< Nehemías 12 >

1 Estos son los sacerdotes y levitas que subieron con Zorobabel, hijo de Salatiel, y con Jesúa: Seraías, Jeremías, Esdras,
Şealtiel oğlu Zerubbabil və Yeşua ilə qayıdan kahinlər və Levililər bunlar idi: Seraya, Yeremya, Ezra,
2 Amarías, Malluch, Hattush,
Amarya, Malluk, Xattuş,
3 Secanías, Rehum, Meremot,
Şekanya, Rexum, Meremot,
4 Iddo, Ginnethoi, Abías,
İddo, Ginnetoy, Aviya,
5 Mijamín, Maadia, Bilgah,
Miyamin, Maadya, Bilqa,
6 Semaías, Joiarib, Jedaías,
Şemaya, Yoyariv, Yedaya,
7 Sallu, Amok, Hilkiah y Jedaías. Estos eran los jefes de los sacerdotes y de sus hermanos en los días de Jesúa.
Sallu, Amoq, Xilqiya, Yedaya. Bunlar Yeşuanın dövründə kahinlərin və qardaşlarının başçıları idi.
8 Además, los levitas eran Jesúa, Binúi, Cadmiel, Serebías, Judá y Matanías, que estaba a cargo de los cantos de acción de gracias, él y sus hermanos.
Levililər: Yeşua, Binnuy, Qadmiel, Şerevya, Yəhuda, Mattanya. Mattanya qardaşları ilə birgə şükür ilahiləri üçün məsuliyyət daşıyırdı.
9 También Bakbucías y Unno, sus hermanos, estaban cerca de ellos según sus cargos.
Onların qardaşları Baqbuqya ilə Unni ibadətdə onların qarşısında dururdu.
10 Jesúa fue padre de Joiaquim, y Joiaquim fue padre de Eliasib, y Eliasib fue padre de Joiada,
Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi.
11 y Joiada fue padre de Jonatán, y Jonatán fue padre de Jaddua.
Yoyadadan Yonatan törədi, Yonatandan Yaddua törədi.
12 En los días de Joiakim había sacerdotes, jefes de familia de los padres: de Seraías, Meraías; de Jeremías, Hananías;
Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya,
13 de Esdras, Mesulam; de Amarías, Johanán;
Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan,
14 de Malluchi, Jonatán; de Sebanías, José;
Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif,
15 de Harim, Adna; de Meraiot, Helkai;
Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay,
16 de Iddo, Zacarías; de Ginetón, Mesulam;
İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam,
17 de Abías, Zicri; de Miniamin, de Moadías, Piltai;
Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay,
18 de Bilgah, Sammua; de Semaías, Jonatán;
Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan,
19 de Joiarib, Mattenai; de Jedaías, Uzzi;
Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi,
20 de Sallai, Kallai; de Amok, Heber;
Şallay nəslindən Qallay, Amoq nəslindən Ever,
21 de Hilcías, Hasabías; de Jedaías, Netanel.
Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel.
22 En cuanto a los levitas, en los días de Eliasib, Joiada, Johanán y Jaddua, se registraron los jefes de familia; también los sacerdotes, en el reinado de Darío el Persa.
Elyaşiv, Yoyada, Yoxanan və Yadduanın günlərində Levili nəsil başçıları və kahinlər Fars padşahı Daranın hökmranlığına qədər qeyd edilmişdi.
23 Los hijos de Leví, jefes de familia, fueron inscritos en el libro de las crónicas, hasta los días de Johanán hijo de Eliasib.
Levili nəsil başçıları, Elyaşiv oğlu Yoxananın günlərinə qədər salnamələr kitabında yazıldı.
24 Los jefes de los levitas: Hasabías, Serebías y Jesúa hijo de Cadmiel, con sus hermanos cerca de ellos, para alabar y dar gracias según el mandato de David, el hombre de Dios, sección tras sección.
