< Псалми 83 >

1 Боже! Немој замукнути, немој ћутати, нити почивај, Боже!
Bir ilahi. Asəfin məzmuru. Ey Allah, susub səssiz durma! Ey Allah, sakit olma!
2 Јер ево непријатељи Твоји узавреше, и који Те ненавиде, подигоше главу.
Budur, düşmənlər qiyamət qoparır, Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.
3 По народ Твој зло наумише, и договарају се на изабране Твоје.
Xalqına qarşı fənd işlədirlər, Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.
4 Рекоше: Ходите да их истребимо између народа да се више не спомиње име Израиљево.
Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək».
5 Сложно присташе и супрот Теби веру ухватише:
Ürəkləri bir olaraq qərara gəliblər, Sənə qarşı bunlar əhd ediblər:
6 Насеља Едомова и Исмаиловци, Моав и Агарени,
Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər,
7 Гевал и Амон и Амалик, Филистеји с Тирцима;
Geval, Ammon, Amaleq, Filişt və Sur əhalisi.
8 И Асур удружи се с њима; постадоше мишица синовима Лотовим.
Aşşur da onlara qoşulub, Lutun övladlarına kömək edir. (Sela)
9 Учини им онако као Мадијану, као Сисари, као Јавину на потоку Кисону.
Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.
10 Који су истребљени у Аендору, нагнојише собом земљу.
Onlar En-Dorda həlak oldular, Torpaq üçün peyin oldular.
11 Уради с њима, с кнезовима њиховим, као с Оривом и Зивом, и са свима главарима њиховим као са Зевејем и Салманом.
Əsilzadələrini Orev və Zeev kimi et, Bütün ağalarını Zevah və Salmunna kimi et.
12 Јер говоре: Освојимо насеља Божија.
Onlar demişdilər: «Allahın otlaqlarına sahib olaq».
13 Боже мој! Заповеди нека буду као прах, као песак пред ветром.
Ey Allahım, onları sovrulan toza, Küləyin süpürdüyü saman qırıntısına çevir.
14 Као што огањ сажиже шуму, и као пламен што запаљује горе,
Meşəni yandıran od kimi, Dağları alışdıran alov kimi
15 Тако их погнај буром својом и вихором својим смети их.
Onları tufanınla qov, Qasırğanla dəhşətə sal.
16 Покриј лице њихово срамотом, да би тражили име Твоје, Господе!
Ya Rəbb, onların üzünü xəcalətə bürü, Qoy Sənin ismini axtarsınlar.
17 Нека се стиде и сраме довека, нека се смету и изгину!
Əbədilik utanaraq vəlvələyə düşsünlər, Rüsvay olub yox olsunlar.
18 И нека знају да си Ти, коме је име Господ, једини највиши над свом земљом.
Bilsinlər ki, Sənin ismin Rəbdir, Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!

< Псалми 83 >