< Salmos 150 >

1 ¡Aleluya! Alaben a ʼEL en su Santuario. Alábenlo en su esplendoroso firmamento.
Rəbbə həmd edin! Müqəddəs məskənində Allaha həmd edin! Möhtəşəm göy qübbəsində Ona həmd edin!
2 Alábenlo por sus poderosas obras. Alábenlo según su excelente grandeza.
Qüdrətli işləri üçün Ona həmd edin! Bol əzəmətinə görə Ona həmd edin!
3 Alábenlo con el sonido de la trompeta. Alábenlo con arpa y lira.
Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin!
4 Alábenlo con pandero y danza. Alábenlo con instrumentos de cuerda y flautas.
Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin!
5 Alábenlo con címbalos resonantes. Alábenlo con címbalos de júbilo.
Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin!
6 ¡Todo lo que respira alabe a Yavé! ¡Aleluya!
Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin! Rəbbə həmd edin!

< Salmos 150 >