< Ester 10 >

1 El rey Asuero impuso un tributo sobre la tierra y sobre las islas del mar.
Padşah Axaşveroş uzaq dəniz sahillərinə qədər padşahlığındakı ölkələrə xərac qoydu.
2 Todos los actos de autoridad y poder, así como la declaración de la grandeza de Mardoqueo, a quien el rey engrandeció, ¿no están escritos en el rollo de las crónicas de los reyes de Media y Persia?
Padşahın bütün güclü və qüdrətli işləri, eləcə də Mordokaya verdiyi yüksək rütbə haqqındakı qərar Midiya və Fars padşahlarının salnamələr kitabında yazılmışdır.
3 Porque el judío Mardoqueo llegó a ser el segundo del rey Asuero, grande entre los judíos y aceptado por la multitud de sus hermanos. Procuró el bienestar de su pueblo y habló paz a todo su linaje.
Yəhudi Mordokay rütbə etibarı ilə yalnız padşah Axaşveroşdan aşağı idi. Yəhudilər arasında nüfuz sahibi olub onların əksəriyyətinin hörmətini qazanmışdı. O, xalqının xeyrinə işləyən və bütün millətinin əmin-amanlığını müdafiə edən adam idi.

< Ester 10 >