< Éxodo 40 >

1 Y el SEÑOR habló a Moisés, diciendo:
Rəbb Musaya dedi:
2 En el día del mes primero, el primero del mes harás levantar el tabernáculo, el tabernáculo del testimonio;
«Birinci ayın birinci günü müqəddəs məskəni, yəni Hüzur çadırını qur.
3 y pondrás en él el arca del testimonio, y la cubrirás con el velo.
Şəhadət sandığını oraya qoy və pərdə ilə qabağını kəs.
4 Y meterás la mesa, y la pondrás en orden: meterás también el candelero y encenderás sus lámparas.
Sonra masanı gətir, üstünə əşyaları düz. Çıraqdanı gətir, çıraqları da quraşdır.
5 Y pondrás el altar de oro para el incienso delante del arca del testimonio, y pondrás la cortina delante de la puerta del tabernáculo.
Buxur üçün qızıl qurbangahı Şəhadət sandığının qabağına qoy. Məskənin giriş arakəsməsini də qur.
6 Después pondrás el altar del holocausto delante de la puerta del tabernáculo, del tabernáculo del testimonio.
Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin – Hüzur çadırının girişinin qarşısında yerləşdir.
7 Luego pondrás la fuente entre el tabernáculo del testimonio y el altar; y pondrás agua en ella.
Ləyəni Hüzur çadırı ilə qurbangahın arasına qoy, içinə su tök.
8 Finalmente pondrás el atrio en derredor, y la cortina de la puerta del atrio.
Ətrafında həyət qur və həyətin darvazasının arakəsməsini as.
9 Y tomarás el aceite de la unción y ungirás el tabernáculo, y todo lo que estará en él; y lo santificarás con todos sus vasos, y será santo.
Sonra məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh et. Beləliklə, onu və bütün avadanlığını təqdis et ki, müqəddəs olsun.
10 Ungirás también el altar del holocausto y todos sus vasos; y santificarás el altar, y será un altar santísimo.
Yandırma qurbanlar üçün qurulan qurbangahı, onun avadanlığını məsh edib qurbangahı təqdis et ki, o ən müqəddəs olsun.
11 Asimismo ungirás la fuente y su basa, y la santificarás.
Ləyənlə altlığını məsh edib təqdis et.
12 Y harás llegar a Aarón y a sus hijos a la puerta del tabernáculo del testimonio, y los lavarás con agua.
Harunla oğullarını Hüzur çadırının girişinə gətirib onları su ilə yuyundur.
13 Y harás vestir a Aarón las santas vestiduras, y lo ungirás, y lo consagrarás, para que sea mi sacerdote.
Haruna müqəddəs geyimlər geyindir. Onu məsh edib təqdis et ki, Mənə kahinlik etsin.
14 Después harás llegar sus hijos, y les vestirás las túnicas.
Sonra Harunun oğullarını təqdim et və onlara xirqələr geyindir.
15 Y los ungirás como ungiste a su padre, y serán mis sacerdotes; y será que su unción les será por sacerdocio perpetuo por sus generaciones.
Atalarını məsh etdiyin kimi onları da məsh et ki, Mənə kahinlik etsinlər. Onlar nəsildən-nəslə əbədi kahinlik üçün məsh olunacaqlar».
16 Y Moisés hizo conforme a todo lo que el SEÑOR le mandó; así lo hizo.
Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi.
17 Así en el mes primero, en el segundo año al primero del mes, el tabernáculo fue levantado.
İsrail övladlarının Misirdən çıxdığı vaxtın ikinci ilində, birinci ayın birinci günündə məskən quruldu.
18 Y Moisés hizo levantar el tabernáculo, y puso sus basas, y puso sus tablas, y puso sus barras, e hizo alzar sus columnas.
Musa çadırı qurdu: altlıqlarını qoydu, taxtalarını bərkitdi, şüvüllərini qurdu və dirəklərini dikəltdi.
19 Y tendió la tienda sobre el tabernáculo, y puso el cobertor sobre el tabernáculo encima; como el SEÑOR había mandado a Moisés.
Məskənin üzərinə çadır saldı, onun üstünə də çadırın örtüyünü qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
20 Y tomó y puso el testimonio en el arca, y puso las varas sobre el arca, y la cubierta sobre el arca encima;
Bundan sonra o, şəhadət lövhələrini götürüb sandığın içinə qoydu. Şüvülləri sandığa taxdı, kəffarə qapağını da sandığın üstünə qoydu.
