< Jeremija 36 >
1 A èetvrte godine Joakima sina Josijina cara Judina doðe ova rijeè Jeremiji od Gospoda govoreæi:
Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Rəbdən Yeremyaya bu söz nazil oldu:
2 Uzmi knjigu i napiši u nju sve rijeèi koje sam ti rekao za Izrailja i Judu i za sve narode, otkada ti poèeh govoriti, od vremena Josijina, do danas;
«Bir tumar götür, Yoşiyanın dövründə səninlə ilk dəfə danışdığım gündən indiyə qədər İsrail, Yəhuda və başqa millətlər haqqında sənə söylədiyim bütün sözləri oraya yaz.
3 Eda bi èuo dom Judin sve zlo koje im mislim uèiniti i vratio se svak sa svoga zloga puta, da bih im oprostio bezakonje i grijeh njihov.
Bəlkə Yəhuda xalqı başına gətirməyi niyyət etdiyim bütün fəlakətlər barəsində xəbər alanda öz pis yolundan dönər, Mən də onların təqsirlərini və günahlarını bağışlayaram».
4 Tada Jeremija dozva Varuha sina Nirijina, i napisa Varuh u knjigu iz usta Jeremijinih sve rijeèi Gospodnje koje mu govori.
O zaman Yeremya Neriya oğlu Baruku çağırdı. Baruk da Rəbbin Yeremyaya söylədiyi bütün sözləri onun dilindən eşidib tumara yazdı.
5 Potom zapovjedi Jeremija Varuhu govoreæi: meni nije slobodno, te ne mogu otiæi u dom Gospodnji.
Yeremya Baruka əmr edib dedi: «Mən məhbusam, Rəbbin məbədinə gedə bilmərəm.
6 Nego idi ti, i proèitaj iz knjige koju si napisao iz mojih usta, rijeèi Gospodnje, narodu u domu Gospodnjem u dan posni, i svijem Judejcima koji doðu iz gradova svojih proèitaj;
Sən oruc günü Rəbbin məbədinə get. Oradakı xalqa mənim dilimdən eşidib tumara yazdığın Rəbbin sözlərini oxu. Yəhuda şəhərlərindən gələn bütün xalqa bunu oxu.
7 Ne bi li moleæi se pripali ka Gospodu i vratili se svaki sa svojega puta zloga, jer je velik gnjev i jarost što je Gospod izrekao za taj narod.
Bəlkə onda Rəbbə yalvarışla müraciət edib öz pis yollarından dönərlər. Çünki Rəbbin bu xalq barədə ifadə etdiyi qəzəb və hiddət böyükdür».
8 I uèini Varuh sin Nirijin sve kako mu zapovjedi prorok Jeremija, i proèita iz knjige rijeèi Gospodnje u domu Gospodnjem.
Neriya oğlu Baruk Yeremya peyğəmbərin əmr etdiyi hər şeyə əməl etdi, tumarda yazılmış Rəbbin sözlərini Onun məbədində oxudu.
9 A pete godine Joakima sina Josijina cara Judina mjeseca devetoga oglasiše post pred Gospodom svemu narodu Jerusalimskom i svemu narodu koji doðe iz gradova Judinijeh u Jerusalim.
Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının beşinci ilinin doqquzuncu ayında Yerusəlimdə yaşayan və Yəhuda şəhərlərindən Yerusəlimə gələn bütün xalq Rəbbin önündə oruc elan etdi.
10 I proèita Varuh iz knjige rijeèi Jeremijine u domu Gospodnjem, u klijeti Gemarije sina Safanova pisara, u gornjem trijemu kod novijeh vrata doma Gospodnjega pred svijem narodom.
Mirzə Şafan oğlu Gemaryanın yuxarı həyətdə, məbədin Yeni darvazasının girişindəki otağında Baruk tumardan Yeremyanın sözlərini Rəbbin məbədinə yığışmış bütün xalqa oxudu.
