< 4 Mosebok 25 >

1 Och Israel bodde i Sittim, och folket begynte bola med de Moabiters döttrar,
İsrail xalqı Şittimdə yaşayarkən kişiləri Moav qızları ilə zina etməyə başladı.
2 Hvilka bödo folket till deras gudars offer.
Bu qadınlar allahlarına qurban kəsəndə İsrail xalqını da dəvət edirdilər. İsrail xalqı qurban ətindən yedi və onların allahlarına səcdə etdi.
3 Och folket åt, och tillbad deras gudar, och Israel höll sig intill BaalPeor; då förgrymmade sig Herrans vrede öfver Israel.
İsrail övladları Peordakı Baal bütünə səcdə edənlərə qoşuldular və Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı.
4 Och Herren sade till Mose: Tag alla öfverstarna för folket, och häng dem upp Herranom i solene, på det den grymme Herrans vrede måtte varda vänd ifrån Israel.
Rəbb Musaya dedi: «Xalqın bütün başçılarını götürüb gündüz Rəbbin önündə dar ağacından asdır. Beləliklə, qoy Rəbbin qızğın qəzəbi İsraildən dönsün».
5 Och Mose sade till de domare i Israel: Hvar och en dräpe sina män, som sig till BaalPeor hållit hafva.
Buna görə Musa İsrailin hakimlərinə dedi: «Hər biriniz öz adamlarınız arasında Peordakı Baala səcdə edənlərə qoşulanları öldürün».
6 Och si, en man utaf Israels barn kom, och hade in ibland sina bröder ena Midianitiska qvinno; och lät Mose se det, och hela menighetena af Israels barn, som greto inför dörrena af vittnesbördsens tabernakel.
Bu an İsrail övladlarından olan bir nəfər gəldi, Musanın və Hüzur çadırının girişində ağlaşan bütün İsrail övladlarının icmasının gözü önündə qohumlarına Midyanlı bir qadın gətirdi.
7 Då Pinehas det såg, Eleazars son, Prestens Aarons sons, stod han upp utu menighetene, och tog en knif i sina hand;
Kahin Harun oğlu Eleazar oğlu Pinxas bunu görən kimi icmanın arasından qalxdı və əlinə bir nizə götürdü.
8 Och gick efter den Israelitiska mannen in uti horohuset, och stack dem, både den Israelitiska mannen och qvinnona, igenom deras buk. Så vände plågan igen af Israels barn.
İsrailli adamın ardınca çadırın içinə girdi, nizəni İsrailli kişinin və qadının qarnına soxdu. Beləliklə, İsrail övladlarını qıran vəba dayandı.
9 Och i de plågone vordo dräpne fyra och tjugu tusend.
Vəbadan ölənlərin sayı iyirmi dörd min nəfər idi.
10 Och Herren talade med Mose, och sade:
Rəbb Musaya dedi:
11 Pinehas, Eleazars son, Prestens Aarons sons, hafver afvändt mina grymhet ifrån Israels barn, i det han nitisk var om mig, att jag i mitt nit icke skulle förgöra Israels barn.
«Kahin Harun oğlu Eleazar oğlu Pinxas Mənim qəzəbimi İsrail övladlarından döndərdi, çünki aralarında yalnız o Mənim qeyrətimi çəkdi. Beləliklə, Mən qeyrətimə görə İsrail övladlarını məhv etmədim.
12 Derföre säger jag: Si, jag gifver honom mins frids förbund.
Buna görə söylə: “Budur, Mən onunla sülh əhdi bağlayıram.
13 Och han och hans säd efter honom skall hafva ett evigt Presterskaps förbund; derföre, att han för sin Gud hafver nitisk varit, och Israels barn försonat.
Bu onun üçün və ondan sonra gələn nəsli üçün əbədi kahinlik əhdi olacaq. Çünki Allahının qeyrətini çəkib İsrail övladları üçün kəffarə etdi”».
14 Men den Israelitiska mannen, som slagen vardt med den Midianitiska qvinnone, het Simri, Salu son, en Förste öfver de Simeoniters fäders hus.
Midyanlı qadınla birgə öldürülən İsrailli kişinin adı Salu oğlu Zimri idi. O, Şimeonlular arasında bir nəsil rəhbəri idi.
15 Den Midianitiska qvinnan, som ock slagen vardt, het Cosbi, Zurs dotter, den en Förste var för en slägt ibland de Midianiter.
Öldürülən Midyanlı qadının adı Sur qızı Kozbi idi. Sur Midyanda bir nəsil başçısı idi.
16 Och Herren talade med Mose, och sade:
Rəbb Musaya dedi:
17 Gör de Midianiter ondt, och slå dem;
«Midyanlıları düşmən hesab edin və onları qırın.
18 Förty de hafva gjort eder ondt med deras list, den de eder beställt hafva med Peor, och med deras syster Cosbi, den Midianitiska Förstans dotter, hvilken slagen vardt, på plågones dag, för Peors skull.
Çünki onlar hiylə ilə sizə düşmənçilik etdilər. Peor hadisəsində və Peorda baş verən vəba günündə öldürülən bacıları, Midyanlı bəyin qızı Kozbi məsələsində sizi aldatdılar».

< 4 Mosebok 25 >