< Псалтирь 41 >

1 В конец, псалом Давиду. Блажен разумеваяй на нища и убога, в день лют избавит его Господь.
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Yoxsulların qayğısına qalan nə bəxtiyardır! Rəbb dar günündə onu qurtarar,
2 Господь да сохранит его и живит его, и да ублажит его на земли и да не предаст его в руки врагов его.
Rəbb onu qoruyar, salamat saxlayar. O, ölkədə bəxtiyar olar, Düşmənlərinə təslim edilməz.
3 Господь да поможет ему на одре болезни его: все ложе его обратил еси в болезни его.
Yatağa düşəndə Rəbb ona dayaq olar, Onu bütün xəstəlikdən sağaldar.
4 Аз рех: Господи, помилуй мя, изцели душу мою, яко согреших Ти.
Mən dedim: «Ya Rəbb, mənə rəhm et, Canıma şəfa ver, Çünki Sənə qarşı günah etmişəm».
5 Врази мои реша мне злая: когда умрет, и погибнет имя его?
Düşmənlərim məndən pis sözlər söyləyir: «Bu nə vaxt öləcək, adı batacaq?» deyirlər.
6 И вхождаше видети, всуе глаголаше сердце его: собра беззаконие себе, исхождаше вон и глаголаше вкупе.
Mənə baş çəkənlər yalan danışır, Ürəklərinə böhtan yığır, Bayıra çıxanda bundan danışırlar.
7 На мя шептаху вси врази мои, на мя помышляху злая мне.
Bütün mənə nifrət edənlər mənim barəmdə pıçıldaşır, Mənə qarşı pis fikirləri var.
8 Слово законопреступное возложиша на мя: еда спяй не приложит воскреснути?
Deyirlər: «Bu, ölümcül bəlaya düşüb, Budur, yatır, daha qalxmaz».
9 Ибо человек мира моего, на негоже уповах, ядый хлебы моя, возвеличи на мя запинание.
Hətta etibarlı saydığım ən yaxın dostum, Çörəyimi yeyən mənə xəyanət etdi.
10 Ты же, Господи, помилуй мя и возстави мя, и воздам им.
Sən, ya Rəbb, rəhm edib məni ayağa qaldır, Qoy onlardan bunun əvəzini çıxım!
11 В сем познах, яко восхотел мя еси, яко не возрадуется враг мой о мне.
Məndən razı qaldığını bundan bilirəm: Düşmənlərimin mənə qalib gəlmədiyini görürəm.
12 Мене же за незлобие приял, и утвердил мя еси пред Тобою в век.
Kamil olduğum üçün məndən möhkəm yapışdın, Məni hüzurunda əbədilik dayandırdın.
13 Благословен Господь Бог Израилев от века и до века: буди, буди.
Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Amin! Amin!

< Псалтирь 41 >