< Третья книга Царств 2 >

1 И приближишася Давиду дние умрети ему, и заповеда Соломону сыну своему, глаголя:
Davudun ölüm günü yaxınlaşanda oğlu Süleymana vəsiyyət edərək dedi:
2 аз отхожду в путь всея земли: ты же крепися, и буди муж совершен,
«Bu yaxınlarda mən də hamı kimi dünyadan köçəcəyəm. Sən möhkəm və igid ol.
3 и сохрани завет Господа Бога твоего, еже ходити во всех путех Его, хранити заповеди Его и оправдания Его, и судбы Его и свидения Его, писанная в законе Моисеове: да разумееши яже сотвориши по всем, елика заповедах тебе:
Allahın Rəbbin verdiyi buyruğu yerinə yetirib Onun yolları ilə get və Musanın Qanununda yazıldığı kimi Allahın qaydalarına, əmrlərinə, hökmlərinə və göstərişlərinə əməl et ki, elədiyin hər işdə və getdiyin hər yerdə uğur qazanasan.
4 да утвердит Господь слово Свое, еже рече о мне, глаголя: аще сохранят сынове твои пути своя, еже ходити предо Мною во истине всем сердцем своим и всею душею своею, глаголя: не искоренится тебе муж с престола Израилева:
Onda Rəbb mənə verdiyi bu sözü yerinə yetirəcək: “Əgər övladların öz yollarına diqqət etsələr, bütün ürəkləri və canları ilə Mənə sadiq qalsalar, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.
5 и ты веси, елика сотвори мне Иоав сын Саруин, елика сотвори двема воеводама сил Израилевых, Авениру сыну Нирову и Амессаю сыну Иеферову, и уби их, и излия крови брани в мире, и даде кровь неповинных на поясе своем, иже на чреслех его, и на сапозе своем сущем на нозе его:
Sən Seruya oğlu Yoavın mənə nə elədiyini bilirsən: İsrail ordusunun iki başçısı Ner oğlu Avnerlə Yeter oğlu Amasanı öldürərək sülh zamanı hərb qanı tökdü və belindəki kəmərlə ayağındakı çarıqları qana bulaşdırdı.
6 и сотвориши по мудрости твоей, и не сведеши старости его с миром во ад: (Sheol h7585)
Sən öz hikmətinə görə davran, qoy onun ağarmış başı ölülər diyarına salamat enməsin. (Sheol h7585)
7 сыном же Верзеллии Галаадитина сотвориши милость, и да будут с ядущими трапезу твою: яко тако приближишася мне, внегда бежати мне от лица Авессалома брата твоего:
Gileadlı Barzillayın oğullarına xeyirxahlıq et, qoy süfrəndə yemək yeyənlərin arasında olsunlar. Çünki mən qardaşın Avşalomun önündən qaçdığım vaxt onlar mənə kömək etdilər.
8 и се, с тобою Семей сын Гирань сын Иемениин от Ваурима, и той прокля мя проклятием горьким, в день в оньже исхождах в Полки: и той сниде на сретение ми на Иордан, и кляхся ему о Господе, глаголя: не убию тя оружием:
Baxurimdən olan Binyaminli Gera oğlu Şimey də sənin yanındadır. Maxanayimə getdiyim gün o məni ağır lənətlədi. Ancaq sonra məni qarşılamaq üçün İordan çayı sahilinə endi və mən ona “səni qılıncla öldürməyəcəyəm” deyə Rəbbin haqqı üçün and içdim.
9 и да не обезвиниши его, яко муж мудр еси ты, и увеси что сотвориши ему, и сведеши старость его с кровию во ад. (Sheol h7585)
İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər». (Sheol h7585)
10 И успе Давид со отцы своими, и погребен бысть во граде Давидове.
Davud ataları ilə uyudu və Davudun şəhərində basdırıldı.
11 И бысть дний, в няже царствова Давид во Израили, четыредесять лет: в Хевроне царствова седмь лет, во Иерусалиме же тридесять три лета.
Davud İsrail üzərində qırx il padşah olmuşdu: yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etmişdi.
12 И Соломон седе на престоле Давида отца своего сын дванадесяти лет, и уготовася царствие его зело.
Süleyman atası Davudun taxtında oturdu və onun padşahlığı çox möhkəm oldu.