Levililərin başçıları Xaşavya, Şerevya və Qadmiel oğlu Yeşua bir tərəfdə, qardaşları da o biri tərəfdə dayanıb Allah adamı Davudun əmrinə görə qarşılıqlı həmdlər və şükürlər edirdi.
25 Matanías, Bacbuquías, Abdías, Mesulam, Talmón y Acub eran guardianes de las puertas, que vigilaban los almacenes de las puertas.
Mattanya, Baqbuqya, Avdiya, Meşullam, Talmon və Aqquv qapıçılıq edib darvazalardakı anbarları qoruyurdu.
26 Estos eran en los días de Joiaquim hijo de Jesúa, hijo de Josadac, y en los días del gobernador Nehemías y del sacerdote y escriba Esdras.
Bunlar Yosadaq oğlu Yeşua oğlu Yoyaqimin günlərində, vali Nehemya və ilahiyyatçı kahin Ezranın dövründə yaşayırdı.
27 En la dedicación del muro de Jerusalén, buscaron a los levitas de todos sus lugares para traerlos a Jerusalén a celebrar la dedicación con alegría, dando gracias y cantando, con címbalos, instrumentos de cuerda y arpas.
Yerusəlim divarının təqdisetmə mərasimini sevinclə, şükürlə, ilahilərlə, sinc, çəng və lira ilə keçirmək üçün Levililər yaşadıqları hər yerdən çağırılıb Yerusəlimə gətirildilər.
28 Los hijos de los cantores se reunieron, tanto de la llanura que rodea a Jerusalén como de las aldeas de los netofatitas;
Yerusəlim ətrafındakı sahədən və Netofalıların kəndlərindən,
29 también de Bet Gilgal y de los campos de Geba y Azmavet, porque los cantores se habían construido aldeas alrededor de Jerusalén.
Bet-Qilqaldan və Geva ilə Azmavet çöllərindən ilahiçilər toplandı. Çünki ilahiçilər Yerusəlim ətrafında özləri üçün kəndlər salmışdılar.
30 Los sacerdotes y los levitas se purificaron, y purificaron el pueblo, las puertas y el muro.
Kahinlər və Levililər özlərini pak edəndən sonra xalqı, darvazaları və divarı pak etdilər.
31 Entonces hice subir a los príncipes de Judá al muro, y designé dos grandes compañías que dieron gracias y fueron en procesión. Una iba a la derecha en el muro, hacia la puerta del estiércol;
Onda mən Yəhuda rəislərini divarın üstünə çıxartdım və şükür ilahiləri oxuyan iki böyük dəstə təyin etdim. Onlardan biri divarın üstü ilə sağ tərəfdən Peyin darvazasına doğru gedirdi.
32 y tras ellos iban Oseas, con la mitad de los príncipes de Judá,
Onların ardınca Hoşaya və Yəhuda rəislərinin yarısı,
33 y Azarías, Esdras y Mesulam,
Azarya, Ezra, Meşullam,
34 Judá, Benjamín, Semaías, Jeremías,
Yəhuda, Binyamin, Şemaya, Yeremya,
35 y algunos de los hijos de los sacerdotes con trompetas: Zacarías hijo de Jonatán, hijo de Semaías, hijo de Matanías, hijo de Micaías, hijo de Zacur, hijo de Asaf;
əllərində kərənaylarla kahinlərdən bəziləri – Asəf oğlu Zakkur oğlu Mikeya oğlu Mattanya oğlu Şemaya oğlu Yonatan oğlu Zəkəriyyə,
36 y sus hermanos, Semaías, Azarel, Milalai, Gilalai, Maai, Netanel, Judá y Hanani, con los instrumentos musicales de David, el hombre de Dios; y el escriba Esdras estaba delante de ellos.
qardaşları Şemaya, Azarel, Milalay, Gilalay, Maay, Netanel, Yəhuda, Xanani, Allah adamı Davudun musiqi alətləri ilə gedirdilər. İlahiyyatçı Ezra onların qabağında gedir.
