< Hezekiel 8 >
1 Sürgünlüğün altıncı yılı, altıncı ayın beşinci günü evde Yahuda'nın ileri gelenleriyle otururken Egemen RAB'bin eli bana dokundu.
Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi.
2 Baktım, insana benzer birini gördüm: Görünüşü, belinden aşağısı ateşi andırıyor, belinden yukarısı maden gibi ışıldıyordu.
Mən baxıb insana oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı isə metal kimi parıldayırdı.
3 Eli andıran bir şey uzatıp beni saçlarımdan tuttu. Ruh beni yerle gök arasına kaldırdı ve Tanrı'dan gelen görümlerde Yeruşalim'e, iç avlunun kuzeye bakan kapısının giriş bölümüne götürdü. Tanrı'nın kıskançlığını uyandıran kıskançlık putu orada dikiliydi.
O, ələ bənzər bir şey uzatdı və məni saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın görüntülərində Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə gətirdi. Orada Allahda qısqanclıq oyadan qısqanclıq bütü qurulmuşdu.
4 Ovada gördüğüm görümdeki gibi, İsrail'in Tanrısı'nın görkemi oradaydı.
Düzənlikdə gördüyümə bənzər İsrail Allahının izzəti də orada idi.
5 Sonra bana, “Ey insanoğlu, kuzeye bak!” dedi. Baktım, sunak kapısının kuzeye bakan giriş bölümünde duran kıskançlık putunu gördüm.
O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah qapısının şimalında – giriş yerindədir.
6 Bana, “İnsanoğlu, ne yaptıklarını görüyor musun?” dedi, “Tapınağımdan uzaklaşayım diye İsrail halkı çok iğrenç şeyler yapıyor. Bundan daha iğrenç şeyler göreceksin.”
O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən».
7 Beni avlunun giriş bölümüne getirdi. Baktım, duvarda bir delik gördüm.
O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda bir dəlik var.
8 Bana, “Haydi duvarı del, insanoğlu” dedi. Duvarı deldim, orada bir kapı gördüm.
O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən divarı dəlib gördüm ki, bir qapı var.
9 Bana, “İçeri gir de burada yaptıkları kötü ve iğrenç şeyleri gör” dedi.
O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör».
10 Böylece içeriye girip baktım. Duvarın her yanına çeşit çeşit sürüngen, iğrenç hayvan şekilleri ve İsrail halkının bütün putları oyulmuştu.
Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, mənfur heyvanların surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri hər tərəfdən divara çəkilib.
11 İsrail ileri gelenlerinden yetmiş kişiyle Şafan oğlu Yaazanya orada, putların önünde duruyordu. Her birinin elinde bir buhurdan vardı; buhurun kokusu bulut gibi yükseliyordu.
İsrail nəslinin ağsaqqallarından yetmiş nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya da onların arasında dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud kimi göyə qalxırdı.
12 “İnsanoğlu, İsrail halkının ileri gelenlerinin kendi putlarının odalarında, karanlıkta neler yaptıklarını gördün mü?” dedi, “Onlar, ‘RAB bizi görmüyor, RAB ülkeyi bıraktı’ diyorlar.”
O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir».
13 Bana yine, “Daha iğrenç şeyler yaptıklarını da göreceksin” dedi.
O yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən».
14 Bundan sonra beni RAB'bin Tapınağı'nın kuzeye bakan kapısının giriş bölümüne götürdü. Orada oturup Tammuz için ağlayan kadınları gördüm.
O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub.
15 Bana, “İnsanoğlu, bunu gördün mü? Bundan daha iğrenç şeyler de göreceksin” dedi.
O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc şeylər görəcəksən».
16 Beni RAB'bin Tapınağı'nın iç avlusuna götürdü. Tapınağın girişinde, eyvanla sunak arasında yirmi beş kadar adam vardı. Sırtlarını RAB'bin Tapınağı'na, yüzlerini doğuya dönmüş, güneşe tapınıyorlardı.
O məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin məbədinin giriş yerində eyvanla qurbangah arasında arxaları Rəbbin məbədinə, üzləri isə şərqə çevrilmiş təxminən iyirmi beş kişi var. Onlar şərqə üz tutaraq günəşə sitayiş edirdi.
17 Bana, “İnsanoğlu, bunları gördün mü?” dedi, “Yahuda halkı burada yaptığı iğrenç şeyler yetmiyormuş gibi, ülkeyi zorbalıkla doldurup beni sürekli öfkelendiriyor. Bak, dalı nasıl burunlarına uzatıyorlar!
O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az idi ki, üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da qəzəbləndirirlər? Bax indi onlar budağı burnuma soxaraq Məni təhqir edir.
18 Bundan ötürü onlara öfkeyle davranacak, acımayacağım, onları esirgemeyeceğim. Yüksek sesle beni çağırsalar bile onları dinlemeyeceğim.”
Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam».