< Yaratiliş 2 >

1 Gök ve yer bütün öğeleriyle tamamlandı.
Göylər və yer, oradakı hər şey beləcə tamamlandı.
2 Yedinci güne gelindiğinde Tanrı yapmakta olduğu işi bitirdi. Yaptığı işten o gün dinlendi.
Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi.
3 Yedinci günü kutsadı. Onu kutsal bir gün olarak belirledi. Çünkü Tanrı o gün yaptığı, yarattığı bütün işi bitirip dinlendi.
Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.
4 Göğün ve yerin yaratılış öyküsü: RAB Tanrı göğü ve yeri yarattığında,
Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda
5 yeryüzünde yabanıl bir fidan, bir ot bile bitmemişti. Çünkü RAB Tanrı henüz yeryüzüne yağmur göndermemişti. Toprağı işleyecek insan da yoktu.
yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı.
6 Yerden yükselen buhar bütün toprakları suluyordu.
Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı.
7 RAB Tanrı Adem'i topraktan yarattı ve burnuna yaşam soluğunu üfledi. Böylece Adem yaşayan varlık oldu.
Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.
8 RAB Tanrı doğuda, Aden'de bir bahçe dikti. Yarattığı Adem'i oraya koydu.
Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi.
9 Bahçede iyi meyve veren türlü türlü güzel ağaç yetiştirdi. Bahçenin ortasında yaşam ağacıyla iyiyle kötüyü bilme ağacı vardı.
Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.
10 Aden'den bir ırmak doğuyor, bahçeyi sulayıp orada dört kola ayrılıyordu.
Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü.
11 İlk ırmağın adı Pişon'dur. Altın kaynakları olan Havila sınırları boyunca akar.
Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır.
12 Orada iyi altın, reçine ve oniks bulunur.
Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var.
13 İkinci ırmağın adı Gihon'dur, Kûş sınırları boyunca akar.
İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır.
14 Üçüncü ırmağın adı Dicle'dir, Asur'un doğusundan akar. Dördüncü ırmak ise Fırat'tır.
Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır.
15 RAB Tanrı Aden bahçesine bakması, onu işlemesi için Adem'i oraya koydu.
Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın.
16 Ona, “Bahçede istediğin ağacın meyvesini yiyebilirsin” diye buyurdu,
Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən.
17 “Ama iyiyle kötüyü bilme ağacından yeme. Çünkü ondan yediğin gün kesinlikle ölürsün.”
Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».
18 Sonra, “Adem'in yalnız kalması iyi değil” dedi, “Ona uygun bir yardımcı yaratacağım.”
Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam».
19 RAB Tanrı yerdeki hayvanların, gökteki kuşların tümünü topraktan yaratmıştı. Onlara ne ad vereceğini görmek için hepsini Adem'e getirdi. Adem her birine ne ad verdiyse, o canlı o adla anıldı.
Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı.
20 Adem bütün evcil ve yabanıl hayvanlara, gökte uçan kuşlara ad koydu. Ama kendisi için uygun bir yardımcı bulunmadı.
İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı.
21 RAB Tanrı Adem'e derin bir uyku verdi. Adem uyurken, RAB Tanrı onun kaburga kemiklerinden birini alıp yerini etle kapadı.
O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü.
22 Adem'den aldığı kaburga kemiğinden bir kadın yaratarak onu Adem'e getirdi.
Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.
23 Adem, “İşte, bu benim kemiklerimden alınmış kemik, Etimden alınmış ettir” dedi, “Ona ‘Kadın’ denilecek, Çünkü o adamdan alındı.”
İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən götürülüb».
24 Bu nedenle adam annesini babasını bırakıp karısına bağlanacak, ikisi tek beden olacak.
Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq.
25 Adem de karısı da çıplaktılar, henüz utanç nedir bilmiyorlardı.
Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.

< Yaratiliş 2 >