< Kutoka 16 >
1 Watu wakaendelea na safari kutoka Elimu, na jamii yote ya Waisraeli ikaja nyikani mwa Sinu, iliyopo katikati ya Elimu na Sinai, siku ya kumi na tano ya mwezi wa pili walipo toka Misri.
Bütün İsrail övladlarının icması Elimdən yola düşdü. Onlar Misir ölkəsindən çıxdıqdan sonra ikinci ayın on beşinci günü Elim və Sina dağı arasındakı Sin səhrasına çatdılar.
2 Jamii yote ya Waisraeli wali walalamikia Musa na Aruni nyikani.
Səhrada bütün İsrail övladlarının icması Musa ilə Harunun əlindən giley-güzar etdi.
3 Waisraeli waliwaambia, “Kama tu tungekufa kwa mkono wa Yahweh nchi ya Misri tulipo kuwa tumeketi kwenye vyombo vya nyama na tulikuwa tunakula mkate kwa tele. Maana umetuleta nyikani uuwe jamii zetu zote kwa njaa.”
İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz».
4 Kisha Yahweh akamwambia Musa, “Nitakunyeshea mvua ya mkate. Watu wataenda na kukusanya kiasi cha siku kila siku ili niwajaribu kama wataendelea kushika sheria yangu au hapana.
Rəbb Musaya dedi: «Budur, Mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb lazımi miqdarda o çörəyi yığsın. Mənsə onları sınayacağam ki, qanunuma görə yaşayırlar ya yox.
5 Itakuja kuwa siku ya sita, kwamba watakusanya mara mbili zaidi ya wanavyo kusanyaga, na watapika wanacholeta.”
Altıncı gün yığdıqları digər günlər yığdıqlarından ikiqat artıq olsun, o gün də onu hazırlasınlar».
6 Kisha Musa na Aruni wakawaambia watu wote wa Israeli, “Jioni mtajua kuwa ni Yahweh aliye waleta kutoka nchi ya Misri.
Musa və Harun bütün İsrail övladlarına dedilər: «Axşam biləcəksiniz ki, sizi Misir ölkəsindən çıxaran Rəbdir.
7 Asubui utaona utukufu wa Yahweh, kwa maana anasikia mna mlalamikia. Sisi ni nani hadi mtulalamikie?”
Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb Onun əlindən giley-güzarınızı eşitdi. Axı biz kimik ki, siz əlimizdən giley-güzar edirsiniz?»
8 Musa pia akasema, “Utajua hili pale Yahweh atakapo kupa nyama jioni na mkate asubui kwa tele - kwa kuwa amesikia malalamishi mnayo tamka dhidi yake. Nani ni Aruni na mimi? Malalamishi yenu sio dhidi yetu; ni dhidi ya Yahweh.”
Musa dedi: «Sizə axşam yeməyə ət, səhər isə doyunca çörək verən Rəbdir; çünki sizin Ona qarşı olan deyinməyinizi eşidən Odur. Axı biz kimik ki? Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır».
9 Musa akamwambia Aruni, “Sema kwa jamii yote ya watu wa Israeli, 'Njoo karibu ya Yahweh, kwa kuwa amesikia malalamishi yenu.'”
Musa Haruna dedi: «Bütün İsrail icmasına belə söylə: “Rəbbin hüzuruna yaxınlaşın, çünki O sizin deyinməyinizi eşitmişdir”».
10 Ikawa, Aruni alipo sema na jamii yote ya watu wa Israeli, wakaangalia kuelekea nyikani, na, tazama, utukufu wa Yahweh ukatokea kwenye wingu.
Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər.
11 Kisha Yahweh akasema na Musa na kumwambia,
Rəbb Musaya dedi:
12 “Nimesikia malalamishi ya watu wa Israeli. Sema nao na useme, 'Jioni utakula nyama, na asubui utashiba mkate. Kisha utajua mimi ni Yahweh Mungu wako.'”