21 y metió el arca en el tabernáculo, y puso el velo de la tienda, y cubrió el arca del testimonio; como el SEÑOR había mandado a Moisés.
Sandığı məskənin içinə gətirdi və arakəsmə pərdəsini qurub Şəhadət sandığının qabağını kəsdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22 Y puso la mesa en el tabernáculo del testimonio, al lado del aquilón del tabernáculo, fuera del velo.
Masanı Hüzur çadırının içində, şimal tərəfində, pərdənin bayır tərəfindən yerləşdirdi.
23 Y sobre ella puso por orden los panes delante del SEÑOR, como el SEÑOR había mandado a Moisés.
Onun üstünə Rəbbin hüzurunda çörək düzdü. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
24 Y puso el candelero en el tabernáculo del testimonio, enfrente de la mesa, al lado del mediodía del tabernáculo.
Çıraqdanı isə Hüzur çadırının içində, masanın qarşısında, məskənin cənub tərəfində yerləşdirdi.
25 Y encendió las lámparas delante del SEÑOR; como el SEÑOR había mandado a Moisés.
Çıraqlarını da Rəbbin hüzurunda quraşdırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
26 Puso también el altar de oro en el tabernáculo del testimonio, delante del velo.
Qızıl qurbangahı da Hüzur çadırının içində, pərdənin önündə yerləşdirdi;
27 Y encendió sobre él el incienso aromático; como el SEÑOR había mandado a Moisés.
onun üstündə ətirli buxur yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
28 Puso asimismo la cortina de la puerta del tabernáculo.
Məskənin girişində arakəsməni qurdu.
29 Y puso el altar del holocausto a la puerta del tabernáculo, del tabernáculo del testimonio; y ofreció sobre él holocausto y presente; como el SEÑOR había mandado a Moisés.
Yandırma qurbanları üçün qurulan qurbangahı məskənin, Hüzur çadırının girişində yerləşdirdi; onun üstündə yandırma qurbanını və taxıl təqdimini gətirdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
30 Y puso la fuente entre el tabernáculo del testimonio y el altar; y puso en ella agua para lavar.
Ləyəni Hüzur çadırı ilə qurbangah arasında yerləşdirib içinə yuyunmaq üçün su tökdü.
31 Y Moisés y Aarón y sus hijos lavaban en ella sus manos y sus pies.
Musa, Harun və oğulları orada əl-ayaqlarını yuyardılar.
32 Cuando entraban en el tabernáculo del testimonio, y cuando se llegaban al altar, se lavaban; como el SEÑOR había mandado a Moisés.
Onlar Hüzur çadırına girdikləri və qurbangaha yaxınlaşdıqları zaman yuyunardılar. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
33 Finalmente levantó el atrio en derredor del tabernáculo y del altar, y puso la cortina de la puerta del atrio. Y así acabó Moisés la obra.
Məskənlə qurbangahın ətrafında həyəti qurdu və həyət darvazasının arakəsməsini asdı. Beləliklə, Musa işləri bitirdi.
34 Entonces una nube cubrió el tabernáculo del testimonio, y la gloria del SEÑOR llenó el tabernáculo.
O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu.
35 Y no podía Moisés entrar en el tabernáculo del testimonio, porque la nube estaba sobre él, y la gloria del SEÑOR lo tenía lleno.
Musa Hüzur çadırına girə bilmədi, çünki bulud onun üstündə yerləşmişdi və Rəbbin izzəti məskəni doldurmuşdu.
36 Y cuando la nube se alzaba del tabernáculo, los hijos de Israel se movían en todas sus jornadas;
İsrail övladlarının bütün səfəri boyu bulud məskənin üstündən qalxanda yola düşərdilər;
37 pero si la nube no se alzaba, no partían hasta el día en que ella se alzaba.
bulud qalxmayanda isə, qalxdığı günə qədər yola düşməzdilər.
38 Porque la nube del SEÑOR estaba de día sobre el tabernáculo, y el fuego estaba de noche en él, a vista de toda la casa de Israel, en todas sus jornadas.
Səfərləri boyu bütün İsrail xalqının gözləri önündə gündüz Rəbbin buludu məskənin üzərində, gecələr isə od buludun içində idi.

< Éxodo 40 >