13 И вниде Адониа сын Аггифин к Вирсавии матери Соломони, и поклонися ей. Она же рече: мир ли вход твой? И рече: мир.
Haqqit oğlu Adoniya Süleymanın anası Bat-Şevanın yanına gəldi. Bat-Şeva dedi: «Xeyirlə gəlirsənmi?» Adoniya «bəli» deyə cavab verdi.
14 И рече: слово мне к тебе. И рече ему: глаголи.
Sonra dedi: «Sənə söyləyəcək sözüm var». Bat-Şeva «söylə» dedi.
15 И рече ей: ты веси, яко мне бе царство, и на мя весь Израиль положи лице свое, еже царствовати, и обратися царство, и бысть брату моему, яко от Господа бысть ему:
O dedi: «Sən bilirsən ki, padşahlıq mənim idi və bütün İsraillilər mənim padşah olacağımı gözləyirdilər, ancaq hər şey dəyişdi, padşahlıq qardaşımın əlinə keçdi, çünki Rəbb belə etdi.
16 и ныне прошения единаго аз прошу от тебе, не отврати лица своего. И рече ему Вирсавиа: глаголи.
İndi səndən bir xahişim var, mənə “yox” demə». Bat-Şeva ona «söylə» dedi.
17 И рече к ней: рцы к Соломону царю, яко не имать отвратити лица своего от тебе, и дабы ми дал Ависагу Сумантяныню в жену.
O dedi: «Xahiş edirəm, padşah Süleymana söylə – o sənə “yox” deməz – qoy Şunemli Avişaqı mənə arvad olmaq üçün versin».
18 И рече Вирсавиа: добре, аз имам глаголати о тебе к царю.
Bat-Şeva dedi: «Yaxşı, mən səndən ötrü padşahla danışaram».
19 И вниде Вирсавиа пред царя Соломона глаголати ему о Адонии. И воста царь на сретение ей, и поклонися ей, и седе на престоле своем: и поставиша престол другий матери цареве, и седе одесную его,
Bat-Şeva Adoniya barədə padşah Süleymanla danışmaq üçün onun yanına getdi. Padşah onu qarşılamaq üçün ayağa qalxdı və ona təzim etdi, sonra taxtına oturdu. Padşah anası üçün də bir taxt qoydurdu. O, padşahın sağında oturdu,
20 и рече ему: прошения мала единаго аз прошу у тебе, не отврати лица моего. И рече к ней царь: проси, мати моя, яко не отвращуся от тебе.
sonra dedi: «Mənim səndən kiçik bir xahişim var, mənə “yox” demə». Padşah ona dedi: «Söylə, ana, mən sənə “yox” demərəm».
21 И рече: даждь Ависагу Сумантяныню Адонии брату твоему в жену.
Bat-Şeva dedi: «Şunemli Avişaqı qardaşın Adoniyaya arvad olmaq üçün ver».
22 И отвеща царь Соломон и рече матери своей: вскую ты просиши Ависаги Сумантяныни Адонии? Еще проси ему и царства, яко той брат мой болший мене, и ему Авиафар иерей, и ему Иоав сын Саруин воевода друг.
Padşah Süleyman anasına cavab verib dedi: «Niyə Adoniya üçün Şunemli Avişaqı istəyirsən? Padşahlığı da onun üçün istə, üstəlik onunla birlikdə kahin Evyatarla Seruya oğlu Yoav üçün istə. Axı o mənim böyük qardaşımdır!»
23 И клятся царь Соломон Господем, глаголя: сия да сотворит мне Бог и сия да приложит, яко на душу свою глагола Адониа слово сие:
Padşah Süleyman Rəbbin haqqı üçün and içərək dedi: «Əgər Adoniya bu sözü öz həyatı bahasına söyləməmişsə, Allah mənə beləsini və bundan betərini etsin.
24 и ныне жив Господь, Иже уготова мя, и посади мя на престоле отца моего Давида, и Той сотвори ми дом, якоже глагола Господь, яко днесь умрет Адониа.
İndi məni möhkəmləndirib atam Davudun taxtında oturtmuş və söylədiyi kimi mənə bir ev qurmuş var olan Rəbbə and olsun ki, Adoniya hökmən bu gün öldürüləcək!»
