< Псалми 65 >

1 У Теби је уздање, Боже, Теби припада хвала на Сиону, и Теби се извршују завети.
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Bir ilahi. Ey Allah, Səni Sionda həmdlər gözləyir, Sənə edilən əhd yerinə yetiriləcək.
2 Ти слушаш молитву; к Теби долази свако тело.
Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək.
3 Безакоња ме притискају, Ти ћеш очистити грехе наше.
Mən günaha batmışdım, Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.
4 Благо ономе кога изабираш и примаш, да живи у двору Твом! Наситићемо се добром дома Твог, светињом цркве Твоје.
Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
5 Дивно нам одговараш по правди својој, Боже, Спаситељу наш, узданицо свих крајева земаљских, и народа преко мора далеко.
Sən ey qurtuluşumuzun Allahı, Zəhmli işlərinlə ədalətini göstərirsən, Bizə cavab verirsən. Sən yer üzünün bütün ucqarlarının, Ən uzaq dənizlərin belə, ümidisən.
6 Који си поставио горе својом силом, опасао се јачином,
Sən qüdrətə bürünmüsən, Qüvvətinlə dağları möhkəmlətmisən.
7 Који утишаваш хуку морску, хуку вала њихових и буну по народима!
Dənizlərin uğultusunu, Dalğaların gurultusunu, Ümmətlərin çaxnaşmasını Yatıran Sənsən.
8 Боје се Твојих чудеса који живе на крајевима земаљским; све што се јавља јутром и вечером Ти будиш да слави Тебе.
Dünyanın ucqarlarında yaşayanlar Sənin əlamətlərinə mat qalırlar. Gündoğandan günbatanadək bütün insanlar Sənə mədh oxuyurlar.
9 Надгледаш земљу и заливаш је, обилно је обогаћаваш; поток је Божји пун воде, спремаш за њих жито, јер си тако уредио.
Yer üzünün qayğısına qalıb su verirsən, Onu çox məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, Torpağı taxıl üçün hazır edirsən.
10 Бразде њене напајаш, равниш груде њене, кишним капљама размекшаваш је, благосиљаш је да рађа.
Torpağın şırımlarını sulayırsan, Aralarını bərkidirsən, Gur yağışla torpağını yumşaldırsan, Məhsuluna bərəkət verirsən.
11 Ти венчаваш годину, којој добро чиниш; стопе су Твоје пуне масти.
Yaxşılıqlarınla tac qoyursan, Yollarından yağ damır,
12 Тију паше по пустињама, и хумови се опасују радошћу.
Çöl otlaqlarına tökülür, Təpələr sevincə bürünür.
13 Луке се осипају стадима, и поља се заодевају пшеницом; веселе се и певају.
Çəmənlərin sürülərlə dolur, Dərələrini taxıl bürüyür. Onlar cuşa gəlib tərənnüm söyləyir!

< Псалми 65 >