< Números 34 >
1 El Señor le dijo a Moisés,
Rəbb Musaya dedi:
2 “Dales esta orden a los israelitas: Cuando entren en el país de Canaán, se les asignarán las posesiones con los siguientes límites:
«İsrail övladlarına əmr et və onlara de: “Kənan ölkəsinə girdiyiniz zaman irs olaraq sizə düşən torpağın – Kənan torpağının sərhədləri belə olacaq:
3 “La extensión sur de su país será desde el desierto de Zin a lo largo de la frontera de Edom. Su frontera sur correrá hacia el este desde el final del Mar Muerto,
Cənub tərəfiniz Zin səhrasından Edom sərhədi boyunca uzanacaq. Cənub sərhədiniz şərqdə Duz dənizinin ucundan başlayacaq.
4 cruzará al sur del Paso del Escorpión, hasta Zin, y alcanzará su límite sur al sur de Cades-barnea. Luego irá a Hazar-addar y a Azmon.
Sərhədiniz Aqrabbim keçidinin cənubundan dolaşaraq Zin səhrasına keçəcək və oradan Qadeş-Barneanın cənubuna qədər uzanacaq. Oradan Xasar-Addara uzanıb Asmona keçəcək.
5 Allí la frontera girará desde Azmon hasta el Wadi de Egipto, terminando en el Mar Mediterráneo.
Sərhəd Asmondan Misir vadisinə qədər dolaşacaq və onun ucu dənizin yanında olacaq.
6 “Su frontera occidental será la costa del Mar Mediterráneo. Este será su límite al oeste.
Qərb sərhədiniz Böyük dənizi və onun kənarı olacaq, qərb sərhədiniz belə olacaq.
7 “Tu frontera norte irá desde el Mar Mediterráneo hasta el Monte Hor.
Şimal sərhədiniz bu olacaq: Böyük dənizdən Hor dağına qədər nişan qoyacaqsınız.
8 Desde el Monte Hor la frontera irá a Lebo-hamat, luego a Zedad,
Hor dağından da Xamat keçidinə qədər nişan qoyacaqsınız. Sərhədin ucu Sedadda olacaq.
9 a Zifrón, terminando en Hazar-enan. Este será su límite al norte.
Sərhəd Zifrona uzanacaq və onun ucu Xasar-Enanda olacaq. Bu, şimal sərhədiniz olacaq.
10 “Su frontera oriental irá directamente de Hazar-enan a Sefan.
Şərq sərhədinizə Xasar-Enandan Şefama qədər nişan qoyacaqsınız.
11 Luego la frontera bajará de Sefam a Ribla en el lado este de Aín. Pasará a lo largo de las laderas al este del Mar de Galilea.
Sərhəd Şefamdan Ayinin şərq tərəfində olan Rivlaya enəcək və oradan Kinneret gölünün şərq kənarındakı yamaclara çatacaq.
12 Luego el límite bajará a lo largo del Jordán, terminando en el Mar Muerto. Esta será su tierra con sus fronteras circundantes”.
Sonra sərhəd İordan çayı boyunca enəcək və onun ucu Duz dənizinin yanında olacaq. Hər tərəfdən ölkənizin sərhədləri bunlar olacaq”».
13 Moisés dio la orden a los israelitas, “Asignen la propiedad de esta tierra por sorteo. El Señor ha ordenado que sea entregada a las nueve tribus y media.
Musa İsrail övladlarına əmr edib dedi: «Bu o torpaqdır ki, siz onu püşk vasitəsilə bölməlisiniz. Rəbbin əmri ilə onu doqquz yarım qəbilə arasında bölməlisiniz.
14 Las tribus de Rubén y Gad, junto con la media tribu de Manasés, ya han recibido su asignación.
Çünki Ruven qəbiləsinin nəsilləri, Qad qəbiləsinin nəsilləri və Menaşşe qəbiləsinin o biri yarısı öz irsini aldılar.
15 Estas dos tribus y media han recibido su asignación en el lado este del Jordán, frente a Jericó”.
Bu iki yarım qəbilə Yerixonun qarşısında İordan çayının şərq tərəfində irsini aldı».
16 El Señor le dijo a Moisés,
Rəbb Musaya dedi:
17 “Estos son los nombres de los hombres que se encargarán de asignar la propiedad de la tierra para ustedes: Eleazar el sacerdote y Josué, hijo de Nun.
«Torpaqları sizə irs olaraq böləcək adamların adları belədir: kahin Eleazar və Nun oğlu Yeşua.
18 Que un líder de cada tribu ayude en la distribución de la tierra.
Torpaqları bölmək üçün hər qəbilədən bir nəfər rəhbər götürün.
19 Estos son sus nombres: “De la tribu de Judá: Caleb, hijo de Jefone.
Bu adamlar bunlardır: Yəhuda qəbiləsi üçün Yefunne oğlu Kalev;
20 De la tribu de Simeón: Semuel, hijo de Amiud.
Şimeon qəbiləsi üçün Ammihud oğlu Şamuel;
21 De la tribu de Benjamín: Elidad, hijo de Quislón.
Binyamin qəbiləsi üçün Kislon oğlu Elidad;
22 Un líder de la tribu de Dan: Buqui, hijo de Jogli.
Dan qəbiləsi üçün rəhbər olan Yoqli oğlu Buqqi;
23 Un líder de la tribu de Manasés, hijo de José: Haniel, hijo de Efod.
Yusif oğullarından Menaşşe qəbiləsi üçün rəhbər olan Efod oğlu Xanniel;
24 Un líder de la tribu de Efraín: Kemuel, hijo de Siftán.
Efrayim qəbiləsi üçün rəhbər olan Şiftan oğlu Qemuel;
25 Un líder de la tribu de Zabulón: Eli-zafán, hijo de Parnac.
Zevulun qəbiləsi üçün rəhbər olan Parnak oğlu Elisafan;
26 Un líder de la tribu de Isacar: Paltiel, hijo de Azán.
İssakar qəbiləsi üçün rəhbər olan Azzan oğlu Paltiel;
27 Un líder de la tribu de Aser: Ahiud, hijo de Selomi.
Aşer qəbiləsi üçün rəhbər olan Şelomi oğlu Axihud;
28 Un líder de la tribu de Neftalí: Pedael, hijo de Amiud”.
Naftali qəbiləsi üçün rəhbər olan Ammihud oğlu Pedahel».
29 Estos son los nombres de los que el Señor puso a cargo de la asignación de la propiedad de la tierra en el país de Canaán.
Kənan torpağında İsrail övladlarına irs torpaqları bölmək üçün Rəbbin əmr etdiyi adamlar bunlardır.