< Lukas 11 >
1 När han en gång uppehöll sig på ett ställe för att bedja och hade slutat sin bön, sade en av hans lärjungar till honom: »Herre, lär oss att bedja, såsom ock Johannes lärde sina lärjungar.»
İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət».
2 Då sade han till dem: »När I bedjen, skolen I säga så: 'Fader, helgat varde ditt namn; tillkomme ditt rike;
İsa onlara dedi: «Dua edəndə belə deyin: Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin. Göydə olduğu kimi yerdə də Sənin iradən olsun.
3 vårt dagliga bröd giv oss var dag;
Gündəlik çörəyimizi bizə hər gün ver.
4 och förlåt oss våra synder, ty också vi förlåta var och en som är oss något skyldig; och inled oss icke i frestelse.'»
Bizə borclu olan hər adamı bağışladığımıza görə Bizim günahlarımızı da bağışla. Bizi sınağa çəkmə».
5 Ytterligare sade han till dem: »Om någon av eder har en vän och mitt i natten kommer till denne och säger till honom: 'Käre vän, låna mig tre bröd;
Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver,
6 ty en av mina vänner har kommit resande till mig, och jag har intet att sätta fram åt honom'
çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”.
7 så svarar kanske den andre inifrån huset och säger: 'Gör mig icke omak; dörren är redan stängd, och både jag och mina barn hava gått till sängs; jag kan icke stå upp och göra dig något.'
Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”.
8 Men jag säger eder: Om han än icke, av det skälet att han är hans vän, vill stå upp och giva honom något, så kommer han likväl, därför att den andre är så påträngande, att stå upp och giva honom så mycket han behöver.
Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.
9 Likaså säger jag till eder: Bedjen, och eder skall varda givet; söken, och I skolen finna; klappen, och för eder skall varda upplåtet.
Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq.
10 Ty var och en som beder, han får; och den som söker, han finner; och för den som klappar skall varda upplåtet.
Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
11 Finnes bland eder någon fader, som när hans son beder honom om en fisk, i stallet för en fisk räcker honom en orm,
Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər?
12 eller som räcker honom en skorpion, när han beder om ett ägg?
Yaxud yumurta diləsə, ona əqrəb verər?
13 Om nu I, som ären onda, förstån att giva edra barn goda gåvor, huru mycket mer skall icke då den himmelske Fadern giva helig ande åt dem som bedja honom!»
Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»
14 Och han drev ut en ond ande som var dövstum. Och när den onde anden hade blivit utdriven, talade den dövstumme; och folket förundrade sig.
İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı və camaat heyrətləndi.
15 Men några av dem sade: »Det är med Beelsebul, de onda andarnas furste, som han driver ut de onda andarna.»
Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur».
16 Och några andra ville sätta honom på prov och begärde av honom ett tecken från himmelen.
Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.
17 Men han förstod deras tankar och sade till dem: »Vart rike som har kommit i strid med sig självt bliver förött, så att hus faller på hus.
Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar.
18 Om nu Satan har kommit i strid med sig själv, huru kan då hans rike hava bestånd? I sägen ju att det är med Beelsebul som jag driver ut de onda andarna.
Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram.
19 Men om det är med Beelsebul som jag driver ut de onda andarna, med vem driva då edra egna anhängare ut dem? De skola alltså vara edra domare.
Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq.
20 Om det åter är med Guds finger som jag driver ut de onda andarna, så har ju Guds rike kommit till eder. --
Lakin Mən cinləri Allahın qüdrəti ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib.
21 När en stark man, fullt väpnad, bevakar sin gård, då äro hans ägodelar fredade.
Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır.
22 Men om någon som är starkare än han angriper honom och övervinner honom, så tager denne ifrån honom alla vapnen, som han förtröstade på, och skiftar ut bytet efter honom.
Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər.
23 Den som icke är med mig, han är emot mig, och den som icke församlar med mig, han förskingrar.
Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.
24 När en oren ande har farit ut ur en människa, vandrar han omkring i ökentrakter och söker efter ro. Men då han icke finner någon, säger han: 'Jag vill vända tillbaka till mitt hus, som jag gick ut ifrån.'
Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: “Çıxdığım evə dönüm”.
25 Och när han kommer dit och finner det fejat och prytt,
Evə qayıdanda onu süpürülmüş və səliqə-sahman içində görər.
26 då går han åstad och tager med sig sju andra andar, som äro värre än han själv, och de gå ditin och bo där; och så bliver för den människan det sista värre än det första.»
Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar».
27 När han sade detta, hov en kvinna in folkhopen upp sin röst och ropade till honom: »Saligt är det moderssköte som har burit dig, och de bröst som du har diat.»
İsa bunu deyərkən bir qadın camaatın arasından uca səslə Ona dedi: «Səni bətnində daşıyan və Səni əmizdirən nə bəxtiyardır!»
28 Men han svarade: »Ja, saliga är de som höra Guds ord och gömma det.»
Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»
29 Men när folket strömmade till tog han till orda och sade: »Detta släkte är ett ont släkte Det begär ett tecken, men intet annat tecken skall givas det än Jonas' tecken.
Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək.
30 Ty såsom Jonas blev ett tecken för nineviterna, så skall ock Människosonen vara ett tecken för detta släkte.
Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq.
