< Книга пророка Иезекииля 12 >
1 И бысть слово Господне ко мне глаголя:
Mənə Rəbbin bu sözü nazil oldu:
2 сыне человечь, посреде неправд их ты живеши, иже очи имут видети, и не видят, и ушы имут, еже слышати, и не слышат, зане дом преогорчеваяй есть.
«Ey bəşər oğlu, sən üsyankar bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki onlar üsyankar bir xalqdır.
3 И ты, сыне человечь, сотвори себе сосуды пленнически, и пленен буди днем пред ними, и преселен буди от места твоего на место другое пред ними, яко да видят, зане дом прогневляяй есть.
Ey bəşər oğlu, sən sürgünə getmək üçün şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar da, bəlkə bunu başa düşdülər.
4 И да изнесеши сосуды твоя, яко сосуд пленнический, днем пред очима их: ты же изыдеши в вечер пред ними, якоже исходит пленник.
Öz şeylərini sürgünə getmək üçün lazım olan şeylər kimi onların gözü önündə günün günorta çağı çıxart. Özün də hamının gözü önündə axşamüstü sürgünə gedən kimi çıx.
5 Прокопай себе стену, и да изыдеши сквозе ю пред ними.
Onların gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart.
6 На раменех взят будеши и покровен изыдеши, лице твое покрыеши, и да не видиши земли, понеже чудо тя дах дому Израилеву.
Hamının gözü önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki, torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm».
7 И сотворих тако все, елико ми заповеда Господь: и сосуды изнесох яко сосуды пленничы днем, и в вечер прокопах себе стену рукою, и отай изыдох, и на рамена взят бых пред ними.
Mənə necə əmr olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə getmək üçün lazım olan şeylər kimi günün günorta çağı çıxartdım və axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda çıxartdım və onların gözü önündə çiynimdə daşıdım.
8 И бысть слово Господне заутра ко мне глаголя:
Səhər tezdən mənə Rəbbin bu sözü nazil oldu:
9 сыне человечь, не реша ли к тебе дом Израилев, дом прогневляяй: что ты твориши?
«Ey bəşər oğlu, İsrail nəsli – o üsyankar xalq sənə “Nə edirsən?” demədimi?
10 Рцы к ним: тако глаголет Господь Бог: ко князю и старейшинам Иерусалимлим, и всему дому Израилеву, иже суть среде их,
Sən onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan rəhbər və orada yaşayan bütün İsrail nəsli üçündür”.
11 рцы, яко аз чудеса творю, якоже сотворих, сице им будет: во преселении и во пленении изыдут.
Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər.
12 И князь среде их на рамена взят будет, и отай изыдет сквозе стену, и прокопает, еже ему изыти сквозе ю, лице свое покрыет, да не видимь будет очесы, и сам земли не узрит.
Aralarında yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq. Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri ilə görməsin.
13 И простру мрежу Мою нань, и ят будет во одержании Моем, и введу его в Вавилон в землю Халдейску, и не узрит ея, и тамо скончается.
Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək.
14 И вся, иже окрест его, помощники его, и вся заступающыя его разсею по всем ветром, и мечь излию вслед их:
Ətrafındakıların hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin əsdiyi dörd tərəfə səpəcək və onların arxasınca qılınc çəkəcəyəm.
15 и уведят, яко Аз Господь, егда разсыплю я во языки и разсею я по странам:
Mən onları millətlər arasına yayanda və başqa ölkələr arasına səpələyəndə biləcəklər ki, Rəbb Mənəm.
16 и оставлю от них мужы в число от меча и от глада и от смерти, яко да поведят вся беззакония их во языцех, аможе внидут: и уведят, яко Аз Господь.
Ancaq onlardan bir azını qılıncdan, aclıqdan və vəbadan sağ buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına gedəcəkləri millətlərə danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».
17 И бысть слово Господне ко мне глаголя:
Mənə Rəbbin bu sözü nazil oldu:
18 сыне человечь, хлеб твой с болезнию снеси и воду твою со страданием и скорбию испиеши.
«Ey bəşər oğlu, çörəyini titrəyərək ye, suyunu əsə-əsə, qorxu ilə iç.
19 И речеши к людем земли: сия глаголет Адонаи Господь живущым в Иерусалиме на земли Израилеве: хлебы своя с недостатком снедят и воду свою с пагубою испиют: яко да погибнет земля со исполнением своим, в нечестии бо вси живущии в ней.
Ölkə xalqına söylə ki, İsrail torpağında, Yerusəlimdə yaşayanlar üçün Xudavənd Rəbb belə deyir: “Onlar çörəklərini qorxu ilə yeyəcək, sularını dəhşətlə içəcək, çünki orada yaşayanların hamısının zorakılığından ötrü ölkələri bolluqdan məhrum olacaq.
20 И гради их населеннии опустеют, и земля их в погибель будет, и увесте, яко Аз Господь.
Adam yaşayan şəhərlər viran olacaq və ölkə xarabalığa çevriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
21 И бысть слово Господне ко мне глаголя:
Mənə Rəbbin bu sözü nazil oldu:
22 сыне человечь, кая притча сия вам на земли Израилеве, глаголющым: долги дни, погибе всякое видение?
«Ey bəşər oğlu, İsrail torpağında nə üçün “günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz?
23 Сего ради рцы к ним: тако глаголет Адонаи Господь: отвращу притчу сию, и потом не рекут притчи тоя дом Израилев, яко речеши к ним: приближишася дние и слово всякаго видения.
Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu məsələ son qoyacağam, artıq İsraildə bu məsəli işlətməyəcəklər. Ancaq sən onlara söylə ki, hər görüntünün yerinə yetəcəyi günlər yaxınlaşdı.
24 Зане не будет ктому всякое видение ложное, и волхвуяй угодная среде сынов Израилевых.
Daha bundan sonra İsrail nəslinin arasında heç bir boş görüntü və aldadıcı falçılıq olmayacaq.
25 Яко Аз Господь возглаголю словеса Моя, возглаголю и сотворю и не продолжу ктому: во дни вашя, доме прогневаяй, реку слово и сотворю, глаголет Адонаи Господь.
Çünki Rəbb Mənəm, Mən deyirəm və dediyim söz yerinə yetir, artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
26 И бысть слово Господне ко мне глаголя:
Mənə Rəbbin bu sözü nazil oldu:
27 сыне человечь, се, дом Израилев преогорчеваяй глаголюще глаголют: видение, еже сей видит, на дни многи, и на времена долга сей прорицает.
«Ey bəşər oğlu, İsrail nəsli belə deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq, o, uzaq gələcək barədə peyğəmbərlik edir”.
28 Сего ради рцы к ним: сия глаголет Господь Бог: не продолжатся ктому вся словеса Моя, яже возглаголю: яко возглаголю слово и сотворю, глаголет Адонаи Господь.
Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Heç bir sözümü təxirə salmayacağam, dediyim söz yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».