25 И посла царь Соломон рукою Ванеа сына Иодаева, и уби его, и умре Адониа в той день.
Padşah Süleyman Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Adoniyanı vurdu və o öldü.
26 И Авиафару иерею рече царь: тецы ты во Анафоф на село твое, яко муж смерти еси ты в днешний день, но не умерщвлю тебе, яко носил еси кивот завета Господня пред отцем моим (Давидом), и яко озлоблен был еси во всех, имиже озлоблен бе отец мой.
Padşah kahin Evyatara da dedi: «Anatota, öz tarlalarına get! Sən ölümə layiqsən, amma indi səni öldürmürəm. Çünki atam Davudun önündə Xudavənd Rəbbin sandığını daşıyırdın və atamın çəkdiyi hər əzabı sən də çəkirdin».
27 И изгна Соломон Авиафара, еже не быти ему иереем Господним, якоже сбытися словеси Господню, еже глагола на дом Илиев в Силоме.
Beləcə Süleyman Evyatarı Rəbbin kahinliyindən qovdu. Bununla da Elinin evinə qarşı Rəbbin Şiloda söylədiyi söz yerinə yetdi.
28 И слух дойде до Иоава сына Саруина, яко Иоав последова Адонии, и в след Соломонь не уклонися. И бежа Иоав в скинию Господню, и ятся рогов олтаревых.
Xəbər Yoava çatdı. Yoav Avşaloma qoşulmadığı halda Adoniyanın tərəfini tutmuşdu. Buna görə də o, Rəbbin ibadət çadırına qaçdı və qurbangahın buynuzlarından yapışdı.
29 И возвестиша Соломону, глаголюще: яко бежа Иоав в скинию Господню, и се, держится рогов олтаревых. И посла царь Соломон ко Иоаву, глаголя: что ти бысть, яко убежал еси во олтарь? И рече Иоав: яко убояхся от лица твоего, и бежах ко Господу. И посла Соломон Ванеа сына Иодаева, глаголя: иди, и убий его, и погреби его.
Padşah Süleymana söylədilər: «Yoav Rəbbin ibadət çadırına qaçdı və indi qurbangahın yanındadır». Süleyman «get, onu öldür» deyə Yehoyada oğlu Benayanı göndərdi.
30 И прииде Ванеа сын Иодаев ко Иоаву в скинию Господню, и рече ему: сия глаголет царь: изыди. И рече Иоав: не изыду, но да зде умру. И возвратися Ванеа сын Иодаев и рече царю, глаголя: сия глагола Иоав и сия отвеща мне.
Benaya Rəbbin ibadət çadırına gəlib Yoava dedi: «Çıx, padşah belə deyir!» O dedi: «Yox, burada öləcəyəm». Benaya padşaha «Yoav belə dedi və mənə bu cavabı verdi» deyə xəbər gətirdi.
31 И рече ему царь: иди и сотвори ему, якоже рече, и убий его, и погреби его, и отими днесь кровь, юже туне пролия Иоав, от мене и от дому отца моего:
Padşah ona dedi: «Onun dediyi kimi et: onu orada öldür və basdır ki, Yoavın səbəbsiz tökdüyü qanın təqsirini mənim və atamın evi üzərindən götürəsən.
32 и возврати Господь кровь неправды его на главу его, якоже нападе на два мужа праведна и блага паче его, и уби их оружием: и отец мой Давид не разуме крове их, Авенира сына Нирова, воеводу Израилева, и Амессая сына Иеферова, воеводу Иудина:
Rəbb onun qanını öz başına döndərəcək, çünki o özündən daha saleh və daha yaxşı olan iki nəfəri qılıncla vurdu: atam Davudun xəbəri olmadan İsrail ordusunun başçısı Ner oğlu Avnerlə Yəhuda ordusunun başçısı Yeter oğlu Amasanı öldürdü.
33 и возвратися кровь их на главу его и на главу семене его во веки: Давиду же и семени его, и дому его, и престолу его мир да будет до века от Господа.
Beləcə onların qanı həmişəlik Yoavın və onun nəslinin üstündə qalacaq, amma Rəbb Davuda, onun nəslinə, evinə və taxtına əbədi əmin-amanlıq verəcək».
