< Вторая книга Царств 24 >

1 И приложи Господь гневу разгоретися во Израили, и подвиже в них Давида, глаголя: иди и изочти Израиля и Иуду.
İsrailə qarşı Rəbbin qəzəbi yenə də alovlandı və «get, İsraillilərlə Yəhudalıları say» deyə Davudu onlara qarşı təhrik etdi.
2 И рече царь ко Иоаву князю силы иже с ним: пройди ныне вся колена Израилева и Иудина, от Дана даже и до Вирсавии, и сочти люди, и да увем число людем.
Padşah yanındakı ordu başçısı Yoava dedi: «İndi Dandan Beer-Şevaya qədər İsrailin bütün qəbilələri arasında dolanın və xalqı siyahıya alın ki, sayını bilim».
3 И рече Иоав ко царю: да приложит Господь Бог твой к людем твоим, якоже быти им сторицею, и очи господина моего царя да увидят: и господин мой царь почто помышляет о словеси сем?
Yoav padşaha dedi: «Xalqın nə qədərdirsə, qoy Allahın Rəbb onu yüz qat artıq etsin və ağam padşah bunu gözləri ilə görsün. Axı niyə belə şeylər ağam padşahın xoşuna gəlir?»
4 И превозможе слово царево ко Иоаву и ко князем силы. И изыде Иоав и князи крепости пред царем сочести люди Израилевы.
Lakin padşahın sözü Yoava və onun ordu başçılarına üstün gəldi. Yoavla ordu başçıları İsrail xalqını siyahıya almaq üçün padşahın hüzurundan çıxdı.
5 И преидоша Иордан, и ополчишася во Ароире одесную града иже посреде дебри Гад и Елиезер.
İordan çayını keçdilər və Qad vadisinin ortasında olan şəhərin cənubunda – Aroerdə düşərgə qurdular.
6 И приидоша в Галаад и в землю Фавасон и Истон и в Дасу, и внидоша в Данидан и обыдоша Сидон,
Sonra Yazerə, Gileada və Taxtim-Xodşi torpağına getdilər və Dan-Yaanı keçib Sidona çatdılar.
7 и приидоша во Мапсар Тирский и во вся грады Евеины и в Хананеины, и идоша на юг Иуды в Вирсавию,
Sur qalasına və Xivlilərlə Kənanlıların bütün şəhərlərinə yetişib, nəhayət, Yəhudanın cənubunda olan Beer-Şevaya gəldilər.
8 и обыдоша всю землю, и приидоша во Иерусалим, скончавше девять месяц и двадесять дний.
Bütün ölkəni dolandılar və doqquz ay iyirmi gün keçəndən sonra Yerusəlimə qayıtdılar.
9 И даде Иоав число сочтеных людий царю: и бе Израиля числом осмь сот тысящ сильных держащих оружие, и мужей Иудиных пять сот тысящ мужей борцев.
Yoav xalqın siyahısını padşaha verdi. İsraildə qılınc çəkən səkkiz yüz min igid, Yəhudada isə beş yüz min igid var idi.
10 И убояся сердце Давидово по счислении людий, и рече Давид ко Господу: согреших зело, яко сотворих глагол сей: и ныне, Господи, отими беззаконие раба Твоего, яко обуях зело.
Lakin xalqı sayandan sonra Davud vicdan əzabı çəkdi. O, Rəbbə dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, ya Rəbb, yalvarıram, qulunun bu təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm».
11 И воста Давид заутра: и слово Господне бысть ко Гаду пророку прозорливцу, глаголя:
Davud ertəsi gün səhər qalxanda Rəbb Davudun görücüsü Qad peyğəmbərə sözünü bildirib dedi:
12 иди и рцы Давиду, глаголя: тако глаголет Господь: трое Аз наведу на тя, и избери себе едино от сих, и сотворю ти.
«Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənin qarşına üç şey qoyuram, özün üçün bunların birini seç ki, sənə edim”».
13 И вниде Гад к Давиду, и поведа, и рече ему: избери себе быти: или приидут тебе три лета глада на землю твою: или три месяцы бегати имаши пред враги твоими, и будут гоняще тя: или три дни быти смерти в земли твоей: ныне убо разумей и виждь, что отвещаю Пославшему мя.
Qad Davudun yanına gəlib bunu bildirdi: «Sənin ölkəndə yeddi il aclıq olsun, yoxsa səni təqib edən düşmənlərin önündə üç ay qaçasan yaxud da ölkəndə üç gün vəba olsun? İndi yaxşı fikirləş və qərar ver, məni Göndərənə mən nə cavab verim?»