11 A kad èu Mihej sin Gemarije sina Safanova sve rijeèi Gospodnje iz knjige,
Şafan oğlu Gemarya oğlu Mikeya tumardan oxunan Rəbbin sözlərini eşidən kimi
12 On siðe u dom carev u klijet pisarevu, i gle, ondje sjeðahu svi knezovi, Elisama pisar, i Delaja sin Semajin, i Elnatan sin Ahvorov, i Gemarija sin Safanov, i Sedekija sin Ananijin, i svi knezovi.
aşağı enib saraydakı mirzə otağına getdi. Bütün başçılar orada toplaşmışdı: mirzə Elişama, Şemaya oğlu Delaya, Akbor oğlu Elnatan, Şafan oğlu Gemarya, Xananya oğlu Sidqiya və başqaları.
13 I kaza im Mihej sve rijeèi što èu kad Varuh èitaše knjigu narodu.
Mikeya Barukun xalqa oxuduğu tumardan hər şeyi onlara danışdı.
14 Tada svi knezovi poslaše k Varuhu Judija sina Natanije sina Selemije sina Husijeva, i poruèiše mu: knjigu koju si èitao narodu uzmi u ruku i doði ovamo. I uze knjigu u ruku Varuh sin Nirijin, i doðe k njima.
Bundan sonra bütün başçılar Kuşi oğlu Şelemya oğlu Netanya oğlu Yehudini Barukun yanına göndərdi. Yehudi Baruka «xalqa oxuduğun tumarı götür gəl» dedi. Neriya oğlu Baruk əlində tumar onların yanına getdi.
15 I oni mu rekoše: sjedi i èitaj da èujemo. I Varuh im je proèita.
Başçılar ona dedi: «Buyur əyləş, bunu bizə də oxu». Baruk da tumarı onlara oxudu.
16 A kad èuše sve one rijeèi, svi se uplašiše i rekoše Varuhu: kazaæemo caru sve te rijeèi.
Onlar bütün bu sözləri eşidəndə qorxu içində bir-birlərinə baxıb Baruka dedilər: «Bütün bu sözləri mütləq padşaha bildirməliyik».
17 I zapitaše Varuha govoreæi: kaži nam kako si napisao sve te rijeèi iz usta njegovijeh.
Sonra Barukdan soruşdular: «İndi bizə söylə, bütün bu sözləri necə yazdın? Yeremya diktə etdimi?»
18 A Varuh im reèe: iz usta svojih kaziva mi sve te rijeèi, a ja pisah u knjigu mastilom.
Baruk onlara dedi: «Bütün bu sözləri Yeremya mənə diktə etdi, mən də mürəkkəblə tumara yazdım».
19 Tada rekoše knezovi Varuhu: idi, sakrij se i ti i Jeremija, da niko ne zna gdje ste.
Başçılar Baruka dedi: «Sən də, Yeremya da gedin gizlənin. Harada olduğunuzu heç kəs bilməsin».
20 Potom otidoše k caru u trijem ostavivši knjigu u klijeti Elisame pisara, i kazaše caru sve te rijeèi.
Sonra onlar tumarı mirzə Elişamanın otağında qoyub həyətdə olan padşahın yanına getdilər. Eşitdikləri hər şeyi ona danışdılar.
21 A car posla Judija da donese knjigu; i donese je iz klijeti Elisame pisara, i stade èitati Judije pred carem i pred svijem knezovima koji stajahu oko cara.
Padşah tumarı götürüb gətirməsi üçün Yehudini göndərdi. Yehudi tumarı mirzə Elişamanın otağından götürüb gətirdi. Onu padşaha və padşahın yanında duran bütün başçılara oxudu.
22 A car sjeðaše u zimnoj kuæi devetoga mjeseca, i pred njim bijaše živo ugljevlje.
Bu zaman doqquzuncu ay idi və padşah qış sarayında yaşayırdı. Onun önündə odlu manqal yanırdı.
23 I kad Judije proèita tri èetiri lista, isijeèe je car nožem pisarskim, i baci u oganj na žeravicu, te izgorje sva knjiga ognjem na žeravici.
