< Книга пророка Осии 5 >

1 Слышите сия, жерцы, и вонмите, доме Израилев, и доме царев, внушите, понеже к вам есть суд: яко пругло бысте стражбе, и якоже мрежа распростерта на Итавирии,
Ey kahinlər, bunu eşidin! Ey İsrail nəsli, diqqətlə dinləyin! Ey padşah sarayında olanlar, qulaq verin! Sizin barənizdə hökm çıxarıldı, Çünki siz Mispada bir tələ, Tavor dağına sərilmiş bir tor oldunuz.
2 юже ловящии лов поткнуша, Аз же наказатель вам:
Qanunsuzlar adam öldürməklə məşğuldur. Amma Mən onların hamısını cəzalandıracağam.
3 Аз познах Ефрема, и Израиль не отступи от Мене, зане ныне соблуди Ефрем, и осквернися Израиль:
Efrayimi tanıyıram, İsrail Məndən gizli deyil, Çünki indi sən fahişəlik edirsən, ey Efrayim, İsrail də murdarlanıb.
4 не положиша помышлений своих, еже возвратитися к Богу своему, яко дух блужения есть в них, и Господа не уведеша.
Əməlləri qoymur ki, onlar Özlərinin Allahına tərəf dönsün, Çünki içlərində xəyanət ruhu var, Rəbbi də tanımırlar.
5 И смирится укоризна Израилева в лице ему, и Израиль и Ефрем изнемогут в неправдах своих, изнеможет же и Иуда с ними.
İsrailin qüruru özünə qarşı şəhadət edir. İsraillə Efrayim Günahlarından ötrü büdrəyib-yıxılır. Yəhuda da onlarla birgə yıxılır.
6 Со овцами и телцы пойдут взыскати Господа и не обрящут Его, уклонися бо от них.
Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, Amma tapmayacaqlar, Çünki Rəbb onları tərk etdi.
7 Яко Господа оставиша, яко чада чужда породиша себе: ныне пояст я ржа, и причастия их.
Onlar Rəbbə xəyanət etdi, Çünki bic uşaqlar doğdu. İndi Təzə Ay mərasimi olanda Onlar tarlaları ilə birlikdə məhv olacaq.
8 Вострубите трубою на холмех, возгласите на высоких, проповедите в Дому Онове, ужасеся Вениамин,
Giveada şeypur çalın, Ramada kərənay çalın, Bet-Avendə car çəkin, Düşmən arxandadır, ey Binyamin!
9 Ефрем в пагубу бысть во дни наказания: в племенех Израилевых показах верная.
Efrayim cəza günündə viran olacaq, Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.
10 Быша князи Иудины яко прелагающе пределы: на ня излию яко воду гнев Мой.
Yəhuda başçıları Sərhəd daşı dəyişənlərə bənzəyir. Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.
11 Соодоле Ефрем соперника своего, попра суд, яко нача ходити вслед суетных.
Efrayim zülm gördü, Hökm ilə əzildi, Çünki bilə-bilə Boş şeylərin dalınca getdi.
12 Аз же яко мятеж Ефремови и яко остен дому Иудину.
Mən Efrayimlilərə qarşı güvə, Yəhuda nəsli üçün kif olacağam.
13 И виде Ефрем немощь свою и Иуда болезнь свою: и иде Ефрем ко Ассирием и посла послы ко царю Иариму: и той не возможе изцелити вас, и не престанет от вас болезнь.
Efrayim xəstəliyini, Yəhuda yarasını gördü. Efrayim Aşşura getdi, Böyük padşahdan kömək istədi, Amma o sizə şəfa verməz, Yaranızı sağaltmaz.
14 Зане Аз есмь яко панфирь Ефремови и яко лев дому Иудину: и Аз восхищу, и пойду, и возму, и не будет изимаяй:
Bəli, Mən Efrayimlilərə qarşı bir şir, Yəhuda nəsli üçün cavan aslan olacağam. Mən, Mən onu parçalayıb gedəcəyəm, Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.
15 пойду и возвращуся на место Свое, дондеже погибнут, и взыщут лица Моего.
Sonra qayıdıb Öz məskənimə gedəcəyəm, O vaxtacan ki özlərini günahkar sayaraq Mənim hüzurumu axtaracaqlar. Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».

< Книга пророка Осии 5 >