37 Por la puerta del manantial, y en línea recta delante de ellos, subieron por las escaleras de la ciudad de David, en la subida del muro, por encima de la casa de David, hasta la puerta de las aguas, hacia el este.
Çeşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədər getdilər.
38 La otra compañía de los que daban gracias salió a su encuentro, y yo tras ellos, con la mitad del pueblo en el muro, por encima de la torre de los hornos, hasta el muro ancho,
Şükür ilahiləri oxuyanların o biri dəstəsi divarın üstü ilə sol tərəfə gedirdi. Mən xalqın yarısı ilə onların ardınca yeriyirdim. Sobalar qülləsindən keçib Geniş divara qədər,
39 y por encima de la puerta de Efraín, y por la puerta vieja, y por la puerta del pescado, la torre de Hananel, y la torre de Hammea, hasta la puerta de las ovejas; y se detuvieron en la puerta de la guardia.
Efrayim darvazasının üstündən Köhnə darvaza, Balıqlar darvazası, Xananel qülləsi, Yüz qülləsi və Qoyun darvazasına qədər gedib Mühafizəçilər darvazasında dayandıq.
40 Las dos compañías de los que daban gracias en la casa de Dios estaban en pie, y yo y la mitad de los jefes conmigo;
Şükür ilahiləri oxuyanların iki dəstəsi Allah evinin yanında ayaq saxladı. Mən də hökumət məmurlarının yarısı ilə dayandım.
41 y los sacerdotes, Eliaquim, Maasías, Miniamin, Micaías, Elioenai, Zacarías y Hananías, con trompetas;
Yanımda kərənay çalan kahinlər bunlar idi: Elyaqim, Maaseya, Minyamin, Mikeya, Elyoenay, Zəkəriyyə və Xananya;
42 y Maasías, Semaías, Eleazar, Uzi, Johanán, Malquías, Elam y Ezer. Los cantores cantaban en voz alta, con Jezrahías, su supervisor.
habelə Maaseya, Şemaya, Eleazar, Uzzi, Yehoxanan, Malkiya, Elam və Ezer. İlahiçilər İzrahyanın rəhbərliyi altında tərənnüm etdi.
43 Aquel día ofrecieron grandes sacrificios y se regocijaron, porque Dios los había hecho gozar con gran alegría; y también se regocijaron las mujeres y los niños, de modo que la alegría de Jerusalén se oyó hasta muy lejos.
O gün çoxlu qurban kəsildi və şadlıq oldu, çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar və uşaqlar da sevinirdi və Yerusəlimin şənliyi uzaqlardan eşidilirdi.
44 Aquel día se designaron hombres sobre las salas para los tesoros, para las ofrendas de las olas, para las primicias y para los diezmos, a fin de recoger en ellas, según los campos de las ciudades, las porciones señaladas por la ley para los sacerdotes y los levitas; porque Judá se alegró por los sacerdotes y por los levitas que servían.
Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi.
45 Ellos cumplían el deber de su Dios y el deber de la purificación, y lo mismo hacían los cantores y los porteros, según el mandato de David y de Salomón su hijo.
Onlar, ilahiçilərlə məbəd qapıçıları Davud və oğlu Süleymanın əmrinə əsasən özlərinin Allahına xidmət edib pak olma mərasimini yerinə yetirdi.
46 Porque en los días de David y de Asaf de antaño había un jefe de los cantores, y cantos de alabanza y de acción de gracias a Dios.
Çünki qədim zamanlarda – Davudun və Asəfin günlərində ilahiçilərin başçıları var idi və Allaha həmd və şükür mahnıları oxunurdu.
47 Todo Israel, en los días de Zorobabel y en los días de Nehemías, dio las porciones de los cantores y de los porteros, según cada día; y apartaron lo que era para los levitas; y los levitas apartaron lo que era para los hijos de Aarón.
Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.

< Nehemías 12 >