< Псалтирь 11 >
1 В конец, псалом Давиду. На Господа уповах, како речете души моей: превитай по горам, яко птица?
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbə pənah gətirmişəm. Könlümə necə deyə bilərsiniz ki, Quş kimi dağlara uç?
2 Яко се, грешницы налякоша лук, уготоваша стрелы в туле, состреляти во мраце правыя сердцем.
Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar.
3 Зане яже ты совершил еси, они разрушиша: праведник же что сотвори?
Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər?
4 Господь во храме святем Своем. Господь, на небеси престол Его: очи Его на нищаго призираете, вежди Его испытаете сыны человеческия.
Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar.
5 Господь испытает праведнаго и нечестиваго: любяй же неправду ненавидит свою душу.
Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir.
6 Одождит на грешники сети: огнь и жупел, и дух бурен часть чаши их.
Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq.
7 Яко праведен Господь и правды возлюби: правоты виде лице Его.
Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək.