< 2 Књига Самуилова 5 >

1 Тада дођоше сва племена Израиљева к Давиду у Хеврон, и рекоше му говорећи: Ево, ми смо кост твоја и тело твоје.
İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik.
2 И пре, док Саул беше цар над нама, ти си одводио и доводио Израиља; и Господ ти је рекао: Ти ћеш пасти народ мој Израиља и ти ћеш бити вођ Израиљу.
Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan».
3 Тако дођоше све старешине Израиљеве к цару у Хеврон, и учини с њима цар Давид веру у Хеврону пред Господом; и помазаше Давида за цара над Израиљем.
İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.
4 Тридесет година беше Давиду кад се зацари, и царова четрдесет година.
Davud padşah olanda otuz yaşı var idi və qırx il padşahlıq etdi.
5 У Хеврону царова над Јудом седам година и шест месеци; а у Јерусалиму царова тридесет и три године над свим Израиљем и Јудом.
O, Xevronda Yəhuda üzərində yeddi il altı ay idi ki, padşahlıq etmişdi və Yerusəlimdə, bütün İsrail ilə Yəhuda üzərində isə otuz üç il padşahlıq etdi.
6 А цар отиде са својим људима у Јерусалим на Јевусеје, који живљаху у оној земљи. И они рекоше Давиду говорећи: Нећеш ући овамо док не узмеш слепе и хроме, хотећи казати: Неће ући овамо Давид.
Padşahla adamları Yerusəlimə gedib o torpağın yerli əhalisi Yevuslulara hücum etdilər. Yevuslular Davuda dedilər: «Sən buraya girə bilməzsən. Əgər buraya gəlsən, səni hətta korlar və topallar da geri ata bilər». Onlar fikirləşdilər ki, Davud bu şəhərə girə bilməz.
7 Али Давид узе кулу Сион, то је град Давидов.
Buna baxmayaraq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı.
8 Јер рече Давид у онај дан: Ко год побије Јевусеје и дође до јаза, и до слепих и хромих, на које мрзи душа Давидова, биће војвода. Зато се каже: Слепи и хроми да не улазе у ову кућу.
Davud həmin gün dedi: «Hər kim Yevuslulara hücum edəcəksə, yeraltı keçidlə Davudun canına nifrət edən o topallara və korlara çatmalıdır». Elə buna görə də deyirlər ki, kor və topallar saraya girməyəcək.
9 И седе Давид у кули, и назва је градом Давидовим: и погради је Давид унаоколо од Милона и унутра.
Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi.
10 И Давид једнако напредоваше, јер Господ Бог над војскама беше с њим.
Davud getdikcə yüksəlirdi, çünki Ordular Allahı Rəbb onunla idi.
11 И Хирам цар тирски посла посланике к Давиду, и кедрових дрва и дрводеља и каменара, и саградише кућу Давиду.
Sur padşahı Xiram Davudun yanına qasidlərlə sidr ağacları, dülgərlər, bənnalar göndərdi. Onlar Davud üçün bir ev tikdilər.
12 И разуме Давид да га је Господ утврдио за цара над Израиљем, и да је узвисио царство његово ради народа свог Израиља.
Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirib və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəldib.
13 И узе Давид још иноча и жена из Јерусалима, пошто дође из Хеврона; и роди се Давиду још синова и кћери.
Davud Xevrondan gələndən sonra Yerusəlimdən özünə təzə arvadlarla cariyələr aldı. Onlar Davuda yenə oğul və qızlar doğdu.
14 И ово су имена оних који му се родише у Јерусалиму: Самуја и Совав и Натан и Соломун,
Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman,
15 И Јевар и Елисуја и Нафиг и Јафија,
İvxar, Elişua, Nefeq, Yafia,
16 И Елисама и Елијада и Елифалет.
Elişama, Elyada və Elifelet.
17 А Филистеји чувши да су помазали Давида за цара над Израиљем, изиђоше сви Филистеји да траже Давида; а Давид чувши то, отиде у кулу.
Filiştlilər eşitdilər ki, Davud İsrail üzərində padşah olmaq üçün məsh edilib. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib qalaya endi.
18 И Филистеји дошавши раширише се по долини рафајској.
Filiştlilər gəlib Refaim vadisinə yayıldı.
19 Тада Давид упита Господа говорећи: Хоћу ли изаћи на Филистеје? Хоћеш ли их дати у моје руке? А Господ рече Давиду: Изађи; доиста ћу дати Филистеје у твоје руке.
Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm».
20 Тада Давид дође у Вал-Ферасим, и поби их онде, и рече: Продре Господ непријатеље моје преда мном као кад вода продире. Отуда се прозва оно место Вал-Ферасим.
Davud Baal-Perasimə gəlib Filiştliləri qırdı və belə dedi: «Sellər bəndləri dağıtdığı kimi Rəbb də düşmənlərimi mənim önümdə dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular.
21 И оставише онде лажне богове своје; а Давид и људи његови однесоше их.
Filiştlilər qaçanda bütlərini orada qoydular. Davudla adamları o bütləri götürüb apardı.
22 И опет наново дођоше Филистеји, и раширише се у долини рафајској.
Filiştlilər yenə də Refaim vadisinə çıxaraq yayıldılar.
23 И Давид упита Господа, који рече: Не иди пред њих, него им зађи за леђа, па удари на њих према дудовима.
Buna görə Davud Rəbdən soruşdu və Rəbb dedi: «Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.
24 Па кад чујеш да зашушти по врховима од дудова, онда се крени, јер ће онда поћи Господ пред тобом да побије војску филистејску.
Balzam ağaclarının başından addım səslərini eşidəndə cəld hərəkətə keç, çünki o zaman Rəbb sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq».
25 И Давид учини тако како му заповеди Господ, и поби Филистеје од Гаваје до Гезера.
Rəbb Davuda necə buyurmuşdusa, o da elə etdi və Gevadan Gezerə çatana qədər Filiştliləri qırdı.

< 2 Књига Самуилова 5 >