< Salmos 14 >
1 Al Músico principal: Salmo de David. DIJO el necio en su corazón: No hay Dios. Corrompiéronse, hicieron obras abominables; no hay quien haga bien.
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər. İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur.
2 Jehová miró desde los cielos sobre los hijos de los hombres, por ver si había algún entendido, que buscara á Dios.
Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
3 Todos declinaron, juntamente se han corrompido: no hay quien haga bien, no hay ni siquiera uno.
Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
4 ¿No tendrán conocimiento todos los que obran iniquidad, que devoran á mi pueblo [como] si pan comiesen, y á Jehová no invocaron?
Şər iş görənlərin hər biri məgər heç nə qanmır? Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar.
5 Allí temblaron de espanto; porque Dios está con la nación de los justos.
Onlar böyük dəhşətə düşəcək, Lakin Allah salehlərin nəslinə yar olacaq.
6 El consejo del pobre habéis escarnecido, por cuanto Jehová es su esperanza.
Onlar məzlumların niyyətini boşa çıxarır, Amma Rəbb məzlumların pənahıdır.
7 ¡Quién diese de Sión la salud de Israel! En tornando Jehová la cautividad de su pueblo, se gozará Jacob, y alegraráse Israel.
Kaş İsrailin azadlığı Siondan gələydi! Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək!