< Brojevi 16 >

1 A Korej sin Isara sina Kata sina Levijeva, i Datan i Aviron sinovi Elijavovi, i Avnan sin Faleta sina Ruvimova pobuniše se,
Levi oğlu Qohat oğlu İshar oğlu Qorah qürurlanıb Ruven nəslindən Eliav oğulları Datan ilə Aviram və Pelet oğlu On ilə birlikdə
2 I ustaše na Mojsija, i s njima dvjesta i pedeset ljudi izmeðu sinova Izrailjevijeh, glavara narodnijeh, koji se sazivahu na zbor i bijahu ljudi znatni.
Musaya qarşı üsyan qaldırdılar. İsrail övladlarından icmada seçilmiş və ad qazanmış iki yüz əlli nəfər icma rəhbəri onlara qoşuldu.
3 I skupiše se na Mojsija i na Arona, i rekoše im: dosta nek vam je; sav ovaj narod, svi su sveti, i meðu njima je Gospod; zašto se vi podižete nad zborom Gospodnjim?
Birlikdə toplanaraq Musa ilə Haruna qarşı çıxdılar və onlara dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?»
4 Kad to èu Mojsije, pade nièice.
Musa bunu eşidib üzüstə yerə sərildi.
5 Potom reèe Koreju i svoj družini njegovoj govoreæi: sjutra æe pokazati Gospod ko je njegov, i ko je svet, i koga je pustio k sebi, jer koga je izabrao onoga æe pustiti k sebi.
Sonra Qorah ilə bütün yoldaşlarına dedi: «Səhər Rəbb kimin Ona məxsus, kimin müqəddəs olduğunu göstərəcək və həmin adamın Öz hüzuruna girməsinə izin verəcək. Rəbbin seçdiyi adam hüzuruna girməsinə izin verdiyi adamdır.
6 Ovo uèinite: uzmite kadionice, Korej sa svom družinom svojom.
Ey Qorah və bütün yoldaşları, özünüz üçün buxurdanlar alın;
7 I metnite sjutra u njih ognja i metnite u njih kada pred Gospodom, i koga izbere Gospod onaj æe biti svet. Dosta nek vam je, sinovi Levijevi!
səhəri gün Rəbbin hüzurunda onların içinə közərmiş kömür və buxur qoyun. Beləliklə, Rəbb kimi seçibsə, müqəddəs olan o olacaqdır. Ey Levililər, artıq bəsdir!»
8 I reèe Mojsije Koreju: èujte sinovi Levijevi!
Musa Qoraha bunu da söylədi: «Ey Levililər, mənə qulaq asın!
9 Malo li vam je što vas je Bog Izrailjev odvojio od zbora Izrailjeva pustivši vas k sebi da vršite službu u šatoru Gospodnjem i da stojite pred zborom i služite za nj?
İsrailin Allahı sizi İsrail icmasından seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın önündə duraraq onlara xidmət edəsiniz.
10 Pustio je k sebi tebe i svu braæu tvoju, sinove Levijeve, s tobom, a vi tražite još i sveštenstvo?
Sizə və bütün Levili qardaşlarınıza Öz hüzuruna girmə səlahiyyətini verdi. Bu sizə azmı gəlir? İndi kahinliyi də istəyirsiniz?
11 Zato ti i sva družina tvoja skupiste se na Gospoda. Jer Aron šta je da vièete na nj?
Deməli, ey Qorah, sən və bütün yoldaşların belə toplanaraq Rəbbə qarşı çıxırsınız. Harun kimdir ki, ona qarşı deyinirsiniz?»
12 I posla Mojsije da dozovu Datana i Avirona sinove Elijavove. A oni odgovoriše: neæemo da idemo.
Musa Eliav oğulları Datanı və Aviramı çağırtdırdı və onlar dedi: «Gəlməyəcəyik!
13 Malo li je što si nas izveo iz zemlje u kojoj teèe mlijeko i med da nas pobiješ u ovoj pustinji, nego još hoæeš da vladaš nad nama?
Bizi səhrada öldürmək üçün süd və bal axan ölkədən çıxardığın bəs deyil, hələ özünü üzərimizdə başçı etmək istəyirsən?
14 Jesi li nas odveo u zemlju gdje teèe mlijeko i med? i jesi li nam dao da imamo njiva i vinograda? hoæeš li oèi ovijem ljudima da iskopaš? Neæemo da idemo.
Bundan başqa, bizi süd və bal axan bir ölkəyə gətirmədin, irs olaraq bizə tarlalar və bağlar vermədin. Bu adamların gözündən pərdə asmaq istəyirsən? Gəlməyəcəyik!»
15 Tada se rasrdi Mojsije vrlo, i reèe Gospodu: nemoj pogledati na dar njihov; nijednoga magarca nijesam uzeo od njih, niti sam kome od njih uèinio kakoga zla.
Musa çox qəzəblənib Rəbbə dedi: «Onların təqdimlərinə əhəmiyyət vermə; onlardan bir eşşək belə, almadım və onların heç birinə pislik etmədim».
