< Второе послание к Фессалоникийцам 1 >
1 Павел и Силуан и Тимофей, церкви Солунстей, о Бозе Отце нашем и Господе Иисусе Христе:
Paul, Sila və Timoteydən Atamız Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam!
2 благодать вам и мир от Бога Отца нашего, и Господа Иисуса Христа.
Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
3 Благодарити должни есмы Бога всегда о вас, братие, якоже достойно есть, яко превозрастает вера ваша, и множится любовь единаго коегождо всех вас друг ко другу:
Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti çoxalır.
4 яко самем нам хвалитися о вас в церквах Божиих, о терпении вашем и вере во всех гонениих ваших и скорбех, яже приемлете,
Bunun üçün tab gətirdiyiniz bütün təqiblərə, əziyyətlər zamanı dözümünüzə və imanınıza görə Allahın cəmiyyətlərində sizinlə özümüz də fəxr edirik.
5 показание праведнаго суда Божия, во еже сподобитися вам Царствия Божия, егоже ради и страждете.
Bu şeylər Allahın ədalətli hökmünün əlamətidir ki, nəticədə uğrunda indi əzab çəkdiyiniz Allahın Padşahlığına layiq sayılasınız.
6 Аще убо праведно у Бога, воздати скорбь оскорбляющым вас,
Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizə əziyyət verənlərə əziyyət,
7 а вам оскорбляемым отраду с нами, во откровении Господа Иисуса с небесе, со Ангелы силы Своея,
əziyyət çəkən sizlərə isə bunun əvəzində bizimlə birlikdə rahatlıq veriləcək. Bu, Rəbb İsanın qüdrətli mələkləri ilə od-alov içərisində göydən zühur etdiyi zaman olacaq.
8 во огни пламенне дающаго отмщение не ведущым Бога и не послушающым благовествования Господа нашего Иисуса Христа:
O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq.
9 иже муку приимут, погибель вечную, от лица Господня и от славы крепости Его, (aiōnios )
Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalıb əbədi olaraq məhv edilmə cəzası veriləcək. (aiōnios )
10 егда приидет прославитися во святых Своих и дивен быти во всех веровавших, яко уверися свидетельство наше в вас, в день он.
Bunlar Rəbbin Öz müqəddəsləri arasında izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək. Siz də belə imanlılardansınız, çünki etdiyimiz şəhadətə inandınız.
11 За сие и молимся всегда о вас, да вы сподобит званию Бог наш и исполнит всяко благоволение благости и дело веры в силе,
Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə yerinə yetirsin.
12 яко да прославится имя Господа нашего Иисуса Христа в вас, и вы в Нем, по благодати Бога нашего и Господа Иисуса Христа.
Belə ki Allahımızın və Rəbb İsa Məsihin lütfünə görə Rəbbimiz İsanın adı sizdə izzət qazansın və siz də Onda izzət qazanasınız.