Yehudi tumardan hələ üç-dörd sütun oxumuşdu ki, padşah mirzə bıçağı ilə onları kəsib manqaldakı oda atdı. Bunu o vaxta qədər etdi ki, bütün tumar manqalda yanıb-qurtardı.
24 Ali se ne uplašiše, niti razdriješe haljina svojih car niti koji od sluga njegovijeh èuvši sve one rijeèi.
Tumardakı bütün sözləri eşidən padşah və onun əyanları nə qorxuya düşdülər, nə də paltarlarını cırdılar.
25 I premda Elnatan i Delaja i Gemarija moljahu cara da ne pali knjige, on ih ne posluša.
Elnatan, Delaya və Gemarya tumarı yandırmaması üçün yalvarsa da, padşah onlara qulaq asmadı.
26 Nego zapovjedi car Jerameilu sinu carevu i Seraji sinu Azrilovu i Selemiji sinu Avdilovu da uhvate Varuha pisara i Jeremiju proroka; ali ih sakri Gospod.
Əksinə, o, şahzadə Yeraxmeelə, Azriel oğlu Serayaya və Avdeel oğlu Şelemyaya əmr etdi ki, mirzə Baruku və Yeremya peyğəmbəri tutsunlar. Ancaq Rəbb onları gizlətmişdi.
27 I doðe rijeè Gospodnja Jeremiji, pošto car sažeže knjigu i rijeèi koje napisa Varuh iz usta Jeremijinih, govoreæi:
Barukun Yeremyanın dilindən eşidib yazdığı tumarı padşah yandırandan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu:
28 Uzmi opet drugu knjigu, i napiši u nju sve preðašnje rijeèi koje bijahu u prvoj knjizi, koju sažeže Joakim car Judin.
«Başqa bir tumar götür, bütün əvvəlki sözləri – Yəhuda padşahı Yehoyaqimin yandırdığı ilk tumarda olanları oraya yaz.
29 A za Joakima cara Judina reci: ovako veli Gospod: ti si sažegao onu knjigu govoreæi: zašto si napisao u njoj i rekao: doæi æe car Vavilonski i zatrti ovu zemlju i istrijebiti iz nje i ljude i stoku?
Yəhuda padşahı Yehoyaqim üçün də söylə ki, Rəbb belə deyir: “Sən bu tumarı yandırıb söylədin ki, nə üçün Babil padşahının mütləq gəlib bu ölkəni xarabalığa çevirəcəyini, oradakı insanları da, heyvanları da məhv edəcəyini bu tumara yazdın?”
30 Zato ovako veli Gospod za Joakima cara Judina: neæe imati nikoga ko bi sjedio na prijestolu Davidovu, i mrtvo æe tijelo njegovo biti baèeno na pripeku obdan i na mraz obnoæ.
Buna görə də Yəhuda padşahı Yehoyaqim barədə Rəbb belə deyir: “Onun nəslindən heç kəs Davudun taxtında oturmayacaq. Cəsədi gündüzün istisinə, gecənin ayazına atılacaq.
31 Jer æu pohoditi njega i sjeme njegovo i sluge njegove za bezakonje njihovo, i pustiæu na njih i na stanovnike Jerusalimske i na Judejce sve zlo, za koje im govorih ali ne poslušaše.
Özünü, nəslini və əyanlarını günahlarından ötrü cəzalandıracağam. Haqqında danışdığım bütün fəlakətləri onların, Yerusəlimdə yaşayanların və Yəhuda adamlarının başına gətirəcəyəm, çünki qulaq asmadılar”».
32 I uze Jeremija drugu knjigu, i dade je Varuhu sinu Nirijinu pisaru, a on napisa u nju iz usta Jeremijinih sve rijeèi što bijahu u onoj knjizi, koju sažeže Joakim car Judin ognjem; i još bi dodano k onijem mnogo onakih rijeèi.
Yeremya başqa bir tumar götürüb mirzə Neriya oğlu Baruka verdi. Yəhuda padşahı Yehoyaqimin oda atıb yandırdığı tumardakı bütün sözləri Baruk Yeremyanın diktəsi ilə tumara yazdı. O sözlərə bənzər bir çox söz də oraya əlavə olundu.