16 Potom reèe Mojsije Koreju: ti i svi tvoji stanite sjutra pred Gospodom, ti i oni i Aron.
Musa Qoraha dedi: «Sən və bütün yoldaşların, sabah Rəbbin hüzurunda olun – sən, onlar və Harun.
17 I uzmite svaki svoju kadionicu, i metnite u njih kada, i stanite pred Gospodom svaki sa svojom kadionicom, dvjesta i pedeset kadionica, i ti i Aron, svaki sa svojom kadionicom.
Hər biriniz öz buxurdanınızı götürüb üzərinə buxur qoyun. Sonra iki yüz əlli nəfərin hər biri buxurdan götürüb Rəbbin hüzuruna gətirsin. Sən və Harun da buxurdanınızı gətirin».
18 I uzeše svaki svoju kadionicu, i metnuvši u njih ognja metnuše u njih kada, i stadoše na vrata šatora od sastanka s Mojsijem i Aronom.
Hər kəs öz buxurdanını götürüb içinə közərmiş kömür və buxur qoydu. Sonra Musa və Harunla birgə Hüzur çadırının girişində durdular.
19 A Korej sabra na njih sav zbor na vrata šatora od sastanka; tada se pokaza slava Gospodnja svemu zboru.
Qorah Musa ilə Haruna qarşı çıxmaq üçün bütün yoldaşlarını Hüzur çadırının girişinə toplayanda Rəbbin izzəti bütün icmaya göründü.
20 I reèe Gospod Mojsiju i Aronu govoreæi:
Rəbb Musaya və Haruna dedi:
21 Odvojte se iz toga zbora, da ih odmah satrem.
«Bu icmadan ayrılın ki, onları bir an içində məhv edim».
22 A oni padoše nièice i rekoše: Bože, Bože duhovima i svakom tijelu! ovaj jedan zgriješio, i na sav li æeš se zbor gnjeviti?
Onlar üzüstə yerə sərildilər: «Ey Allah, bütün bəşərə ruh verən Allah! Bir adamın günahına görə bütün icmayamı qəzəblənirsən?»
23 Opet reèe Gospod Mojsiju govoreæi:
Rəbb Musaya dedi:
24 Reci zboru i kaži: otstupite od šatora Korejeva i Datanova i Avironova.
«İcmaya de: “Qorah, Datan və Aviramın məskənlərinin ətrafından çəkilin!”»
25 I ustavši Mojsije otide k Datanu i Avironu, a za njim otidoše starješine Izrailjeve.
Musa qalxıb Datanla Aviramın yanına getdi. İsrailin ağsaqqalları da onun ardınca getdilər.
26 I reèe zboru govoreæi: otstupite od šatora tijeh bezbožnika, i ne dodijevajte se nièega što je njihovo, da ne izginete sa svijeh grijeha njihovijeh.
Musa icmaya xəbərdarlıq edib dedi: «Nə olar, bu pis adamların məskənlərindən uzaqlaşın və onlara aid olan heç bir şeyə toxunmayın. Yoxsa onların bütün günahlarına görə siz məhv olarsınız».
27 I otstupiše sa svijeh strana od šatora Korejeva i Datanova i Avironova; a Datan i Aviron izašavši stadoše svaki na vrata od šatora svojega sa ženama svojim i sa sinovima svojim i s djecom svojom.
Hamı Qorah, Datan və Aviramın məskənlərindən uzaqlaşdı. Datanla Aviram, arvadları, oğulları və körpə uşaqları ilə çıxıb çadırlarının girişində durdular.
28 Tada reèe Mojsije: ovako æete poznati da me je Gospod poslao da èinim sva ova djela, i da ništa ne èinim od sebe:
Musa dedi: «Bütün bu işləri etmək üçün məni Rəbbin göndərdiyini, özbaşıma hərəkət etmədiyimi bununla biləcəksiniz.
29 Ako ovi pomru kao što mru svi ljudi, i ako budu pokarani kao što bivaju pokarani svi ljudi, nije me poslao Gospod;
Əgər bu adamlar hər kəsin öldüyü kimi ölsələr və yaxud hər kəsin başına gələn təcrübələrdən keçsələr, o halda Rəbb məni göndərməmişdir.
30 Ako li što novo uèini Gospod, i zemlja otvori usta svoja i proždre ih sa svijem što je njihovo, i siðu živi u grob, tada znajte da su ovi ljudi uvrijedili Gospoda. (Sheol h7585)
Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız». (Sheol h7585)
31 A kad izgovori rijeèi ove, rasjede se zemlja pod njima,
Musa bütün bu şeyləri danışıb qurtaran kimi onların altındakı yer yarıldı.
32 I otvorivši zemlja usta svoja proždrije ih, i domove njihove i sve ljude Korejeve i sve blago njihovo.
Yer ağzını açdı, onları, ailələrini, Qoraha aid olan bütün adamları və bütün mallarını uddu.