14 И рече Давид ко Гаду: тесна ми суть отвсюду зело три сия: да впаду убо в руце Господни, яко многи суть щедроты Его зело: в руце же человечи да не впаду. И избра себе Давид смерть и дни жатвенныя пшеницы.
Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək, çünki Onun rəhmi çoxdur».
15 И даде Господь смерть во Израили от утра до часа обедняго, и начася язва быти в людех, и умроша от людий Господних от Дана и до Вирсавии седмьдесят тысящ мужей.
Beləcə Rəbb sabahdan təyin olunan vaxta qədər İsrailin üzərinə vəba göndərdi. Dandan Beer-Şevaya qədər xalqdan yetmiş min nəfər öldü.
16 И простре Ангел Божий руку свою на Иерусалим погубити его, и раскаяся Господь о зле, и рече Ангелу погубляющему люди: доволно ныне, отими руку твою. И Ангел Господнь бе стоя пред гумном Орны Иевусеанина.
Xalqı həlak edən mələk Yerusəlimi məhv etmək üçün oraya doğru əlini uzadanda Rəbb verəcəyi bəladan vaz keçib mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Aravnanın xırmanının yanında idi.
17 И рече Давид ко Господу, егда виде Ангела биюща люди, и рече: се, аз есмь согрешивый, аз есмь пастырь зло сотворивый, а сии овцы что сотвориша? Да будет ныне рука Твоя на мне и на дому отца моего.
Davud xalqı qıran mələyi görən zaman Rəbbə belə dedi: «Budur, günah edən mənəm, mən təqsirkaram. Bəs bu yazıq xalq nə edib? Qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın».
18 И прииде Гад к Давиду в день той и рече ему: взыди, и постави Господеви олтарь на гумне Орны Иевусеанина.
O gün Qad Davudun yanına gəlib dedi: «Çıx, Yevuslu Aravnanın xırmanında Rəbbə bir qurbangah düzəlt».
19 И взыде Давид по глаголу Гада пророка, имже образом заповеда ему Господь.
Qadın sözü ilə Davud Rəbbin əmr etdiyi kimi çıxdı.
20 И преклонися Орна, и виде царя и отроки его восходящыя выше его, и изыде Орна, и поклонися царю на лицы своем на земли,
Aravna aşağı baxıb gördü ki, padşahla əyanları onlara tərəf gəlir. O bayıra çıxıb padşahın qarşısında yerə qədər təzim etdi və dedi:
21 и рече Орна: что яко прииде господин мой царь к рабу своему? И рече Давид: купити у тебе гумно (приидох), на создание олтаря Господня, и престанет язва от людий.
«Ağam padşah nə əcəb bu qulunun yanına gəlib?» Davud dedi: «Rəbbə qurbangah qurmaq üçün səndən bu xırmanını satın almağa gəldim ki, xalqın üzərinə gələn vəba dayansın».
22 И рече Орна к Давиду: да приимет и вознесет господин мой царь Господу (Богу) еже благо пред очима его: се, волове во всесожжение, и колеса и сосуди волов на дрова.
Aravna Davuda dedi: «Qoy ağam padşah öz gözünə xoş görünəni götürsün və Rəbbə təqdim etsin. Budur yandırma qurbanı üçün öküzlər, yandırmağa odun yerinə vəllər və öküzlərin boyunduruqları.
23 Вся даде Орна царю. И рече Орна к царю: Господь Бог твой да благословит тя.
Ey padşah, Aravna bunların hamısını sənə verir». Aravna padşaha yenə dedi: «Qoy Allahın Rəbb səndən razı olsun».
24 И рече царь ко Орне: ни, но токмо купуя куплю от тебе ценою, и не вознесу Господу Богу моему всесожжения туне. И купи Давид гумно и волы на пятидесяти сиклех сребра.
Lakin padşah Aravnaya dedi: «Belə yox, amma səndən bunu mütləq qiymət qoyub satın alacağam. Çünki mən havayı malı Allahım Rəbbə yandırma qurbanı vermərəm». Beləliklə, Davud xırmanı və öküzləri əlli şekel gümüşə satın aldı.
25 И созда тамо Давид олтарь Господеви: и вознесе всесожжения и мирная. И приложи Соломон ко олтарю последи, зане мал бе прежде. И послуша Господь земли, и отят язву от Израиля.
Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. Rəbb ölkə üçün edilən duaları qəbul etdi və İsrailin üzərinə gələn vəbanı dayandırdı.

< Вторая книга Царств 24 >