34 И взыде Ванеа сын Иодаев и нападе на него, и уби его, и погребе его в дому его в пустыни.
Yehoyada oğlu Benaya yuxarıya getdi, Yoavı vurub öldürdü və onu çöldəki evində basdırdılar.
35 И постави царь Соломон Ванеа сына Иодаева вместо его над воинством: царство же управляшеся во Иерусалиме. И Садока иереа даде Соломон царь во иереа перваго вместо Авиафара.
Padşah Yoavın yerinə Yehoyada oğlu Benayanı ordu başçısı qoydu. Evyatarın yerinə isə kahin Sadoqu təyin etdi.
36 И послав царь Соломон, призва Семеа и рече ему: созижди себе дом во Иерусалиме и седи тамо, и не исходи оттуду никаможе:
Padşah Şimeyi çağırtdırıb ona dedi: «Yerusəlimdə özünə bir ev tik və orada yaşa, heç yerə getmə.
37 и будет в день исхода твоего, и прейдеши поток Кедрский, разумея разумей, яко смертию умреши: кровь твоя будет на главе твоей. И заклят его царь в день той.
Oradan çıxıb Qidron vadisini keçdiyin gün, bil ki, hökmən öləcəksən və qanın öz üstündə qalacaq».
38 И рече Семей к царю: благ глагол, егоже глаголал еси, господи мой царю: тако сотворит раб твой. И седе Семей во Иерусалиме три лета.
Şimey padşaha dedi: «Sözünlə razıyam, ağam padşah necə dedisə, qulun elə də edəcək». Şimey uzun müddət Yerusəlimdə yaşadı.
39 И бысть по триех летех, и бежаста два раба Семеина ко Агхусу сыну Маахаину, царю Гефску. И возвестиша Семею, глаголюще: се, раби твои во Гефе.
Üçüncü ilin sonunda Şimeyin iki qulu Qat padşahı Maaka oğlu Akişin yanına qaçdı. Şimeyə xəbər gəldi ki, qulları Qatdadır.
40 И воста Семей, и оседла осля свое, и иде во Геф ко Агхусу взыскати рабы своя: и пойде Семей, и приведе рабы своя от Гефа.
O qalxıb eşşəyini palanladı, qullarını axtarmaq üçün Qata, Akişin yanına gedib onları Qatdan gətirdi.
41 И возвестиша Соломону, глаголюще: яко Семей ходи из Иерусалима в Геф и возврати рабы своя.
Şimeyin Yerusəlimdən Qata gedib-gəlmək xəbəri Süleymana çatdı.
42 И посла царь и призва Семеа и рече к нему: не заклях ли тя Господем, и засвидетелствовах тебе, глаголя: в оньже аще день изыдеши из Иерусалима и пойдеши на десно или на шуее, разумея разумей, яко смертию умреши? И рекл ми еси: благ глагол, егоже слышах:
Padşah Şimeyi çağırtdırıb ona dedi: «Səni Rəbbin haqqına and içdirmədimmi? “Çıxıb bir yerə getdiyin gün, bil ki, hökmən öləcəksən!” deyə sənə xəbərdarlıq etmədimmi? Sən də mənə “yaxşı, sözünlə razıyam” demədinmi?
43 и что яко не сохранил еси клятвы Господни и заповеди, юже заповедах на тя?
Elə isə Rəbbə içdiyin anda və sənə verdiyim əmrə niyə əməl etmədin?»
44 И рече царь к Семею: ты веси всю злобу твою, юже весть сердце твое, яже сотворил еси Давиду отцу моему: и возврати Господь злобу твою на главу твою:
Sonra padşah Şimeyə dedi: «Sən atam Davuda qarşı ürəyində saxladığın və etdiyin pisliklərin hamısını bilirsən. Pisliyini Rəbb sənin öz başına döndərəcək.
45 и царь Соломон благословен, и престол Давидов будет готов пред Господем во веки.
Amma qoy padşah Süleyman xeyir-dua alsın və Davudun taxtı Rəbbin önündə əbədi möhkəmlənsin».
46 И заповеда царь Соломон Ванею сыну Иодаеву: и изыде, и уби его, и умре (Семей).
Padşah Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Şimeyi vurdu və o öldü. Beləliklə, Süleymanın padşahlığı möhkəmləndi.

< Третья книга Царств 2 >