33 I tako siðoše sa svijem što imahu živi u grob, i pokri ih zemlja i nesta ih iz zbora. (Sheol h7585)
Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox oldular. (Sheol h7585)
34 A svi Izrailjci koji bijahu oko njih pobjegoše od vike njihove, jer govorahu: da nas ne proždre zemlja.
Onların ətrafında olan bütün İsrail övladları onların fəryadını eşidib «Yer bizi də udmasın!» deyərək qaçışdılar.
35 I izaðe oganj od Gospoda, i sažeže onijeh dvjesta i pedeset ljudi koji prinesoše kad.
Rəbbin hüzurundan od çıxdı və buxur təqdim edən iki yüz əlli nəfəri məhv etdi.
36 Tada reèe Gospod Mojsiju govoreæi:
Rəbb Musaya dedi:
37 Kaži Eleazaru sinu Arona sveštenika neka pokupi kadionice iz toga garišta, i ugljevlje iz njih neka razbaci, jer su svete;
«Kahin Harun oğlu Eleazara de, buxurdanları yanmış adamların üstündən götürsün, sən isə közləri kənara dağıt, çünki buxurdanlar müqəddəsdir.
38 Kadionice onijeh koji ogriješiše duše svoje neka raskuju na ploèe da se okuje oltar, jer kadiše njima pred Gospodom, zato su svete, i neka budu sinovima Izrailjevijem znak.
Öz həyatı bahasına günah edən bu adamların buxurdanlarından qurbangah üçün örtük olaraq lövhələr düzəltsinlər. Çünki buxurdanlar Rəbbə təqdim edildiyi üçün müqəddəsdir. Qoy bu, İsrail övladlarına əlamət olsun».
39 I pokupi Eleazar sveštenik kadionice mjedene, kojima bjehu kadili oni što izgorješe, i raskovaše ih na okov oltaru
Yandırılan adamların təqdim etmiş olduqları mis buxurdanları, kahin Eleazar Rəbbin Musa vasitəsilə ona dediyi kimi götürüb döydü və onlardan qurbangahı örtmək üçün lövhələr düzəltdi.
40 Za spomen sinovima Izrailjevijem, da ne pristupa niko drugi koji nije roda Aronova da kadi pred Gospodom, da mu ne bude kao Koreju i družini njegovoj, kao što mu bješe kazao Gospod preko Mojsija.
Bu, İsrail övladlarına bir xatirədir ki, Harunun nəslindən olmayan bir kənar şəxs Rəbbin hüzuruna gəlib buxur yandırmasın, yoxsa Qorah və yoldaşları kimi məhv olar.
41 A sjutradan vikaše sav zbor sinova Izrailjevijeh na Mojsija i na Arona govoreæi: pobiste narod Gospodnji.
Ancaq ertəsi gün bütün İsrail övladlarının icması Musaya və Haruna qarşı deyinərək dedilər: «Rəbbin xalqını siz öldürdünüz».
42 A kad se stjecaše narod na Mojsija i na Arona, pogledaše na šator od sastanka, a to oblak na njemu, i pokaza se slava Gospodnja.
İcma Musaya və Haruna qarşı çıxmaq üçün toplanıb Hüzur çadırına yönələndə qəflətən bulud çadırı bürüdü və Rəbbin izzəti göründü.
43 I doðe Mojsije i Aron pred šator od sastanka.
Musa ilə Harun Hüzur çadırının önünə gəldilər.
44 I reèe Gospod Mojsiju govoreæi:
Rəbb Musaya dedi:
45 Uklonite se iz toga zbora da ih odmah potrem. A oni padoše nièice.
«Bu icmanın arasından çıxın ki, onları bir anda məhv edim». Musa ilə Harun üzüstə yerə sərildilər.
46 I reèe Mojsije Aronu: uzmi kadionicu, i metni u nju ognja s oltara, i metni kada, i idi brže ka zboru, i oèisti ih; jer gnjev žestok izaðe od Gospoda, i pomor poèe.
Sonra Musa Haruna dedi: «Öz buxurdanını götür, içinə qurbangahdan közərmiş kömür və buxur qoy. Tez icmaya apar, onlar üçün kəffarə et, çünki Rəbb qəzəbini tökdü. Vəba başladı».
47 I uzevši Aron kadionicu, kao što mu reèe Mojsije, otrèa usred zbora, i gle, pomor veæ bješe poèeo u narodu; i okadiv oèisti narod.
Musanın dediyi kimi Harun buxurdanı götürdü və camaatın arasına qaçdı. Gördü ki, xalq arasında vəba başlamışdır. Buna görə buxuru təqdim edərək xalq üçün kəffarə etdi.
48 I stajaše meðu mrtvima i živima, i ustavi se pomor.
Harun ölülərlə dirilər arasında duranda vəba dayandı.
49 A onijeh koji pomriješe od toga pomora bješe èetrnaest tisuæa i sedam stotina, osim onijeh što izgiboše s Koreja.
Qorah əhvalatında ölənlərdən başqa vəbadan ölənlər on dörd min yeddi yüz nəfər idi.
50 I vrati se Aron k Mojsiju na vrata šatora od sastanka, kad se ustavi pomor.
Vəba dayandığına görə Harun Musanın yanına Hüzur çadırının girişinə qayıtdı.

< Brojevi 16 >