31 Drottningen av Söderlandet skall vid domen träda fram tillsammans med detta släktes män och bliva dem till dom. Ty hon kom från jordens ända för att höra Salomos visdom; och se, har är vad som är mer än Salomo.
Cənub mələkəsi qiyamət günündə bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.
32 Ninevitiska män skola vid domen träda fram tillsammans med detta släkte och bliva det till dom. Ty de gjorde bättring vid Jonas' predikan; och se, här är vad som är mer än Jonas.
Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.
33 Ingen tänder ett ljus och sätter det på en undangömd plats eller under skäppan, utan man sätter det på ljusstaken, för att de som komma in skola se skenet.
Heç kim çırağı yandırıb onu gizli yerə yaxud da qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər.
34 Ditt öga är kroppens lykta. När ditt öga är friskt, då har ock hela din kropp ljus; men när det är fördärvat, då är ock din kropp höljd i mörker.
Bədəninin çırağı gözündür. Gözün sağlam olanda bütün bədənin də nurlu olur. Gözün zəif görəndə isə bütün bədənin də qaranlıq olur.
35 Se därför till, att ljuset som du har i dig icke är mörker.
Beləliklə, diqqət et ki, səndəki “nur” qaranlıq olmasın.
36 Om så hela din kropp får ljus och icke har någon del höljd i mörker, då har den ljus i sin helhet, såsom när en lykta lyser dig med sitt klara sken.»
Əgər sənin bütün bədənin nurlu olub heç bir yerdə qaranlıq qalmırsa, çıraq sənə öz nuru ilə işıq saçdığı kimi bədənin də tamamilə nurlu olacaq».
37 Under det att han så talade, inbjöd en farisé honom till måltid hos sig; och han gick ditin och tog plats vid bordet.
İsa bunları deyib qurtaranda fariseylərdən biri Onu evinə yeməyə dəvət etdi. O da içəri girib süfrəyə oturdu.
38 Men när fariséen såg att han icke tvådde sig före måltiden, förundrade han sig.
İsanın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi.
39 Då sade Herren till honom: »I fariséer, I gören nu det yttre av bägaren och fatet rent, medan edert inre är fullt av rofferi och ondska.
Lakin Rəbb ona dedi: «İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub.
40 I dårar, har icke han som har gjort det yttre också gjort det inre?
Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi?
41 Given fastmer såsom allmosa vad inuti kärlet är; först då bliver allt hos eder rent.
Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar.
42 Men ve eder, I fariséer, som given tionde av mynta och ruta och alla slags kryddväxter, men icke akten på rätten och på kärleken till Gud! Det ena borden I göra, men icke underlåta det andra.
Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.
43 Ve eder, I fariséer, som gärna viljen sitta främst i synagogorna och gärna viljen bliva hälsade på torgen!
Vay halınıza, ey fariseylər! Sinaqoqlarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz.
44 Ve eder, I som ären lika gravar som ingen kan märka, och över vilka människorna gå fram utan att veta det!»
Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız».
45 Då tog en av de lagkloke till orda och sade till honom: »Mästare, när du så talar, skymfar du också oss.»
Qanunşünaslardan biri İsaya cavab verdi: «Müəllim, sən bunları deməklə bizi də təhqir edirsən».
46 Han svarade: »Ja, ve ock eder, I lagkloke, som på människorna läggen bördor, svåra att bära, men själva icke viljen med ett enda finger röra vid de bördorna!
İsa da belə dedi: «Elə sizin də vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz.
47 Ve eder, I som byggen upp profeternas gravar, deras som edra fäder dräpte!
Vay halınıza! Çünki peyğəmbərlərə məqbərələr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülər!
48 Så bären I då vittnesbörd om edra fäders gärningar och gillen dem; ty om de dräpte profeterna, så byggen I upp deras gravar.
Beləliklə, siz ata-babalarınızın etdiklərinə şahidlik edib bəyənirsiniz. Çünki onlar peyğəmbərləri öldürüb, sizsə onlara məqbərələr tikirsiniz.
49 Därför har ock Guds vishet sagt: 'Jag skall sända till dem profeter och apostlar, och somliga av dem skola de dräpa, och andra skola de förfölja.
Buna görə də Allahın hikməti belə demişdi: “Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər”.
50 Och så skall av detta släkte utkrävas alla profeters blod, allt det som är utgjutet från världens begynnelse,
Beləcə bu nəsil dünya yaranandan bəri Habilin qanından tutmuş qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, Mən sizə deyirəm: onun üçün bu nəsil məsuliyyət daşıyacaq.
51 ända ifrån Abels blod intill Sakarias' blod, hans som förgjordes mellan altaret och templet.' Ja, jag säger eder: Det skall utkrävas av detta släkte.
52 Ve eder, I lagkloke, som haven tagit bort nyckeln till kunskapen! Själva haven I icke kommit ditin och för dem som ville komma dit haven I lagt hinder.»
Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz».
53 När han inför allt folket sade detta till dem, blevo fariséerna och de lagkloke mycket förbittrade och gåvo sig i strid med honom om många stycken;
İsa oradan çıxanda ilahiyyatçılarla fariseylər ona çox təzyiq göstərərək bir çox məsələlər barədə Onu sorğu-suala tutmağa başladılar.
54 de sökte nämligen efter tillfälle att kunna anklaga honom.
Onlar fürsət axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlə Onu tələyə salsınlar.