yerin adını Bet-El qoydu, ancaq əvvəlcə şəhərin adı Luz idi.
20 Sonra bir adak adayarak şöyle dedi: “Tanrı benimle olur, gittiğim yolda beni korur, bana yiyecek, giyecek sağlarsa,
Yaqub əhd edib dedi: «Əgər Allah mənimlə olsa, getdiyim bu yolda məni qorusa, mənə yemək üçün çörək və geymək üçün paltar versə,
21 babamın evine esenlik içinde dönersem, RAB benim Tanrım olacak.
sağ-salamat atamın evinə dönsəm, o zaman Rəbb mənə Allah olacaq.
22 Anıt olarak diktiğim bu taş Tanrı'nın evi olacak. Bana vereceğin her şeyin ondalığını sana vereceğim.”
Sütun kimi qoyduğum bu daş da Allahın evi olacaq. Ay Allah, mənə verəcəyin hər şeyin onda birini Sənə verəcəyəm».

< Yaratiliş 28 >