< Salmos 60 >
1 Dios, desechástenos, disipástenos; airástete, vuélvete a nosotros.
Musiqi rəhbəri üçün. Davudun «Şuşan-edut» üstə oxunan təlim miktamı. Davud Naharayim və Sova Aramlıları ilə döyüşərkən Yoav gedib Duz vadisində on iki min Edomlunu öldürəndə. Ey Allah, Sən bizi atmısan, Müdafiə qüvvələrimizi dağıtmısan. Bizə qəzəblənmisən, Bizi əvvəlki halımıza qaytar.
2 Hiciste temblar la tierra, abrístela; sana sus quebraduras, porque titubea.
Yeri lərzəyə salmısan, Torpağını dağıtmısan. Yarıqlarını yenə bitişdir, Çünki yer sarsılıb.
3 Hiciste ver a tu pueblo duras cosas: hicístenos beber vino de temblor.
Öz xalqını çətinliyə salmısan, Şərab içirərək bizi səndələtmisən.
4 Has dado a los que te temen una bandera que alcen por amor de la verdad. (Selah)
Səndən qorxanlara isə bayraq vermisən, Qoy onu həqiqət naminə qaldırsınlar. (Sela)
5 Para que se escapen tus amados: salva con tu diestra, y óyeme.
Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
6 Dios habló en su santidad: Yo me alegraré: partiré a Siquem, y mediré al valle de Socot.
Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.
7 Mío es Galaad, y mío es Manasés: y Efraím es la fortaleza de mi cabeza; Judá mi legislador;
Gilead torpağı Mənimdir, Menaşşe torpağı da Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.
8 Moab, la olla de mi lavatorio: sobre Edom echaré mi zapato; sobre mí triunfa, o! Palestina.
Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».
9 ¿Quién me llevará a la ciudad fortalecida? ¿quién me llevará hasta Idumea?
Kim məni istehkamlı şəhərə apara bilər? Kim mənə Edoma qədər yol göstərər?
10 Ciertamente tú, o! Dios, que nos habías desechado; y no salías, o! Dios, con nuestros ejércitos.
Ay Allah, Sən niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
11 Dános socorro contra el enemigo, que vana es la salud de los hombres.
Bizə düşmənin qarşısında imdad et, Çünki insanın köməyi puçdur.
12 En Dios haremos proezas; y él pisará nuestros enemigos.
Allahın köməyi ilə igidlik edəcəyik, O, düşmənlərimizi tapdalayacaq!