«Mən İsrail övladlarının deyinməklərini eşitdim. Onlara de: axşamçağı ət yeyəcək, səhər isə çörəklə doyacaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm».
13 Ikaja kuwa kwamba jioni kware wakaja juu na kufunika kambi. Asubui umande ulitanda kambini.
Axşam bildirçinlər uçub bütün düşərgəni bürüdülər. Səhər düşərgənin ətrafına şeh düşdü.
14 Umande ulipo kwisha, pale juu ya ardhi ya nyikani kulikuwa na kama barafu iliyo ganda kwenye ardhi.
Şeh buxarlananda səhrada, torpaq üzərində qırova bənzər nazik lopalar göründü.
15 Watu wa Israeli walipo ona, walisema mmoja kwa mwenzake, “Hii ni nini?” Hawakujua ilikuwa ni nini. Musa akawaambia, “Ni mkate Yahweh aliyo wapa mle.
İsraillilər bunu gördükdə bir-birinə «Bu nədir?» dedilər, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi: «Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir.
16 Hii ni amri Yahweh aliyotoa: 'Lazima ukusanye, kila mmoja wenu, kiasi unacho itaji kula, lita mbili kwa kila mtu. Hivi ndivyo utakavyo kusanya: Kusanya cha kutosha kula cha kila mtu anaye ishi hemani mwako.'”
Rəbbin əmri budur: hər adam yemək üçün özünə lazımi miqdarda ondan yığsın. Öz çadırında olan adamların sayına görə adambaşı bir omer götürsün».
17 Watu wa Israeli wakafanya hivyo. Baadhi wakakusanya zaidi, baadhi wakakusanya kidogo.
İsrail övladları belə də etdilər. Kimi çox, kimi də az yığdı.
18 Walipo pima kwa kipimo cha lita, hao walio kusanya zaidi hawakuwa na kilicho salia, na hao walio kusanya kidogo hawakuwa na pungufu. Kila mmoja alikusanya cha kutosha kukidhi maitaji yake.
Onlar omer ilə ölçdükləri zaman çox yığanın artığı, az yığanın əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı.
19 Kisha Musa akawaambia, “Hakuna ata mmoja kubakiza hadi asubui.”
Musa İsrail övladlarına dedi: «Qoy səhərə qədər heç kimdə bu yeməkdən qalmasın».
20 Walakini, hawakumsikiliza Musa. Baadhi yao waliacha baadhi hadi asubui, lakini ilizalisha wadudu na kuwa batili. Kisha Musa akawa na hasira juu yao.
Lakin bəziləri Musanın sözünə baxmayıb bundan səhərə qədər saxladılar. Saxladıqları yemək qurdlanıb iyləndi. Musa onlara qəzəbləndi.
21 Walikusanya asubui kwa asubui. Kila mtu alikusanya cha kutosha kula kwa hiyo siku. Jua lilipo kuwa kali, ili yayuka.
İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər ondan yığırdı. Günəş qızanda isə o əriyirdi.
22 siku ya sita walikusanya mkate mara mbili zaidi, lita mbili kwa kila mtu. Viongozi wote wa jamii walikuja na kumwambia hili kwa Musa.
İsrail övladları altıncı gün bu yeməkdən ikiqat artıq, adambaşı iki omer yığdılar. İcma başçıları gəlib bunu Musaya bildirdilər.
23 Aliwaambia, “Hili ndilo Yahweh alililo lisema: 'Kesho ni mapumziko ya kujiliwaza, sabato takatifu kwa utukufu wa Yahweh. Oka kile unataka kuoka, na chemsha kile unataka kuchemsha. Vyote vitakavyo baki, jihifadhie hadi asubui.”'
Musa onlara dedi: «Rəbb belə deyir: “Sabah istirahət günü – Rəbb üçün təqdis olunan Şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın”».
24 Hivyo wakaeka pembeni hadi asubui, kama Musa alivyo elekeza. Haikuharibika, wala haikuwa na mdudu yeyote.
İsrail övladları Musa onlara əmr etdiyi kimi yeməyi səhərə saxladılar. Onun içində nə qurd oldu, nə də iyləndi.
25 Musa alisema, “Kula hicho cha kula leo, kwa kuwa leo ni siku iliyo tengwa ya kumtukuza Yahweh. Leo hamtaikuta mashambani.
Musa dedi: «Bu gün o yeməyi yeyin, çünki Rəbb üçün Şənbə günüdür. Bu gün çöldə yemək tapmayacaqsınız.
26 Mtaikusanya ndani ya siku sita, lakini siku ya saba ni Sabato. Siku ya Sabato hakuta kuwa na manna.”
Siz onu altı gün ərzində yığın; yeddinci gün – Şənbə günü o yemək yox olacaq».
27 Ilikuja kuwa siku ya saba ambapo baadhi ya watu walienda kukusanya manna, lakini hawakukuta
Xalqın bəziləri yeddinci gün yemək yığmağa çıxdılar, amma tapmadılar.
28 Kisha Yahweh akamwambia Musa, Kwa muda gani utaendelea kukataa kushika amri zangu na sheria zangu?
Rəbb Musaya dedi: «Nə vaxta qədər əmrlərimə və qanunlarıma itaət etməkdən boyun qaçıracaqsınız?
29 Tazama, Yahweh amekupa Sabato. Hivyo siku ya sita anakupa mkate wa siku mbili. Kila mmoja wenu lazima akae kwenye sehemu yake; hakuna hata mmoja wa kutoka sehemu yake siku ya saba.”
Baxın Rəbb sizə Şənbə günü verdi. Buna görə də O sizə hər altıncı gün iki günlük yemək verir. Qoy hər kəs öz evində qalsın və yeddinci gün heç yerə çıxmasın».
30 Hivyo watu watapumzika siku ya saba.
Beləcə xalq yeddinci gün istirahət etdi.
31 Watu wa Israeli walikiita chakula kile “manna.” Ilikuwa ni nyeupe kama mbegu ya mgiligani, na ladha yake kama maandazi yaliyo pikwa na asali.
İsrail xalqı bu yeməyin adını «manna» qoydu. O, görünüşcə keşniş toxumu kimi idi, rəngi ağ, dadı isə ballı yuxaya bənzəyirdi.
32 Musa akasema, “Hili ndilo Yahweh alilo amuru: 'Acha lita mbili ya manna ihifadhiwe kwa ajili vizazi vya watu wako ili kwamba uzao wako uone mkate niliyo kulisha nyikani, baada ya kukutoa kutoka nchi ya Misri.
Musa dedi: «Rəbbin əmri budur: “Mannadan bir omer doldurun; Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy bu nəsildən-nəslə qorunsun”».
33 Musa akamwambia Aruni, “Chukuwa jagi na uweke lita mbili za manna ndani yake. Hifadhi kwa Yahweh i dumu vizazi vyote vya watu.”
Musa Haruna dedi: «Bir qab götür, ona omer dolu manna qoy. Bu Rəbbin hüzurunda nəsildən-nəslə qorunub saxlanmalıdır».
34 Kama Yahweh alivyo muamuru Musa, Aruni akahifadhi pembeni mwa mawe yaliyo kuwa na amri za agano.
Rəbbin Musaya əmr etdiyi kimi Harun onu şəhadət lövhələrinin önündə qoruyub saxladı.
35 Watu wa Israeli walikula manna miaka arobaini mpaka walipo kuja nchi yenye watu. Walikula mpaka walipo fika kwenye mipaka ya nchi ya Kanani.
İsrail övladları qırx il ərzində əhalisi olduqları Kənan ölkəsinin sərhədinə gələnə qədər manna yedilər.
36 Lita mbili ni makumi ya efa.
Bir omer efanın onda bir hissəsidir.