< Книга пророка Иеремии 41 >

1 И бысть в седмый месяц, прииде Исмаил сын Нафаниин сына Елисамова, от рода царева, и вельможи царевы десять мужей с ним ко Годолии в Массифаф, и ядоша ту вкупе хлеб.
Elə oldu ki, yeddinci ayda padşah nəslindən və əyanlarından olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə Mispaya, Axiqam oğlu Gedalyanın yanına gəldi. Orada birlikdə yemək yeyərkən
2 И воста Исмаил и десять мужей иже с ним, и поразиша Годолию мечем, и убиша, егоже постави царь Вавилонский над землею,
Netanya oğlu İsmail və onunla birgə olan on nəfər qalxıb Babil padşahının ölkəyə başçı qoyduğu Şafan oğlu Axiqam oğlu Gedalyanı qılıncla vurub-öldürdülər.
3 и всех Иудеев, иже беша с ним в Массифафе, и всех Халдеев, иже обретошася тамо, и мужей военных изби Исмаил.
İsmail Mispada Gedalya ilə birgə olan bütün Yəhudiləri və oradakı Xaldey döyüşçülərini də öldürdü.
4 И бысть во вторый день по убиении Годолиеве, и человек не уведе.
Gedalyanın öldürülməsindən bir gün sonra, hələ heç kəs olanları bilməyərkən
5 И приидоша мужие от Сихема и от Салима и от Самарии осмьдесят мужей, обритыми брадами и растерзаными ризами, плачущеся, и дары и фимиам в руку их, еже внести в дом Господень.
Şekemdən, Şilodan və Samariyadan saqqalları qırxılmış, paltarları cırıq, bədənlərinə yara vurmuş, Rəbbin məbədinə gətirmək üçün əllərində taxıl təqdimi və buxur olan səksən nəfər adam gəldi.
6 И изыде противу им Исмаил сын Нафаниев от Массифы: тии же идяху и плакахуся: и егда сретеся с ними, рече к ним: внидите ко Годолии.
Onları qarşılamaq üçün Mispadan Netanya oğlu İsmail gəldi. O ağlaya-ağlaya adamların qabağına çıxıb onlara dedi: «Axiqam oğlu Gedalyanın yanına gəlin».
7 И бысть, вшедшым им среде града, изсече я Исмаил у кладязя, той и мужие, иже беша с ним.
Adamlar şəhərə girəndə Netanya oğlu İsmail və yanında olan adamlar onları öldürüb cəsədlərini quyuya atdılar.
8 И обретошася десять мужей ту и реша Исмаилу: не убий нас, яко суть нам имения на нивах, пшеница и ячмень, и мед и масло. И мину их и не уби их посреде братий их.
Ancaq onlar arasında olan on nəfər İsmailə dedi: «Bizi öldürmə, çünki bizim tarlada saxlanan buğda, arpa, zeytun yağı və balımız var». İsmail də fikrindən dönüb onları yoldaşları ilə birgə öldürmədi.
9 И кладязь, в оньже вверже Исмаил вся, яже изби, сей кладязь велик есть, егоже сотвори царь Аса, от лица Ваасы царя Израилева, сей наполни Исмаил убиенными.
İsmailin öldürdüyü Gedalya ilə adamlarının cəsədlərini atdığı quyunu padşah Asa İsrail padşahı Baaşaya qarşı müdafiə tədbiri olaraq qazmışdı. Netanya oğlu İsmail onu öldürülənlərlə doldurdu.
10 И обрати Исмаил вся люди оставшыя в Массифафе и дщери царевы, яже вручил архимагир Годолии сыну Ахикамову, и взя их Исмаил сын Нафань: и отиде на ону страну сынов Аммоних.
Sonra İsmail keşikçilər rəisi Nevuzaradanın Axiqam oğlu Gedalyanın ixtiyarına verdiyi Mispadakı bütün xalqı və padşah qızlarını əsir tutdu. Netanya oğlu İsmail Mispada qalan bütün xalqı əsir götürüb Ammonlulara sığınmaq üçün yola düşdü.
11 И слыша Иоанан сын Кариев и вси воеводы силы, иже с ним, вся злая, яже сотвори Исмаил сын Нафаниев,
Qareah oğlu Yoxanan və onunla birgə olan bütün qoşun başçıları Netanya oğlu İsmailin etdiyi bütün pisliklər barədə eşitdi.
12 и приведоша вся воя своя и идяху воевати нань, и обретоша его при воде мнозе во Гаваоне.
Onda bütün adamlarını götürüb Netanya oğlu İsmaillə vuruşmağa getdilər. Onu Giveonda olan böyük hovuzun yanında tapdılar.
13 И бысть, егда увидеша вси людие, иже со Исмаилом, Иоанана сына Кариева и вся воеводы силы, иже быша с ним, возрадовашася:
İsmailin yanında olan bütün xalq Qareah oğlu Yoxananı və onunla olan bütün qoşun başçılarını görəndə sevindi.
14 и возвратишася вси людие, ихже плени Исмаил от Массифы, и возвратившеся отидоша ко Иоанану сыну Кариеву.
İsmailin Mispadan sürgün etdiyi bütün xalq dönüb geri qayıtdı və Qareah oğlu Yoxananın yanına getdi.
15 Исмаил же уцеле со осмию мужи от лица Иоананя и иде ко сыном Аммоним.
Ancaq Netanya oğlu İsmail səkkiz nəfərlə birgə Yoxanandan qaçıb-qurtuldu və Ammonluların yanına getdi.
16 И взя Иоанан и вси воеводы силы, иже с ним, вся оставшыяся люди, ихже возврати от Исмаила сына Нафаня из Массифафа, повнегда уби Годолию, сына Ахикамля, мужы сильны на рати, и жены, и останки, и каженики, ихже обрати от Гаваона,
Qareah oğlu Yoxanan və yanındakı bütün qoşun başçıları sağ qalanların hamısını – Axiqam oğlu Gedalyanı öldürən Netanya oğlu İsmailin Mispadan əsir apardığı döyüşçüləri, qadınları, uşaqları və hərəmağalarını Giveondan götürüb gətirdilər.
17 и идоша, и седоша на земли Вирофоамли, яже ко Вифлеему, еже ити и внити во Египет от лица Халдейска: понеже убояшася от лица их:
Xaldeylilərdən qaçmaq üçün Misirə tərəf yola düşdülər və Bet-Lexem yaxınlığındakı Gerut-Kimhamda qaldılar.
18 яко уби Исмаил Годолию, егоже постави царь Вавилонский на земли Иудине.
Çünki Netanya oğlu İsmail Babil padşahının ölkəyə başçı qoyduğu Axiqam oğlu Gedalyanı öldürdüyü üçün Xaldeylilərdən qorxurdular.

< Книга пророка Иеремии 41 >