< Salmos 114 >

1 Cuando Israel salió de Egipto, La casa de Jacob de un pueblo de lengua extraña,
İsraillilər Misirdən çıxanda, Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda
2 Judá fue su santuario, E Israel, su dominio.
Yəhuda Rəbbin müqəddəs məskəni oldu, İsrail Rəbbin səltənəti oldu.
3 El mar [lo] vio y huyó, El Jordán retrocedió.
Onları görəndə dəniz qaçdı, İordan çayı geri çəkildi.
4 Las montañas saltaron como carneros, Las colinas, como corderos.
Zirvələr qoçlar kimi, Təpələr quzular kimi tullandı.
5 ¿Qué te ocurrió, oh mar, que huiste? ¿Y tú, oh Jordán, que retrocediste?
Ey dəniz, niyə qaçdın, sənə nə oldu? Ey İordan çayı, niyə belə geri çəkildin?
6 ¿[Ustedes, oh montañas], que saltan como carneros, Y ustedes, oh colinas, como corderos?
Ey zirvələr, qoçlar kimi, Ey təpələr, quzular kimi niyə tullandınız?
7 Tiembla, oh tierra, ante ʼAdonay, Ante el ʼElohim de Jacob,
Ey dünya, Hökmranın hüzurunda, Yaqubun Allahının qarşısında lərzəyə gəl!
8 Quien convirtió la peña en un estanque de aguas, Y el pedernal en manantial de aguas.
Qayanı gölməçəyə döndərən, Çaxmaq daşını çeşməyə çevirən Odur.

< Salmos 114 >